Qubada iki nəfəri elektrik cərəyanı vurub.
Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Əski İqriq kəndinin ərazisində baş verib.
Burada Bakı şəhər sakini 40 yaşlı Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən paytaxt sakini 60 yaşlı Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mersedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri 25 yaşlı Əsəd Elman oğlu Hüseynquliyevi və 24 yaşlı Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.
Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.