Medianın İnkişafı Agentliyi məhkəməyə verildi

Medianın İnkişafı Agentliyi "Gündəm Xəbər" qəzeti tərəfindən məhkəməyə verilib. 

Bu barədə Sozcu.az saytına "Gündəm Xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri məlumat verib. 

Şirin Cəfəri bildirib ki, bu gün saat 12:15-də Bakı İnzibati Məhkəməsində "Gündəm Xəbər'' qəzeti redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə qarşı iddia tələbinin dəqiqləşdirilməsi və öhdəliyin götülməsi ilə bağlı növbəti məhkəmə proses keçrilib.

Buna səbəb Gundemxeber.az" onlayn media redaksiyasının Media reyestrinə daxil edilməsindən qanunsuz imtina edilməsidir. 

Şirin Cəfəri bildirib ki, keçrilən məhkəmə prosesində iddia ərizəsi hakim Tural Məlikova təqdim olundu və icraata götürüldü. 

 Növbəti məhkəmə prosesinin 31 avqust 2023-cü il tarixdə keçiriləcəyi elan olunub. 

Share on Facebook