ABŞ ritorikasının dəyişməsi fonunda Avropa ordusunun yaradılması istiqamətində ilk addımlar atılmalıdır.
Sozcu.az xəbər verir ki, bunu Avropa Parlamentinin Avropa Xalq Partiyasından olan deputatı Manfred Veber deyib.
“Vaşinqtona baxan hər kəs başa düşməlidir ki, Avropa birdir və biz indi müstəqil şəkildə silahlanmalıyıq. Ona görə də indi Avropa ordusuna doğru ilk addımları atmalıyıq. Çox vaxt itirildi. İndi öz müdafiə sənayemizi gücləndirməliyik”, - Veber bildirib.