Hacıqabulda 10 yaşlı uşağı qatar vurub öldürdü

Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb.

Sozcu.az -ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Share on Facebook