Bələdiyyə seçkilərinin bu günə qədər təyin edilməməsi Seçki Məcəlləsinə ziddir.
"Növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24 dək təyin edilməli idi" .
Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Arif Hacılı qeyd edib ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır:
"Seçki Məcəlləsinə görə hər 5 ildən bir keçirilməli olan bələdiyyə seçkiləri seçkilərə 60 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindın təyin edilir.
Onsuz da seçkiləri xalqa aidiyyatı olmayan, formal bir prosedura çevirmək istəyən Azərbaycan hakimiyyəti nəinki zaman-zaman mürtəceləşdirdiyi qanunlara əməl etmir, üstəlik bu qanunların kobud surətdə pozulmasının səbəbləri barədə cəmiyyətə izahat verməyi belə lazım bilmir".