Bu müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama VERİLDİ

Əgər müəllim məktəbdə iki fənni tədris edirsə, onun bir fəndən sertifikatlaşdırmadan keçməsi digər fənni tədris etməyinə təsir göstərmir.

Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı Təhsil TV-də qonaq olarkən deyib.

O bildirib ki, lakin sertifikatlaşdırmanın ilkin mərhələsi tamamilə yekunlaşdıqdan sonra bu istiqamətdə hansısa yeniliklər ola bilər:

"Kimya-biologiya ixtisaslı müəllimlər tez-tez maraqlanırlar ki, əgər onlar bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaqlarsa, digər fəndən dərs demək hüquqları olmayacaqmı? Bəli, həmin müəllimlər bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaq, lakin hər iki fənni tədris edə biləcəklər. Bir müəllimin ikinci fəndən sertifikatlaşdırmaya cəlb olunması məsələsi isə hazırda aktual deyil".

Share on Facebook