Qazaxda ikisi azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərlənib.
Sozcu.az "Unikal"a istinadla məlumata görə, hadisə rayonun N.Nərimanov yaşayış massivində qeydə alınıb. Belə ki, rayon sakinləri 1959-cu il təvəllüdlü S.Abbasova,1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.
Hadisə yerinə adiyyəti qurumaların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.