Su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq" - Arif Hacılı

"Su problemi yalnız Saatlı rayonuna deyil, ölkənin əksər kənd rayonlarına aiddir". 

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı ölkədə yaradılan su probleminə münasibət bildirərkən deyib. 

"Su qıtlığı təbii fəlakət nəticəsində yox, gözü doymayanların 10 minlərlə hektar torpaq sahələrinə əl qoyması, bütün su ehtiyatlarını bu sahələrdəki əkinlərə, bağlara yönəltmələri ilə bağlıdır" - deyən Müsavat başqanı qeyd edib ki, su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq:

"Gürcüstan ərazisində aşıb-daşan Kür çayının Azərbaycan ərazisində qurumasının başqa izahı yoxdur. 

Sonuncu tikəsi də əlindən alınan əhalinin etirazlarının qarşısını güllə atmaqla, həbslərlə almaq yox, qlobal xarakter almış su problemini həll etmək lazımdır. 

Qarşıdan su tələbatını artıran fəsillər gəlir. Saatlı hadisələri anonsdur. Narazılıqlar və etirazlar getdikcə artacaq".

Share on Facebook