“O yerə çatdıracağam ki, Tiflisdəki yeganə erməni Tiflis muzeyində dondurulmuş erməni olacaq!” - Q. Qolitsın
Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Qriqori Qolitsının qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün erməni kilsələri olmaqla, bütün erməni siyasi təşkilatları çar hökumətinə qarşı sui-qəsdlər və terror aksiyaları həyata keçirməyi qərara aldılar. Həmin qanun erməni kilsələrinin maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-rus əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu.
Tiflisdə Erməni Özünümüdafiə Mərkəzi Komitəsi yaradılmış, həmin komitə 12 iyun tarixli qanunun ləğv edilməsi üçün çar hökumətinə - mütləqiyyətə qarşı bütün mümkün vasitələrlə mübarizə aparacağını bəyan etmişdi. 1905-ci il mayın 11-də gündüz saat 3-də erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna ermənilər bomba atırlar. Partlayan bombanın təsirindən Nakaşidze və onun yavəri ölürlər. Partlayışa görə məsuliyyəti “Daşnaksutyun” partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürmüşdü.
Həmin il oktyabrın 14-də general Qolitsın Tiflis yaxınlığındakı Kojorskoe şossesində Ermənilərin “Hnçak” sosial-demokrat partiyasının üzvlərinin sui-qəsd cəhdinə uğradı. Terror hadisəsi nəticəsində o, ağır yaralanmışdı.
Sözcü.az