"Rusiya Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir" - Xəqani Cəfərli

Rusiya mediasında mayın 14-də Türkiyədə keçiriləcək seçkilər geniş müzakirə olunur və bir qayda olaraq müxalifətin əsas namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunun əleyhinə təbliğat aparılır. Rusiya mediası və “ekspert”ləri Kemal Kılıçdaroğlunu “İkinci Zelenski” kimi təqdim etməyə çalışırlar. Daima anti-Türk, anti-Azərbaycan mövqeyi ilə fərqlənən bəzi “ekspert”lər Türkiyə cəmiyyətinin önəmli bir hissəsinin təmsilçisi olan Kemal Kılıçdaroğlunu aşığılamqdan da çəkinmirlər. 

Rusiya faktiki olaraq Türkiyədəki seçkilərə müdaxilə edir və namizədlərdən birinin maraqlarına uyğun təbliğat aparır. ABŞ-ın Türkiyədəki səfirinin Kemal Kılıçdaroğlu ilə görüşünü Vaşinqtonun seçimi kimi dəyərləndirən rus ekspertləri müxalifət liderinin iqtidara gələcəyi halda Ankaranın siyasətində kəskin dəyişiklik olacağı haqqında həyacan təbili çalırlar. Moskvada qorxurlar ki, Kemal Kılıçdaroğlu hakimiyyətə gələcəyi halda Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq. 

Bundan başqa Kemal Kılıçdaroğlunun hakimiyyətə gələcyi halda Cənubi Qafqazda Rusiyaya qarşı əhval-ruhiyyənin daha da güclənəcəyi və münaqişələrin alovlanacağı, Ukraynanın Türkiyənin köməyi ilə daha genişmiqyaslı əks-hücuma keçəcəyi də rus “ekspert”lərinin “öncəgörmə”lərindəndir. 

Türkiydə isə müxalifət və müstəqil ekspertlər artıq Rusiyanın seçki prosesinə müdaxilə etməsindən danışır, Moskvanı belə hərəkətlərdən çəkinməyə çağırırlar. Əks halda münasibətlərin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edirlər. 

Təəssüf ki, Azərbayanın rəsmi və iqtidaryönülü mediasında da namzidlərdən birinin, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanı təbliğ edəcək videolar və məqalələr yayımlanır. Türkiyə müxalifəti hələlik özünü görməməzliliyə vurur, amma qeydə də alırlar. 

Türkiyədə isə müxalifətin qalib gəlmə ehtimalı, Ərdoğanın öz mövqeyini qoruyacağından daha çoxdur.

Xəqani Cəfərli, politoloq 

Share on Facebook