18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür!!
32 il əvvəl Azərbaycan xalqı apardığı böyük mübarizə, öz qanı, canı bahasına 71 illik fasilədən sonra dövlətimizin müstəqilliyini bərpasına nail oldu.
Sovet imperiyasının süqutu Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan və digər xalqlarla yanaşı Azərbaycan xalqının istiqlal uğrunda apardığı fədakar mübarizənin nəticəsində, Tbilisidə, Vilnüsdə, Bakıda tökülən qanlar, 20 yanvar şəhidlərinin qanı bahasına baş verdi.
Azərbaycan Ordusunun yaranması, əraziləriməzə, sərvətlərimizə, taleyimizə sahib çıxmaq imkanlarımız, bu gün, böyük fasilədən sonra üçrəngli bayrağımızın Qarabağın şəhər və kəndələrində daığalanması bu böyük tarixi hadisənin, dövlət müstəqilliyimizin bərpası hesanına mümkün olub.
Bu gün tariximizin ən şərəfli günlərindən biri, böyük bayram günüdür.
Bayramınız Mübarək!