Sürət Hüseynov üzərinə aldığı qara bir ləkə ilə işıqlı dünyadan getdi. Çoxlarının yer aldığı, rol oynadığı oyunda ən ağır məsuliyyət yükünü ona yüklədilər. Özü ilə birlikdə bizidə, gələcəyimizidə, bütün Azərbaycanı qurbana çevirərək bizi qaranlığa qərq edən böyük oyunun bir ifaçısı kimi iz qoydu.
Hamı onun simasında hadisələrin cərəyan etdiyini düşündü və düşünməkdədirlər. Hansı ki, həmin sissenariləşdirilmiş hadisələrin əsas gücü köhnə kommunistlər və qanuni hakimiyyətdən narazı düşmüş hakimiyyət hərisləri idi. Hacı Vaqif, Ruslan Rzayev(Zobik), Etibar Məmmədovun yaxın çevrəsindən Şadman Hüseynov, Zərdüşt Əlizadənin yaxın çevrəsindən Aypara Əliyev, komunist Arif Rəhimzadə, Allahşükür Paşazadə, İmam Mustafayev, Rəhim Qazıyev, Nemət Pənahlı, Tahir Əliyev və Heydər Əliyevi hakimiyyətə gətirmək istəyən şəbəkə bu prosesin ən aktiv tərkib hissəsi idi. Amma onları heç bir zaman bu işdəki rollarına görə düşünürəm ki, heç xatırlayan olmayacaq. Qara ləkə, törədilmiş hadisələrin məsuliyyəti, bütün ittihamlar Sürət Hüseynovun üstündə qaldı.
Böyük oyunda öz roluna görə rəhmət əvəzinə, lənət yağışı hər zaman onunla olacaq!
Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri