Fotolar Şəmkir rayon Çinarlı qəsəbəsi Nizami küçəsindəndir. Bu fotoları evinin içərisində toz-torpaq udmaq məcburiyyətində qalan küçə sakinləri göndərib. Yaşanan bu problem bir neçə dəfə işıqlandırılsada hələdə çox təəssüf ki, heç bir tədbir görülməyib. Belə ki, qabaq ki, paylaşımların şərh bölümündə Şəmkir Rayon İcra Hakimiyyətinə məxsus sosial şəbəkə profilindən bildirilib ki, həmin küçədəki problem Çinarlı Bələdiyyəsi tərəfindən həll olunmalıdır.
İndi sual doğurur Çinarlı Bələdiyyəsi problemi həll etməsə küçə sakinləri toz-torpaqdan boğulmalıdır ? İnsanların övladı toz-torpaq içərisində böyüməlidir ?
Əlavə olaraq bildirməliyəm ki, Nizami küçəsi Çinarlı qəsəbəsinin əsas mərkəzi küçəsi sayılır. Şəmkir şəhər - Seyfəli kənd, Seyfəli-Gəncə şəhər avtobus marşurutları və həmçinin Seyfəli istiqamətində hərəkət edən böyük yük maşınları bu yol vasitəsi ilə hərəkət edirlər. Ümumilikdə başqa kəndlərində istifadə etdiyi yolun zəhərinin, xəstəliyinin, tozu-torpağının zərərli yükünü Nizami küçəsi sakinləri qəbul etməli deyil, yaranmış bu vəziyyətə aidiyyatı qurumlardan tədbir görülməsini küçə sakinləri tələb edirlər.
Problemi diqqətdə saxlayacağıq....!!!
Ceyhun Nəbi