Əli Şamilə həsr edilmiş kitabların təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda Türk dünyasının mənəvi körpüsü, qocaman jurnalist, folklorşünas, publisist, ustad tədqiqatçı, AMEA Folklor İnstitutunun xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamilə həsr edilmiş "Türk dünyasının Əli Şamil hocası" və "Turan sevdalısı" kitablarının təqdimat mərasimi baş tutub. Kitablarda xüsusi ilə Əli Şamilə həsr edilmiş xatirələr toplanıb. Tədbirdə Əli Şamilin yaradıcılığı, araşdırmaları, mübarizəsi, Azərbaycan Xalq Hərakatında fəaliyyəti haqqında maraqlı, yadda qalan çıxışlar olmuş, həmçinin Əli Şamilin yetirmələrindən olan Aynur Qəzənfərqızının hazırladığı videorolik göstərilmişdir. Tədbirə aparıcılığı tədqiqatçı alim Nazir Əhmədli edirdi. Tədbir iştirakçılarından professor Bədirxan Əhmədli, jurnalist, yazıçı Səfər Alışarlı, yazıçı Sabir Rüstəmxanlı, Azərbaycanın İrandakı sabiq səfiri, tədqiqatçı alim Nəsib Nəsibli, Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Siyavuş Mustafayev, Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov, tədqiqatçı Ələsgər Siyablı, folklorşünas Ləman Süleymanova, jurnalist Qulu Məhərrəmli, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az xəbər portalının redaktoru Ceyhun Nəbi, Əli Şamilin digər əqidə dostları, mübarizə məfkurədaşları, iş yoldaşları öz fikirlərini, xatirələrini dinləyicilər ilə bölüşüblər. 

Sözcü.az

54495872b8545a150fdf0d2788b715cc.jpg

d5c566c726b50a5b7099912d62a6521b.jpg

dae40316ee2d43636ba94601f9a91d26.jpg

f597e1bfaa3df39f5eb0a015a2d696d9.jpg

cc6cd5e0433abb788bf6657fa3616e5c.jpg

35d3727f5e736ba6045e7bf760593368.jpg

3226b277e336d70efd5ba98fbf998574.jpg

Share on Facebook