"Qarabağ kimindir?" - Arif Hacılı yazır

Azərbaycanda torpaq islahatı keçirilib. 

Bu islahata görə hər kənd sakininin  həyətyanı sahə və torpaq payı almaq hüququ var. 

Qarabağ işğal olunduğu üçün bu islahatdan faydalanmaq köçkün düşən 700 mindən çox Qarabağ əhalisinə və onların törəmələrinə nəsib olmadı. 

Qarabağ işğaldan azad ediləndən sonra ilk növbədə bu islahatın sürətlə yerli əhaliyə aid olunmasını, üstəlik uzun illər köçkün həyatından əziyyət çəkmiş bu insanlara əlavə üstünlüklər verilməsini təklif etdik. 

Ərazilərimizin azad edilməsindən 5 il keçir. 

Qarabağlılar bu günə qədər torpaq islahatında almalı olduqları halal payı almayıb, ata-baba yurdlarına isə yalnız portaldan icazə almaqla, kənardan tamaşa etmək hüququ ilə gedə bilir. 

Onların yurdları əsasən birinci Qarabağ müharibəsindən özləri yayınan, ikinci Qarabağ müharibəsindən isə övladlarını yayındıranlar, Qarabağı ilk dəfə 44 günıük müharibədən sonra görənlər tərəfindən mənimsənilib. 

Yerli əhaliyə bu “sahibkarların” təsərrüfatlarında, obyektlərində işləmək, öz ata torpaqlarını onlardan icarəyə götürmək təklif olunur. 

Qarabağ Azərbaycandır! - deyirdik. 

Gerçəkdə belə də oldu. 

İndi də deyiyik: 

Qarabağ hakim zümrənin deyil, 

QARABAĞ AZƏRBAYCANINDIR❗️

Arif  Hacılı, Müsavat Partiyası Məclisinin sədri. 

Share on Facebook