SEPAH Urmuda repressiyalara hazırlaşır

Urmiyada keçirilən əzadarlıq mərasimində iğtişaş yaradıb və irqçi şüarlar səsləndirərək İran xalqları arasında fitnə salan şəxslər aşkarlanıb və cəzalandırılacaq.

Bu SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki təhlükəsizlik və kəşfiyyat bölməsinin yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, kürdlərin Qərbi Azərbaycan əyaləti və Urmu şəhərinə torpaq iddialarına qarşı martın 22-də Urmuda izdihamlı mitinq keçirilib.

Mitinq, İmam Əlinin vəfat gününə təsadüf etdiyinə görə, yerli hökumət rəsmiləri və hökumət mollaları milli şüarlar səsləndirən Azərbaycan türklərinin cəzalandırılmasını tələb ediblər.

Share on Facebook