Müsavat Partiyasının Xl Qurultayı davam edir.
Qurultayda Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Unal iştirak edib.
Sozcu.az xəbər verir ki, Qurultayda çıxış edən Cəmil Unal Müsavat Partiyasını möhtəşəm qurultayı münasibəti ilə təbrik edib. Hər bir azərbaycanlıda Müsavatın ruhunun dolaşdığını deyən Cəmil Unal, Müsavat Partiyasının hakimiyyətə gəlməyi haqq etdiyini də qeyd edib.
Cəmil Unal çıxışında dövlət başçısı İlham Əliyevə müraciət edərək, siyasi məhbusların azad edilməsini xahiş edib.
Cəmil Unal qeyd edib ki, olan jurnalistlər və siyasi fəaliyyətinə görə həbs olunanlar cinayətkar deyillər.