İndi dünya nizamı dəyişir və Avropa öz müdafiəsini gücləndirməlidir.
Sozcu.az xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Albares deyib.
“Razıyıq ki, indi diplomatik dildə dünya düzəninin dəyişməsi adlandırılan dövrlərin dəyişməsi baş verir. Bizim Avropa İnvestisiya Bankında vəsaitimiz var. Rusiyanın Avropadakı dondurulmuş aktivləri və təbii ki, vəsaitlərin müdafiə və təhlükəsizlik üçün bölüşdürülmə payı haqqında müzakirələr gedir”, - Albares bildirib.