İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb.
Sozcu.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar barədə ilkin fikrini ifadə edib.
"İstanbulda danışıqlar indicə başa çatıb və mən müdafiə naziri Umerovun tam hesabatını gözləyirəm. Onlar Türkiyə tərəfi vasitəsilə sənədlər mübadiləsi aparıblar və biz hərbi əsirlərin yeni azad edilməsinə hazırlaşırıq", - Zelenski vurğulayıb.
Eyni zamanda, Zelenskinin qeyd etdiyi kimi, vəziyyət bu gün aydın görünür.
"Rusiya İstanbuldakı görüşü boş söhbətə çevirsə, təzyiqin yeni səviyyəsi, təkcə Avropadan deyil, digər yerlərdən də yeni sanksiyalar olmalıdır. ABŞ da daxil olmaqla, G7 səviyyəsində və dünyada sülh istəyən hər kəsin birgə sanksiyalarına ehtiyacımız var", - Zelenski vurğulayıb.
Prezident hesab edir ki, Rusiyaya qarşı sanksiyalar Rusiyanın neft ticarətini və onun tankerlərdən istifadəsini ciddi şəkildə məhdudlaşdırmaq üçün lazımdır.
Zelenskinin fikrincə, sanksiyalar, o cümlədən ikinci dərəcəli sanksiyalar - tariflər və neftin maksimal qiymətinin aşağı salınması işə yaraya və Rusiyanı sülh bağlamağa vadar edə bilər.