Rusiyanın Krasnoyarsk şəhərinin meri saxlanıldı

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.

Sozcu.az xəbər verir ki, bu barədə yerli media hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır.

Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya aparılacağı bildirilib.

Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.

Share on Facebook