Duyğu, vicdan çəki ilə ölçülməz,
Tanrı vermiş bu həyata bir düzən,
Yollar çoxdur sıldırımli, keçilməz,
Həyat yolu gərək ola düz-düzən.
Uca daglar qar altında dayanmaz,
Əritdikcə suyu daşdan keçirər,
Xəstə ürək sakit sakit vuranmaz,
Qan dövr edə beyin, başdan keçirə.
Qəlbdə nisgil, dağda duman, çən yaşar,
Xain xoflu, düşmən şərin içində.
Quşlar uçar, göydə süzər, şən yaşar,
Şeytan xislət şər zəhərin içində.
Baxça bağın gül çiçəyi göz oxşar,
Qurdlar, quşlar ləçəyinə salar, iz.
Söz var dərin məna verər, söz oxşar,
Söz var ali, sözlər də var, saf təmiz.
Zakir deyər daim sözün düzünü,
Bu dünyada düzə zaval olar tez.
Hər gün gördüm əzrayılın üzünü,
Pislər qalar, yaxşıları alar tez .
Zakir İsmayil