Moskvada azərbaycanlı həmyerlisini güllələdi

Rusiyanın Moskva şəhərində atışma baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, dünən günorta saatlarında paytaxtın Verxniye polya küçəsində azərbaycanlı olduqları bildirilən iki şəxs “Hunday” avtomobilinin içində mübahisə ediblər. Onlardan biri tapança ilə həmsöhbətinə bir neçə dəfə atəş açıb.

Yaralı maşından düşüb bacarıb. Daha sonra o, xəstəxanaya çatdırılıb.

Şübhəli şəxs Moskva polisi tərəfindən isti izlərlə saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Share on Facebook