Siyasi opponentlərin övladlarının həbsi hiddət doğurur - Müsavatın bəyanatı
Noyabrın 2-də Yasamal Rayon Məhkəməsi Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Bununla əlaqədar Müsavat Partiyası bəyanat qəbul edib.
Sənəddə deyilir:
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılı avto-nəqliyyat qəzası bəhanəsilə həbs edilib.
Qəzanın sosial şəbəkələrdə yayılan videosunda aydın şəkildə görünür ki, bu, adi bir yol nəqliyyat hadisəsidir və onun baş verməsinin səbəbkarı Orxan Hacılı deyil.
Qəzaya uğrayan avtomobillərin heç birində xəsarət alan olmayıb.
Lakin hadisədən 20 gün keçdikdən sonra başqa bir "zərərçəkən" ortaya çıxarılıb, guya yol kənarında oturan şəxsin bu qəza nəticəsində xəsarət aldığı iddia edilib. Halbuki, videogörüntülərdə qəza zamanı hadisə yerində yol kənarında heç bir şəxsin olmadığı aydın görünür.
Belə bir yol qəzasına görə təqsirləndirilən şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi haqsızlığın, ədalətsizliyin, və qanunsuzluğun hətta Azərbaycan ölçüləri ilə görünməmiş həddidir.
Orxan Hacılının həbsi Arif Hacılıya və bütövlükdə Müsavat Partiyasına təzyiq məqsədilə atılan represiv addımdır.
Müsavat Partiyası Orxan Hacılının dərhal azad olunmasını, ölkədə repressiyaların dayandırılmasını tələb edir.
Hakimiyyətin öz siyasi opponentlərindən, övladlarını həbs etmək yolu ilə təzyiq etməsi
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılı avto-nəqliyyat qəzası bəhanəsilə həbs edilib.
Qəzanın sosial şəbəkələrdə yayılan videosunda aydın şəkildə görünür ki, hadisə, başqa sürücünün yol hərəkəti qaydasını pozduğu üçün baş verib. Qəzaya uğrayan avtomobillərin heç birində xəsarət alan olmayıb.
Lakin hadisədən 20 gün keçdikdən sonra başqa bir "zərərçəkən" ortaya çıxarılıb, guya yol kənarında oturan başqa bir şəxsin bu qəza nəticəsində xəsarət aldığı iddia edilib. Halbuki, videogörüntülərdə qəza zamanı hadisə yerində yol kənarında heç bir şəxsin olmadığı aydın görünür.
Belə bir yol qəzasına görə təqsirləndirilən şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi haqsızlığın, ədalətsizliyin, və qanunsuzluğun hətta Azərbaycan ölçüləri ilə görünməmiş həddidir.
Orxan Hacılının həbsi Arif Hacılıya və bütövlükdə Müsavat Partiyasına təzyiq məqsədilə atılan represiv addımdır.
Müsavat Partiyası Orxan Hacılının dərhal azad olunmasını, ölkədə repressiyaların dayandırılmasını tələb edir.
Hakimiyyətin öz siyasi opponentlərinə övladlarını həbs etmək yolu ilə təzyiq etməsi xüsusilə hiddət doğurur və bu, durdurulmalıdır.