Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ili tamam olur.
105 il öncə Gəncədə ilk sayı nəşr edilmiş bu qəzet Azərbaycan Cümhuriyyətinin qısa fəaliyyət dönəmini öyrənmək üçün ən geniş, sanballı, məlumatlılıq baxımından yüksək dərəcədə zəngin bir mənbədir. Bu baxımdan onu əvəz edəcək ikinci bir mətbu nəşr yoxdur.
Yazar kadroları arasında dövrün çox önəmli jurnalist kadrolarının, yazarlarının, qələm sahiblərinin yer aldığı bu mətbuat orqanı qızıldan belə dəyərli mirasdır.
Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə, Şəfiqə xanım Əfəndizadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Piri Mürsəlzadə, Əhməd Cavad, Fərhad Ağazadə kimi dövrün qabaqcıl imzalarının yer aldığı bu mətbu orqan Azərbaycan mətbuat tarixinin şah əsəridir.
Qəzeti ərsəyə gətirənləri, nəşr edənləri, yazarları böyük sevgi və ehtiramla anırıq !
Sözcü.az