Bizim millət adımız türk, ana dilimizin adı türk dilidir. Böyük coğrafiyada müxtəlif şivələrdə danışan, dil şirinliyini və doğmalığını daşıyan böyük bir toplumuq. Yaşadığımız böyük coğrafiyada tarix boyu ayrıseçkiliyə, təzyiqlərə, amansız zülmlərə məruz qalmışıq. Bu gedişatda dilimiz təsirlərə məruz qalmış, xüsusilə Rus imperiyasının çirkin məqsədləri əsasında sıradan çıxarılmağa, unutdurulmağa çalışılıb. Məqsəd bizi ana özül olan dilimizlə parçalamağa, yadlaşmağa, yadlaşdırılmağa yönəlib. Məktəblərimiz, dövlət idarələrimiz rus təsirlərinin altında özümüzü unutmağa, köləliyə zəmin hazırlayıb. Milli intilgensiyanın sağlam iradəsi, məqsədyönlü hədəfləri millət adımızı, dilimizin həqiqi adını qorumaq üçün dayanmadan qanlı mübarizə aparıb.
Bizdə bu amallara sadiq qalaraq millət adımız, mənsub olduğumuz millətin dil adını qorumalı gələcək varislərə sağlam və məsuliyyətli şəkildə ötürməliyik !
Ceyhun Nəbi