Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Sozcu.az-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarıda bizim nəzarətimizə keçib. Artıq su anabrının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.
1976-cı ildə Tərtərçay çayınının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.
Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar,sahil xəttinin uzunluğu - 50,25 km-dir.
Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.