Lənkəranda itkin düşən kişinin meyiti tapıldı

10:26

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

***

Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.

Bildirilib ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb.

Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Share on Facebook