Rusiya ordusu ümumi atəşkəs təəssüratı yaratmağa çalışır, lakin irəliləmək və Ukraynaya itki vermək cəhdlərindən əl çəkmir.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Dünən saat 18:00-dan gecə yarısına qədər Rusiya ordusu 387 dəfə atəş açıb və 19 dəfə hücum edib. Rusiyalılar 290 dəfə pilotsuz təyyarələrdən istifadə edib", - o bildirib.
Zelenski Ukrayna ordusunun baş komandanı Aleksandr Sırskinin hesabatına istinad edərək qeyd edib ki, rusiyalılar atəşi və hücum hərəkətlərini davam etdirirlər:
"Cəbhə xəttinin müxtəlif istiqamətlərində artıq Rusiya tərəfdən 59 atəş açılıb, beş hücum qeydə alınıb".
Bundan əlavə, Kursk vilayətində artilleriya zərbələri və pilotsuz təyyarələrdən istifadə qeydə alınıb. Bildirilib ki, Ukrayna öz növbəsində qarşı tərəfə adekvat cavab verir.
Zelenskinin sözlərinə görə, Ukrayna şəffaf davranmağa davam edəcək:
“İlkin nəticələrə yekun vursaq, hələlik cəbhədə tam atəşkəs yoxdur".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində ötən gün “Pasxa atəşkəsi” elan edib.