Şəmkirdə şəhid Vacib Məmmədov məzarı başında anılıb

Bu gün şəhid Vacib Məmmədovun anım günü ilə bağlı Şəmkir rayon Sərxan qəbirstanlığında məzarı başında anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, şəhidin yaxınları, oxuduğu Morul məktəbinin şagirdləri və müəllimləri iştirak edib. Şəhidlərimizin qəhrəmanlığı, rəşadəti, bizlər üçün miras buraxdığı dəyərlərlə bağlı nitqlər söylənib, şəhidlərin ruhuna dualar oxunub, ölümsüz əməlləri və xatirələrinə sayğı duruşu təşkil olunub.

Sözcü.az

ebff2c14212b838f87dd1f1e8fcaeea4.jpg

ac53177f75235ecbe16093788f9a1c78.jpg

51f6372760535c487505f745f536dcf8.jpg

Share on Facebook