Sırski Trampla mübahisədən sonra ordunun Zelenskini dəstəklədiyini bildirib

Ukrayna Silahlı Qüvvələri ABŞ lideri Donald Trampla Vaşinqtonda mübahisə etdikdən sonra Prezident Volodimir Zelenskinin tərəfində qalır.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski özünün teleqram kanalında yazıb.

“Silahlı Qüvvələr Ukraynanın, xalqın, Ali Baş Komandanın yanındadır. Bizim gücümüz birlikdədir. Biz Qələbəni yaxınlaşdıraraq işğalçını məhv etməyə davam edirik.

Yaşasın Ukrayna!”, – Sırski yazıb.

Share on Facebook