Bakıda toyda 36 nəfər zəhərləndi - Yenilənib

00:50

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırıdır.

Zəhərlənənlər arasında toyda oxuyan müğənnilərin də olduğu bildirilir.

İlkin ehtimallara görə, zəhərlənmə qidadan olub.

Faktla bağlı araşdırma aparılır.

***

Xətai rayonunda yerləşən iaşə obyektində müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində çağırış daxil olub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bilidirib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Share on Facebook