Cəsur polkovnik Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirib. Hərbi-texniki aviasiya sahəsində mükəmməl təhsil almış C.Rüstəmov 35 il Şəmkir Aerodromunda xidmət göstərib. 1991-ci ildə rayonlarda Özünümüdafiə batalyonları yaradılanda Şəmkirdə yaradılmış belə batalyonun rəhbərliyinə Cahangir Rüstəmov gətirilmişdi. Digər rayonlarda bu vəzifəyə hərbi komissarlar təyin olunsada Şəmkirdə fərqli olaraq bu vəzifəyə yüksək hərbi rəhbərlik qabiliyyəti olan Cahangir Rüstəmov təyin olunmuşdu. Qısa müddətdə ətrafına peşəkar və məsuliyyətli hərbi kadrları toplamış Polkovnik Rüstəmov ilk andaca rəhbərlik etdiyi Özünümüdafiə Alayının strukturunu möhkəmləndirməyə, silah ehtiyatını genişləndirməyə hədəflənmişdi. Polkovnikin ilk cəsur və məsuliyyətli silahdaşları arasında Qalib Hüseynov , Azər Cəfərov , Əliyar Novruzov və digərləri yer almışdı. Sonra hərbi kadrların sırasına peşəkar hərbiçilər Bakı Ali Hərbi Ümumqoşun komandirlər məktəbini 1986-cı ildə bitirərək təyinatla Prikarpatskiy hərbi dairəsi 24-cü motoatıcı diviziyanın 310-cu motoatıcı alayında xidmət keçmiş Dilqəm Əliev və İlham Əliyev qardaşları qoşulmuşdu. Onların Alaya gəlişi ilə Alayın döyüş qabiliyyəti artmış və strukturunun möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli məcraya yönəlmişdir. Sonrakı dönəmdə 861 saylı Alayın tərkibində Əfqanıstan döyüş məktəbinin iki önəmli siması yer almışdı. Bunlardan biri Əfqanıstan-Sovet müharibəsində iştirak etmiş, “İntihar batalyonu” adlandırılan kəşfiyyat dağ batalyonunun komandiri, "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, sonralar Gədəbəydə hərbi komissar işləmiş, Gədəbəy batalyonunun komandiri, 861saylı alayın tərkibində olan 1-ci batalyonun komandiri Vyaçeslav Malbaxov və Donetsk Ali Hərbi-Siyasi Məktəbinin yetirməsi, Əfqanıstanda 80-dən çox döyüşlərdə iştirak etmiş, göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, Pribaltika Hərbi Dairəsində qulluq keçmiş Rizvan Pirnəzərov idi. Birinci hissə Müəllif: Ceyhun Nəbi
Böyükdən böyük, uşaqdan uşaq olan öndərimiz! Nədən başlayım, bilmirəm. Hər çağ ödülə görə, şərtlə yazı yazmaqdan qaçmışam. Bu nədəndən adını ortalıq 50 il öncə – 12-14 yaşlarım olanda Azərbaycan tarixi müəllimimizdən eşitdiyim Əbülfəz Elçi Bəydən “umacaqlı” anım yazmaq ağır olduğu qədər də çətindir, bir az da utancvericidir. Yanılmıramsa, 6-cı sinifdə oxuyanda Bakıdan doğma Ağsu rayonuna “sürgünə” göndərildiyi pıçıltı ilə söylənilən, bir neçə ildir dünyasını dəyişmiş Kamil müəllimin (Kamil Abdullayev, son iş yeri AzTV-nin ədəbi dram verilişləri redaksiyasında böyük redaktor – M.B.) gerçək Azərbaycan tarixindən dərs deməyi ilə gözlərimiz açıldı, ürəklərimiz Quzeydən Güneyə yönəldi, Təbrizlə bir döyünməyə başladı. Elə Əbülfəz bəyin də adını ARAZ KÖRPÜSÜ kimi onda(n) eşitdik, amma gözümüz önündə ağ saçlı, “yekəqarın” görkəmdə canlanırdı. Axı, universitet müəllimini ağlımızda, fikrimizdə başqa necə canlandıra bilərdik?! Universitetdə oxuduğum ilk ildə isə üzünü görmədiyim Əbülfəz müəllimin tutulduğunu eşitdim. Bir də 20-ci yüzilin 80-90-cı illərində Əbülfəz müəllimi bu yol lap yaxından gördüm və uca boylu, düz gövdəli, düz sözlü, boz(qurd) üzlü UCA BAYRAQ TUTAN ELÇİ BƏY kimi tanıdım! …1906-cı il doğumlu, 30 il öncə dünyasını dəyişən, Stalin repressiyasının ağrı-acısını “otaq şəraitində” “Allah Stalinə lənət eləsin!” deməklə “yelə verən” dədəm 1-ci kursun ilk tətilində kəndə qayıdanda Rəsulzadədən nə danışıldığını soruşdu. “Rəsulzadə kimdir” sualımı atam acı, tikanlı gülüşlə cavablandırdı. 15 il sonra bildim ki, heç demə, dədəmi faşist əsirliyindən qurtaran elə ULU ÖNDƏRİMİZ, BAYRAQ BABAMIZ Məhəmməd Əmin Rəsulzadə olub. Yoxdan bir BAYRAQ yapıb başı üzərinə qaldıran, “Bir daha yüksələn BAYRAQ bir daha enməz” deyə, onu özündən sonrakı nəsilə əmanət edən ULU ÖNDƏRdən BAYRAQ estafetini bizim nəslin öndə gedən ELÇİsi Əbülfəz bəy aldı. Elə bu BAYRAQ altında da ölkədə demokratik rejim quruldu, üzərində Rəsulzadənin- Bayrağımızın şəkli olan milii pulumuz buraxıldı, yad ordu dışlandı, Milli Ordu Dağlıq Qarabağın yarıdan çoxunu üçboyalı, ay-ulduzlu BAYRAQın altına saldı. Nə yazıq, hakimiyyət hərisləri yurddaşlarımızla birgə bayrağımızı da doğma yurd-yuvalarından didərgin saldılar. İndi Məhəmməd Əminin, Elçi Bəyin, şəhidlərimizin son örtüyü üçboyalı bayrağımızın kölgəsində nə Məhəmməd Əminin, nə də Elçi Bəyin heykəlinə – portretinə yer tapılır. 30 il öncə Akademiyanın qarşısındakı mitinqdə toplaşanlara əl çalmağı qadağan edən, sonra Meydanda qurucu babalarımızın, özəlliklə Məhəmməd Əmin Rəsulzadənin portretini BAYRAQ etməyi tövsiyə edən Elçi Bəyin də, Məhəmməd Əminin də yeri, heykəli xalqımızın demokratiyaya, azadlığa təşnə yanıqlı ürəklərindədir. 7 il öncə dünyasını dəyişmiş anam Firuzəbəyimin doğma yurdum Azərbaycanın bağımsızlığını açıqladığı gün, ay və ildə – 28 may 1918-ci ildə döğulduğu kimlik kartında yazılmışdı. Qarabağdan qanlı-qadalı soraqlar gələndə ağ saçlı anam Bakıya gəlib “bilirəm, davaya gedəcəksən, amma sən atanın goru, çağırsalar get”, deyə yalvardı. Ali təhsil diplomu olmasa da, məni doğan ANA doğduğuna da yaxşı bələddi və elmi işçi kimi “bron”da olduğumu da bilirdi. Anamın sözündən çıxmadığımı, ürəyimin çağırışı ilə savaşa getdiyimi vurğulasam da, sonradan anam sənələrlə sözündən çıxdığımı, Elçi Bəyə “uyduğumu” başıma qaxsa da, 93 illik yaşamının son illərində yaxşı eləyib davaya getdiyimi dedi və Elçi Bəyə də Tanrıdan rəhmət dilədi. Bunları anmaqda amacım son 100 il Azərbaycanının iki öndəri BİR KƏRƏ BAYRAQ qaldıran Məhəmməd Əmin Rəsulzadə ilə həmin BAYRAQı yenidən başa çıxaran Elçi Bəy arasında ruhsal bağlılığın, körpünün olmasını məni dünyaya gətirən ata-anamın timsalında vurğulamaqdır. Atam Rəsulzadəni soruşub, anam Elçibəyi. Kim nə deyir, desin, 100 illik milli istiqlal tariximiz bu iki öndər arasında başqasına yer vermir. Elçi Bəy gerçək milliyyətçi, böyük demokratdı. Çörəyi düşmənə belə əsirgəməməyi, basın mənsublarına karikaturasını qəzetdə çəkib yaymağı tövsiyə edirdi. Kimisə aşağılamaq, qurşaqdan aşağı zərbə vurmaq ona yaddı. Əksinə, hamının fikrini açıq şəkildə, qorxmadan ifadə etməsinə meydan verməklə, millətin içindən ŞƏXSİYYƏT formalaşdırmağa üstünlük verirdi. Elə üzüdönük müdafiə nazirinin, kürsü davası sərgiləyən “cəbhə” yoldaşlarının parlamentdə, basında odlu-alovlu çıxışları, yerli-yersiz qınaqları da ŞƏXSİYYƏT formalaşdırmaqda Elçibəyin hədəfi düz nişan aldığını göstərir. Yanılmıramsa, Elçi Bəy özünü Atatürkün əsgəri sayır(dı). (Keçmiş zamanda danışmaq yerinə düşmür). Atatürk dünyasını dəyişəndə Elçi Bəy altı aylığında qundaqda olub. Məhəmməd Əmin dünyasını dəyişəndə Elçi Bəyin 17 yaşının tamam olmasına üç ay qalırdı. Bu il Atatürkün ölümünün, Elçi Bəyin olumunun 80 illiyidir. Olum və ölüm! İkisi bir ildə! Bir də qurucu babalarımızın şah əsəri – Azərbaycanımızın 100 yaşı 2018-ci ci ilə düşür. 100 yaşınız qutlu olsun, Məhəmməd Əmin Bəy, Elçi Bəy! 100 yaşınız qutlu olsun, el bəyləri, el xanımları! 80 yaşın qutlu olsun, Böyük Elçimiz, dövlət başçımız, ürəklərimizin cümhur başqanı! Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili
Tanınmış jurnalist Alxas Məmmədov Facebook hesabında seçkilərlə bağlı maraqlı paylaşım edib. Paylaşımda deyilir: Namizəd nə istəyir ? Deməli, yenədə bizi aldadıb özünə beş illik iş yeri istəyirlər. Cəhənnəmə işləsin amma bizi loxlamasın. Yağlı vədlər verib sadəcə olaraq bizləri avam saymasınlar. Belədə ki, kim loxdusa, gedib təsir altında səs versin. Səs verəndə layiqli insana verin maşennikə səs verməyin. Yaxşı neçə bilək ki bu namizəd maşennik deyil? Sadə yolu var, ətrafına baxın. Görün bunun yanında kimlərdi? Qul, becələri. Rayonda bir köpüklük hörməti olmayan insanlar, kimi təbliğ edə bilər ki? Sadə sifətlə, xalqa yaxınlığı ilə yenədə şou proqramın qəhrəmanlarıdırlar. Sonrada deyirsiniz ki, niyə biz düzəlmirik? Sən beləsinə səs verəndə elə belədə yaşamalısanda. Səni kimsə salfet kimi istifadə edirsə, sən elə ağ loxsanda. Şamaxıda məşhur, anti-qəhrəman bir şəxsiyyətsiz insan var. Ləqəbidə pambıqdır. Uzun müddət vəzifədə olub. Bu sakit və qorxaq bir insandır. Kiməsə zərəri dəyməz. Amma pambıq kimi su götürəndir. Yəni söz götürən insandır, söy, üzünə gülsün. Nə desən buna xoşdur. Vaxtı ilə bir namizədin vəkili olub. Oda sonda gedəndə buna deyib ki, mən seçilmədim, gedirəm, səndə day belə yaşama. Bir paya öz səsini satansanda. Yəni yala gedənsən.... Nəd? O kabinədə səni kimsə güdür? Onsuzda bilirsən ki, bu səni aldadır. Səndə səs verəndə bunu aldat. Qorxundan yada yaltağlığından orda da azad səs verə bilmirsəndə. Səs nədir? Ana, bacı, xanımım, sevgilim, vətənim bunları sən səslə deyirsəndə. Mən səni sevirəm ay anam, sevimli bacım, ağıllı qızım sözlərini səslə ifadə edirsəndə. Yoxsa elə deyil? İnsan fikrin səslə ifadə edir. Sən isə bunları kiməsə satırsan. Bunları satandan sonra mənliyin qalırmı? Layiqli namizəd varsa səs verin. Kimsə deyə bilərmi ki, hansısa namizəd seçiləndən sonra nəsə iş görüb? Özü üçün hə. Bəs sənə? Niyə özünə hörmət qoymursan ay seçici. Bilirsən ki, bu səni aldadır. Demli, sən konkret zəif bir insansan. P.S: Seçkilərdə fəal olun ki, feil yada tüfeyil kimi sizə baxmasınlar. Məndən bu qədər.
Bizim millət adımız türk, ana dilimizin adı türk dilidir. Böyük coğrafiyada müxtəlif şivələrdə danışan, dil şirinliyini və doğmalığını daşıyan böyük bir toplumuq. Yaşadığımız böyük coğrafiyada tarix boyu ayrıseçkiliyə, təzyiqlərə, amansız zülmlərə məruz qalmışıq. Bu gedişatda dilimiz təsirlərə məruz qalmış, xüsusilə Rus imperiyasının çirkin məqsədləri əsasında sıradan çıxarılmağa, unutdurulmağa çalışılıb. Məqsəd bizi ana özül olan dilimizlə parçalamağa, yadlaşmağa, yadlaşdırılmağa yönəlib. Məktəblərimiz, dövlət idarələrimiz rus təsirlərinin altında özümüzü unutmağa, köləliyə zəmin hazırlayıb. Milli intilgensiyanın sağlam iradəsi, məqsədyönlü hədəfləri millət adımızı, dilimizin həqiqi adını qorumaq üçün dayanmadan qanlı mübarizə aparıb. Bizdə bu amallara sadiq qalaraq millət adımız, mənsub olduğumuz millətin dil adını qorumalı gələcək varislərə sağlam və məsuliyyətli şəkildə ötürməliyik ! Ceyhun Nəbi
(Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! Müəllif: Zaur USTAC
Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əgər kimlərsə Türk millətinin yaddaşında Avropaya nifrət, düşmənçilik toxumları səpirsə bilin ki, onların bizi zərrə qədər düşündüyü yoxdur. Bizim birinci fikri atamız İsmayıl bəy Qaspıralı deyirdi ki, Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!. Türkün həqiqi düşmənlərini tanımaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. Başlayaq yüz illərdi türkü qəflətdə, əsarətdə saxlayan Rusiyadan. Rusiyadan çox türkə pislik edən olubmu ? Gələk İrana. Qardaşlarımızı, canlarımızı, özümüzü diri-diri asanları burda qoyub, başqalarına daş atmağı özünüzə necə rəva görürsünüz ? Hələ insanlıq canisi Çin. Uyğur türklərinə yaşatdığı vəhşəti ömrü boyu canımızda yaşadırıq. Görünür ki, qərib türklərin başına gətirilən dəhşətlər sizə heç maraqlı deyil. Türkün həqiqi düşmənlərini yaddaşında gizlədib, qeyd olunan türk düşmənlərinin oyunları ilə özlərinə Avropanı düşmən seçənlər zəlil və rəzili-rüsva olacaqlar. Ceyhun Nəbi- Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Pandemiya sonra dünyanın əski halına qayıtması asan iş deyildi. Psixologiyaları, düzənləri alt-üst olmuş insanların pandemiyadan öncəki həyatlarını qaydasına salması üçün zaman lazım idi. Pandemiyadan 2 il keçib hələ də həyatın bir çox sahələrində axsamalar olduğunu görmək mümkündür. Belə bir zamanda Bursadan gözəl bir xəbər gəldi. Yörük Türkmən Birliyi Bursa Uludağ Universiteti ilə “Türk dünyası Stratejik Araşdırmalar Kongresi: Avrupalı Türkler ve Avrupada Türkler” adlı beynəlxalq elmi simpozium keçirir. Simpoziuma biz də “Göyçək Fatma və Cindrella nağıllarında motivlər” mövzulu məruzə ilə biz də müraciət etdik. Simpoziumun cazibədar tərəfi sadəcə Yörüklərin tədbiri keçirməsi deyil, həm də xərclərin orqanizator tərəfindən ödənməsidir. Pandemiya sonrası belə tədbirlərin sayı olduqca azalmışdı. Aldığı maaş ilə ayın bu başından o başına güclə çıxan Azərbaycan aliminin də xaricə çıxışı ancaq bu şəkildə ola bilərdi. Odur ki, səbrsizliklə simpozium gününü gözləməyə başladım. Mayın 16-sı gecə saatlarında Bursaya yolçuluq başladı. AMEA Folklor İnstitutunun əməkdaşı dəyərli Fidan Qasımova, həmin institutun doktorantı Şəbnəm Əsədova, İslam Əsədov və bu gözəl ailənin oğlu Nadir Əsədov ilə tam bir heyət olduq. Bizim biletimiz İstanbula 17 May səhər tezdənə idi. Bizi Bursaya aparacaq avtobus isə axşam saat 18:00-da olacağı üçün İstanbulu gəzmək istədik. Öncəliyi Türkiyədə məşhur olduğu qədər ölkəmizdə də məşhur olan serpme kahvaltı etmək istədik. Kadıköyde olduqca ləzzətli bir səhər yeməyinə sudan ucuz pul ödədikdən sonra Bakıdakı qiymətlərin niyə bu qədər bahalı olduğunu, Türkiyədəki maaşın Bakıdakı maaşlardan dəfələrlə çox olmasına rəğmən Bakıda qiymətlərin əl yandırmasından bəhs edərək Kadıköy sahilini dolaşdıq. Canlı musiqi müşayəti ilə gəmiyə minib Eminönüyə getmək həm də gəmiyə minib ucuz bir mini Boğaz turu atmaq qərarına gəldik. Liman şəhəri olan Bakıda niyə gəmi vapurlarının olmaması da gəmidəki söhbət mövzumuz idi. Bakıda Ələtdən şəhər mərkəzinə gələ bilmək üçün gündə iki dəfə marşurut işləyir ya da işləmir. Şansımız olub marşuruta minsək şəhərin ən ucqar metrostansiyasına 2 saata çatmaq mümkündür. Halbuki gəmi ilə bu müddət sadəcə yarım saata düşə bilər. Bakıda bu cür dəniz marşurutlarının niyə olmaması fikri də bizi narahat etsə də, Boğazın gözəl mənzərəsində bunu məhv etmək istəmədik. Deyə-gülə gəldik çatdıq Əminönünə... Əminönündən Kadıköyə dəniz ilə deyil, marşurut ilə qayıtmaq istədik. Heyhat! Yol uzandıqca uzandı. Marşuruta mindik, daha sonra metrodan istifadə etdik, Marmaraya keçdik, təkrar metro və nəhayət Sabiha Gökçen hava limanı... Yanlış anlaşılmasın, bu keçidlərin hamısı od bahası pul ilə gerçəkləşdi. Bir xətt üzrə olmamasının məntiqini anlamadım heç cür. Görünür, kapitalist sistemdə “hər şey pul tələsidir” ifadəsi doğru imiş. Birtəhər özümüzü hava limanına çatdırdıq. Təşkilatçıların qarşılama avtobusu hazır vəziyyətdə bizi gözləyirdi. Avtobusda bəzi alimlərin simaları tanış idi, bəzilərini ilk dəfə idi tanıyırdım. Lindita Xanarinin ata nənəsi Türkiyə Türkü bir alban idi. Zamanında Türk olduğu üçün nənəsinin yaşadığı çətinliklərdən danışdı bizə. Olduqca üzücü bir hekayə idi. Linda xanımdan diqqətimizi ayırdıqdan sonra bir gənc xanımı Azərbaycanlı sanıb adını soruşdum. Çox şirin bir Türkiyə Türkçəsində mənə boşnak olduğunu dedi. Xanımın bir Azərbaycanlıya oxşadığını dedim, güldü və yoldaşılarının hamısının belə düşündüyünü dedi. Avtobusda diqqətimi çəkən bir digər iştirakçı hindistanlı Nouşad oldu. Türkçə şirin ləms ilə tərtəmiz danışırdı. Avtobusdakı alim karmasından necə bir simpozium keçəcəyi haqqında az-çox təəssürat sahibi olmaq mümkün idi. Simpoziumun proqramına görə 10 ölkədən 150-dən çox iştirakçı var idi. Hələlik ilk karma çox maraqlı idi. 18 May səhər tezdən simpoziumun olacağı salona girərkən bizi qarşılayan Türk Dünyası Gənclərindən ibarət komanda əslində necə bir toplantıya gəldiyimizin ilk ipuclarını verdi bizə. Uyğur, Özbək, Türkmən, Qazax, Azərbaycan Türklərindən ibarət gənclik tam mütəşəkkil, təcrübəli bir komanda olub. Arı kimi işləməklə yanaşı, simpoziumun ən gözəl fərdləri idi. Açılış toplantısı hər zamankı kimi rəsmi çıxışlardan ibarət oldu. Daha sonra sessiya çıxışları başladı. Avropadakı Türklər və Avropalı Türklər mövzuzusnda bir birindən maraqlı məruzələr dinlədik. İlk gecə Bursa Böyük Şəhər Bələdiyyəsi bizə Merinosda Gala yeməyi verdi. Olduqca maraqlı və səmimi ortamda keçdi yemək gecəsi. Bəndəniz də hər zamankı kimi harda gənc görsə özünü onların içinə aid edir bir şəkildə. Bu dəfə də ənənə dəyişmədi. Bu gənclərlə söhbət etdikcə, onların necə gözəl yetişdiyini gördükcə anladım ki, Türk gəncliyi hələ də diridir, Türklük dünşücəsi isə sağlam əllərə əmanətdir. Bu gəncliyin içərisində Uyğur kökənli Abdullahın hekayəsi isə ürəyimi parçaladı. Abdullahdan “uyğurlara edilən işkəncələr haqqında xəbərlər doğrudurmu?” sualımın qarşılığında verdiyi cavab hər şeyi izah edirdi: Abdullah 2021-ci ildən bu yana ailəsindən heç bir xəbər ala bilmirmiş. İllər öncə Misirə gedib oxumaq üçün daha sonra Türkiyəyə gəlib və bir daha geri qayıtmayıb. Ailəsi aktiv uyğurlardan imiş. Buna görə də “cəzasını çəkib”. Simpoziumun ikinci günü yenə olduqca maraqlı məruzələr dinlədikdən sonra təşkilat komitəsi qonaqlara mini şəhər gəzintisi təşkil etmişdilər. Əvvəlcə Kənt meydanında getdik. Yüksək bir zirvədən Bursanın mənzərəsini izlədik. Dağların dört tərəfdən qucaqladığı şəhər göz oxşadıqca oxşayırdı. Dağlar sıra-sıra düzülmüşdü. Bəzilərinin başında qar var idi. Qar olan dağların məşhur Uludağ olduğunu dedilər. Yamyaşıl ağacların arasından qırmızı kərpicli binalar boy göstərməyə çalışırdı. Mənzərə yaxınlaşdıqca isə ağaclar binaların arasından boy göstərməyə çalışırdı. Təkdən tükdən bir ağac qırmızı kərpiclərə rəng qatırdı sanki. Mənzərəyə heyran olmamaq olmazdı. Sonrakı istiqamətimiz Panorama muzeyi idi. Muzeyin adını ilk dəfə eşidəndə Bursanın gözəl mənzərələrindən ibarət bir muzey olduğunu düşündüm. Ancaq daha sonra məsələnin çox başqa olduğunu bildim. Muzey Osman Qazinin 1326-cı il 6 aprel günü Bursanı fəth etməsinə həsr edilibmiş. 20 illik mühasirədən sonra Osman Qazi Bursanı fəth edir. Bu fəthin şərəfinə o günün panoramasından ibarət 3D texnologiyası ilə muzey qurulub. Muzey 8300 kvadrat metrlik sahədə qurulub. Bir dəfə dairə atıb panoramı gəzmək ən az 20 dəqiqəyə başa gəlir. Panoramdakı mənzərələr də ayrı aləmdir: Osman Qazi ilə Bursanı təslim etməyə gəlmiş heyətin alaçıq önündə mənzərəsi, başqa bir tərəfdə Bursanın o günkü bazarı, tərəkəmələrin qurduqları alaçıq, karvan yolu və simvolik bir neçə mənzərə. Bu mənzərələrdən ən gözəli hər halda Dədə Qorqudun başına kənd camaatını yığıb boy boylayıb, soy soyladığı mənzərədir. Muzeyin həmin hissəsindən keçdikdə sanki xəfif şəkildə qopuz səsi eşidilir. Qopuzun hər simi titrədikcə ürəyi titrəyir insanın. Panorama muzeyinə hayıl-mayıl olub olduqca yüksək əhval-ruhiyyə ilə oradan ayrılıb yörük çadırlarına doğru üz tutduq. Panorama muzeyindən sonra Yörük çadırında oturub dincəlməyin hansı səviyyədə mənəvi qida olduğunu izah edə bilmərəm. Dünyanın bir çox ölkələrinə getmiş, müxtəlif simpoziumlarda və təşkilatçılıqlarda olmuş birisiyəm. Doğrusu, bu dəfəki simpoziumu çox ayrı bir kateqoriyaya qoymaq istəyirəm. Təşkilatçılar sanki düşünərək ardıcıl şəkildə öncə qonaqlarını Türk Dünyasının gəncləri ilə tanış edir, daha sonra tarixin fərəhli səhifələrinə aparır, ən sonda çadırda Türklüyü qana-qana yaşadır. O gecə o çadırda hər Türk xalqından bir nümayəndə özünə aid bir lətifə danışdı. Daha sonra Türk Dünyasının ortaq kültüründən bəhs edildi. Sanki ruhumuzun illərdir bu söhbətlərə ac olduğunu, ruhumun necə qanadlandığını o gecə orada hiss edirdim. Heç bir şəkildə bir azdan bu gözəlliyin bitməsi düşüncəsindən qurtulub anın keyfini çıxara bilmirdim. Gerçəkdən də vaxt gəldi və biz çadırı tərk edib otelimizə qayıtdıq. O gecə yata bilmədim. Çadır, alaçıq kültürünün bizdə də olduğunu, hətta savaş çıxana kimi nənəmin yayda yaylağa, qışda qışlağa getdiyini xatırlayıram. Bildiyim qədərilə Gədəbəydə hələ də yaylaq-qışlaq kültürü yaşamaqdadır. Digər tərəkəmə bölgələrimizdən xəbərim yoxdur. Bu kültür bizdə də varsa biz niyə heç yerdə çadır qurmuruq görəsən? Sonra ağlıma gələn fikirdən özüm də ürpərdim: çadırı qurub bu dəfə də girişini od qiymətinə etməsinlər? Məlumdur ki, bizdə hər şey, ancaq özəlliklə milliliyimizi xatırladan nüansların hamısı od qiymətinədir. Bu çadırı universitetin kampusuna tələbələr üçün qurublar. Yörük Türkmən Birliyinin dəliqanlıları burada oturur, məsləhət-məşvərət edirlər. Köməyə ehtiyacı olanlara kömək edirlər. Yəni, bir sözlə, kültürü dərindən yaşadır, günümüzdə gənclərə aşılayırlar. Bu çadıra girən gəncin artıq ruhundakı tərəkəməlik, damarındakı türklük oyanmış olur. Sonrasında etdiyi hər şey milli ruhdan kənara çıxa bilməz! Simpoziumun üçüncü günü 19 May, yəni Gənclik və spor bayramına düşürdü. Məruzələrimizi bitirib Bursa, Kələs yaylasına getdik. Yaylada universitet gənclərinin qələbəliyi ilə yanaşı, şəhər sakinləri də gəlmişdir və hər kəs piknik edirdi. Yaylada Qaşqay Türklərinin dərnəyinin, Yörük Türkmən Birliyinin və Universitetin qurduğu çadırlar yenidən bizi pastoral əhval-ruhiyyədən otantik hisslərə doğru apara bildi. Bu necə duyğu idi axı?Bir yanda yaşıl yamaclı dağlar, təbiətin gəlhagəli, digər tərəfdə tarixin türk qoxusu buram buram dolurdu ciyərlərimizə. Əlimizdə son model telefonlarımız ilə bu pastoral-otantik mənzərəni nə qədər çəkə bilərdik ki? Müasirlik tarixiliyi nə qədər içinə ala bilərdi ki? Simpozium təşkilatçılarının məqsədi bizi tarixi köklərimizə qaytarıb, əslində kim olduğumuzu xatırlatmaq idimi bilmirəm, ancaq simpozium boyunca bizə təlqin edilən yöürklük (təkəməlik), türklük ensantenələrinin oxunan onlarla məruzədən daha təsirli olduğunu bilirəm. Təşkilatçılara bu mənada sonsuz təşəkkür edirəm. Simpoziumdan bir “qucaq” mənəvi zənginlik və hüzur ilə qayıtdığım yol boyunca elə təyyarədəcə bu məqaləni yazıram... Tanrı Türkə yar olsun. Dos.Aynur Qəzənfərqızı Xəzər MAFİ-nin koordinatoru, folklorşünas
Ailəmizdə altı uşaq olub. Valideynlər üçün çətin idi. Ona görə də qohumlarımdan biri mənə Orconikidzedəki Suvorov məktəbi haqqında danışanda məni ora göndərmək qərarına gəldilər. Mən həyəcanlanmadım, amma mübahisə edə bilmədim. Düzünü desəm, hərbi forma geyinmək imkanı məni cəlb etdi. Bir ildən sonra mən oradan qaçdım. Müəllimlərin bizə verdiyi məşqdən sonra heç bir forma daha cəlbedici olmadı. O vaxt orduya nifrət edirdim. Amma könüllü qərarla məni məktəbə qaytardılar... Təvazökar oldum və hətta öyrənməkdən həzz almağa başladım. Daha doğrusu, bizə atəş açmağı öyrətdiyimiz hissədən. Və hətta rəqs dərslərinə müqavimət göstərməyi dayandırdım. Bizə polonez, fiqurlu vals öyrədilirdi, hər şənbə başqa təhsil ocaqlarından qızların dəvət olunduğu məktəbdə rəqslər olurdu. Kolleci üç-dörd qiymətlə, Orconikidzedəki ali hərbi məktəbi əla qiymətlərlə bitirmişəm. Böyüdüm və anladım ki, ordu əbədidir. Amma zabit olduğumu, vətənə borcum olduğunu, o vaxt dedikləri kimi, yalnız o zaman baş verdi ki, mən artıq baş leytenant olmuşam və Almaniyanın Olimpiksdorf şəhərində yerləşən diviziyaya kəşfiyyatçı kimi göndərilmişəm. şirkət komandiri. Nalçikə tətil səfərləri sensasiya yaratdı - qızların sonu yox idi. Kəşfiyyatçının forması, çiyin qayışları, sirləri və xüsusən də xidmət yeri çox cəlbedici idi, görünür... Ondan amansızcasına yararlandım. Amma yerləşdi, özünə arvad seçdi və onu da Almaniyaya apardı. Sonra pəncərədən kənarda mənfi 40 olan Arxangelsk, sonra Moskva Ali Hərbi Kursları, sonra Əfqanıstan var idi. Mən mayor dərəcəsini təzəcə almışdım və Arxangelskdəki kursdan qayıtmışdım ki, diviziya komandiri məni çağırdı və preambula olmadan soruşdu: “Sən də Əfqanıstana getməkdən qorxursan ?” Yaxşı, qafqazlıdan nədənsə qorxduğunu necə soruşa bilərdin ? Məlum oldu ki, bizim diviziyanın bir neçə zabiti bundan imtina edib, onları tutduqları vəzifələrdən uzaqlaşdırıblar və rütbələri aşağı salınıb. razılaşdım. Mənə bir aylıq məzuniyyət verdilər, onu dəlixanadakı kimi keçirdim. Ətrafda hamı ağlayır, inandırır, qorxur... Amma mən çox istəyirdim ki, getmək istəyirdim və 1981-ci il mayın 9-da təyyarəmiz Kabilə enir. Məni “intihar batalyonu” da adlandırılan ayrıca kəşfiyyat dağ batalyonunun komandiri təyin etdilər. Bu cür birləşmələrin digərlərindən nə ilə fərqləndiyini anlamaq üçün onların başqaları ilə birlikdə hərbi əməliyyatlarda iştirak etmədiyini bilmək kifayətdir. Onlar komandirin tam məsuliyyəti altında müstəqil hərəkət edirlər. Bir neçə gündən sonra mən artıq Uca Tanrıya üz tutdum: "Mən burada nə edirəm?" İstilik üstəgəl 70, isti torpaq, daimi susuzluq... Və Əfqanıstanda olduğum beşinci gündə ilk döyüşüm oldu, ilk yüngül yaramı orada aldım. Və əsgərimin öldüyü yer. Onu götürmək üçün meyitxanaya getməli oldum. Gələndə çoxlu cəsədlərin olduğu böyük bir çuxur gördüm. Belə bir istidə hamı qışqırır: “Tez gəl, hansını götür!” Özümü pis hiss etdim... Bir neçə gündən sonra insan öldürməyin nə demək olduğunu başa düşdüm. Ərazini təmizləyirdik. Mən BMP qülləsində ruhların hansı tərəfdən görünəcəyini gözləyirdim ki, ora tələsdim. Və birdən maşının düz qarşısında göründülər. Mən onları bir avtomatik partlayışla yerə sala bildim. Nə hiss etdin? Birincisi, sevinc: mən nə gözəl insanam! Sonra silkələdi... Vəziyyətimi gizlədə bildiyimi düşündüm, amma məmurun başqasına dediyini eşitdim: “İndi ona toxunma, özünə gəlsin”. Mən bu müharibəyə girməsəydim, əsl qəhrəmanlığın, əsl xəyanətin nə olduğunu heç vaxt bilməzdim. Kurskdan olan şən yoldaş və zarafatcıl leytenant Pravdini hələ də xatırlayıram ki, bir saniyədən sonra zirvədə qalmaq qərarına gəlib, bizə geri çəkilmək imkanı vermək üçün güclü atəşin altında dərədə uzanıb. Onunla beş ən yaxın dostu qaldı. Döyüş demək olar ki, bir gün davam etdi. Pravdinin pulemyotları susdu, əsgərlər ağladılar... Həmin döyüşdən bir gün sonra biz dərədən keçərək oğlanlarımızın yanına getdik. Onların o vaxt gördükləri şəkil indi də məni təqib edir. Cəsədlər istidə o qədər şişib ki, onlara yaxınlaşmaq mümkün olmayıb. Nə burun, nə qulaq... Onları qaldırıb dərənin ensiz cığırları ilə aşağı aparmaq mümkün deyildi. Biz onları uçurumdan aşağı itələdik, aşağı düşdük, yenidən itələdik... Və artıq aşağıda sınıq, eybəcər meyitlər yağış paltarına bükülmüş və batalyona aparılmışdı. Yadımdadır, elit hesab edilən hava hücumu şirkətinin komandiri necə toyuq-cücərərək dəstəsini təhlükəsiz yerə apardı. Dushmanları mühasirəyə alanda o, təyin olunmuş hündürlükdə deyildi və bununla da onlara sakitcə getməyə icazə verdik. Həmin döyüşdə çoxlu insan itirdik... Sonra ondan soruşdum: “Niyə?” O, sakitcə cavab verdi: “Bu, mənim müharibəm deyil”. Mən də başa düşmədim ki, bizim orada nə işimiz var, oğlanlar niyə ölür. Mən hələ də bilmirəm. Amma bizə əmr olundu, bizə öyrədilən şeyi etdik. Bütün əməliyyatları səhər tezdən həyata keçirdik. Təsdiqlənmiş taktika: Bu, insanların özünü ən çox yorğun hiss etdiyi vaxtdır. Günorta qayıtdıq və yatmağa getdik. Axşam isə daha bir əməliyyat olacaq. Televizorlar, radiolar yoxdur. İstilik dözülməzdir. Dərin çuxurlar qazıb üstünə çadırlar qoydular. Çuxurlarda yaşayırdılar - orada ən azı bir az sərin idi. Əsgərlər özləri üçün bəzi əyləncələr hazırladılar. Diviziya komandiri general Qromov yoxlamaya gələndə az qala insult keçirəcəkdi. O və mən ərazidə gəzirdik, birdən çadırın küncündən nəhəng monitor kərtənkələsinin üzü göründü. Qromov tapançasını tutmaq istəyərkən ağızlıq yox oldu. General küncə qaçdı və bu monitor kərtənkələsinin itaətkarlıqla sahibinin arxasınca qaçdığını gördü: əsgər onu iplə aparırdı. Diviziya komandiri çadıra düşüb yerində donub qaldı. Hər çarpayının başlığına bir monitor kərtənkələ bağlanmışdı. Bəzilərinin kiçik ev heyvanları var idi, bəzilərinin isə timsahları xoşlayırdı. Uşaqlar... Mən Əfqanıstanda 2 il 2 ay 9 gün qaldım. O, üç yara, iki ağır beyin silkələnməsi aldı. Və Qırmızı Ulduz ordeni. Və getməzdən bir gün əvvəl evdən mənə yazdıqları bütün məktubları yandırdım. Hər şeyi tez unutmaq istəyirdim. Gözləri bağlı olan oğlanlarımın üzünü unudun... Amma yenə də hər şeyi xatırlayıram... 23 fevral mənim üçün ən vacib bayramdır. Televizorda hərbi parad görəndə boğazımda bir yumruq qalxır. Yadımdadır, əvvəllər xidmət edəndə formamdan bezmişdim. Tətildə qızım yalvardı ki, geyinim, şəhəri mənimlə gəzə bilsin. Amma formanı görə bilmədim. İndi, bu qədər ildən sonra ona yaxşı baxmağa başladım. 23-də isə ön paltarımı geyinib şəhərə çıxacağam. Mən fəxr edirəm ki, Sovet Ordusunun zabiti olmuşam. Polkovnik Vyaçeslav Malbaxov
II hissə Yuxarıda qeyd etdiyim kimi “Azərbaycan gəncləri qəzetində “Dağlarmı günahkardır, yoxsa” başlıqlı məqalə dərc edildikdən sonra Şınıxa maraq və diqqət artmışdı. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun müəllimi Vaqif Bayramovun sədrliyi ilə Şınıx Xeyriyyə Cəmiyyəti (Şınıx Təşkilat Komitəsi) Azərbaycan SSRİ Nazirlər Sovetinin 22 yanvar 1991-ci il tarixli 21 г saylı sərəncamı ilə Şınıx zona XDS yaranmış, Şınıx zonasında rayon tipli idarə və müəssisələr təşkil olunmuşdur. 1991-ci ilin noyabr ayında respublikada XDS icraiyyə komitələri ləğv edildiyinə görə Şınıx zona XDS icraiyyə komitəsi ləğv edilmiş və Şınıx zona icra hakimiyyəti yaranmışdır... 1992-ci ilin yanvar ayında Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatında humanitar məsələlər şöbəsində baş referent vəzifəsinin icrasına başladım. Həmin dövrü xatırlayanlar bilir ki, Dağlıq Qarabağ hadisələrinin kəskin dövrü idi. Ermənistanla sərhəd bölgədə yerləşən Gədəbəy rayonunda, xüsusilə Şınıxda vəziyyət gərgin idi. Gədəbəy rayonunun digər bölgələri ilə Şınıx bölgəsinin arasında yerləşən erməni kəndi Başkənd quldur yuvasına dönmüşdü. Şınıxda və digər sərhədyanı kəndlərdə əhali qorxu və səksəkə halında yaşayırdı. Şınıx bölgəsinin Ermənistanın iki rayonu-Krasnoselo və Berd rayonları ilə həmsərhəd olması vəziyyəti daha da çətinləşdirirdi. Milli ordu yenicə formalaşmağa başlamışdı. Şınıxın Düzrəsullu kəndində anadan olmuş polkovnik Cahangir Rüstəmovun komandanlığı altında Novosaratovka kəndində 861 nömrəli hərbi hissə təşkil olunmuşdur. Gədəbəy Rayon İcra Hakimiyyətinın başçısı Qənbər Qurbanovun rəhbərliyi ilə rayonda ordunun formalaşması, müdafiənin təşkili üçün fasiləsiz iş aparılırdı. Şınıxın kəndlərində yollar təmir olunur, sərhədboyu müdafiə işləri aparılırdı. Məni Şınıxa təhkim etmişdilər. Əsas diqqət müdafiə postlarının möhkəmləndirilməsinə yönəlmişdi. Gədəbəy rayon texniki təchizat birliyindən bir neçə “Leon” tipli ratsiya aparatlarını götürüb Şınıxın Mutudərə, Düzrəsullu, Göyəlli, Qaravəllər kəndlərində yerləşən postlarına payladım. Qaravəllər kəndinin qonşuluğunda yerləşən Tovuzun Qaralar kəndi ilə rabitə əlaqəsi təşkil etdim. 1992-ci ilin mart ayının 1-də Şınıx Zona İcra Hakimiyyətinin başçısı Musa Məmmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad olundu. Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsi müvəqqəti olaraq İsalı sovxozunun direktoru İsa Köçərliyə həvalə edildi. Həmin vaxt Rayon İcra Hakimiyyətinin başçısı Qənbər Qurbanovun tapşırığına uyğun müntəzəm olaraq Şınıxda olurdum. Zonada əhali arasında daimi bir qorxu höküm sürürdü. Başkəndlə Ermənistanın iki rayonu arasında qalan Şınıxda hərc-mərclik idi. Bir gün Şınıx zona Aqrar İstehsalat Birliyinin sədri Yusif Cəfərov və Arabaçı kəndində yerləşən “1 May” sovxozunun direktoru Baxış Nağıyev mənə yaxınlaşdılar. Onlar bildirdilər ki, gəl sən Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsinə razılıq ver. Qoy Qənbər müəllim səni həmin vəzifəyə təyin etsin. Zonada bu vəzifə səriştəsiz adamların əlinə keçməsin. Mən həmin təkliflə razılaşdım. Yadında olanlar yaxşı bilir ki, həmin vaxt vəzifəyə kadrlar Rayon Soveti sədrinin Azərbaycan Xalq Cəbhəsinin rayon şöbəsinin və Rayon İcra Hakimiyyəti başçısının birgə razılığı ilə təyin olunurdu. Rayon Soveti sədrinin razılığı alınmışdı. Azərbaycan Xalq Cəbhəsi Gədəbəy rayon şöbəsinin sədrinin razılığı alınmamışdır. 1992-ci ilin may ayının 14-də Ayaz Mütəllibovun Milli Məclisin qərarı ilə yenidən Azərbaycan Respublikasının Prezidenti elan edilməsindən sonra, yəni mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi mənim təyinatımı gecikdirdi. May ayının 15-də Sabir Məmmədovun rəhbərlik etdiyi tələbələrdən ibarət silahlı dəstə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasını zəbt etdi. İcra başçısının möhürünü ələ keçirdi. Aparatın işçilərini işdən qovdular. Bir neçə gündən sonra möhür Qənbər Qurbanova verildi. Biz isə öz işimizə qayıtdıq. May ayının 28-də Respublika günü münasibətilə Ermənistanla sərhəddə yerləşən hərbi postlara yardımlar aparmaq üçün qruplar təşkil edildi. Mən Şınıxın Qaravəllər kəndi ərazisində yerləşən Ağdaş postuna təhkim olundum. Həmin gün anamın dayısıoğlu jurnalist Sabir Hüseynov da bizimlə birlikdə idi. Həmin günü hərbçilərlə birlikdə Respublika gününü qeyd etdik. Axşam saat 21 radələrində rayona –icra hakimiyyətinə qayıtdım. Rayon icra hakimiyyətində bütün otaqların işıqları yanırdı, Aparat işçiləri hamısı iş başında idi. Mənə dedilər ki, İsa Qənbərin sərəncamı ilə Qənbər Qurbanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Saat 22 radələrində Prezident Aparatının məsul işçisi Surxay Tağızadə rayona gəldi və sərəncamın icralarını təmin etdi. Qənbər Qurbanov sənədləri Saleh Rüstəmova verərkən bildirdi ki, Sənan Quliyevin Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmağı haqqında əmr hazırlayıb, istəyirsən mən imzalayım və yaxud istəsəniz siz imzalayın. Saleh Rüstəmov bildirdi ki, Sənan Quliyevi tanıyıram. Sabah əmri imzalayaram. Səhəri gün may ayının 29-da mənim Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəifəsinə təyin olunmağım barədə əmr imzalandı. Həmin gün rayon sovetinin sədri Ədalət Nəsibov məni Şınıx Zona İcra Hakimiyyətinin kollektivinə təqdim etdi. 1992-ci ilin may ayının 29-da mən həyatımın ən çətin, ən şərəfli dövrünə qədəm qoydum. Azərbaycanın qərbində yerləşən ən strateji əhəmiyyətə malik bir bölgənin idarəçiliyi mənə tapşırılmışdı. Öncə zonanın rəhbər şəxsləri, fəalları ilə görüşdükdən sonra müdafiənin hansı səviyyədə olduğunu öyrənmək üçün müdafiə postlarında oldum, əsgər və zabitlərlə görüşdüm. Zonanın Ermənistanla sərhəddində müdafiə işi yaxşı təşkil edilmişdi. Bir sıra strateji yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Sərhədboyu yüksəkliklərə ermənilər tərəfindən vaxtında yollar çəkildiyindən onlar rahat həmin yüksəkliklərdə möhkəmlənmişdilər. Milli Ordunun zabit və əsgərləri ilə görüşərkən əfsanəvi topçu-İsgəndər Aznaurov mənə yaxınlaşdı və bildirdi ki, Mor-Mor kəndi ilə Erməınistanın sərhədində yerləşən yüksəkliyi tutmasaq Şınıxın müdafiəsi təhlükə altında qalacaq. Ermənilər həmin yüksəkliyin sağ və sol tərəfindəki buza qüllə məsafəsində yerləşən yüksəkliyi tutmuşdular. Baxdım ki, çox düşünülmüş təklifdi. Lakin həmin yüksəkliyə yol yox idi. Tədbirlər planı hazırlayıb Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı Saleh Rüstəmova təqdim etdim. Zona ərazisində Şınıx zona yol idarəsinin 2 ədəd ÇTZ buldozeri var idi. Bundan başqa rayon mərkəzində Qarayev soyadlı traktorçunun idarə etdiyi Cebaksarı şəhərində istehsal olunmuş buldozer daxil olmaqla hər üç texnikanın iştirakı ilə həmin yüksəkliyə (hazırda Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə “İsgəndər qalası” adlanır) yol çəkilməyə başlanıldı. Yolun tikintisi üçün 16 ton dizel yanacağı və digər texnikaların işləməsi üçün 20 ton benzin və 2 ton motor yağı tədarük olundu. Yanacağın əksər hissəsi Düzrəsullu kəndində sovxozun yanacaq bazasında, bir hissəsi isə Bayram Hacıyevin komandir olduğu Düzrəsullu zastavasının həyətində yerləşən yanacaq çənlərinə boşaldıldı. 1992-ci ilin iyun ayının əvvəlində başlanan tikinti işləri avqust ayının 1-dək başa çatdırıldı. Yüksəkliyə yolun çəkilişi başa çatdırıldıqdan sonra orada istehkamın qurulması işləri aparıldı. Möhkəmləndirilmiş istehkamın qurulmasında Şınıx Xeyriyyə Cəmiyyətinin körpü tikintisi üçün Şınıxa gətirdiyi dəmir materiallardan istifadə olundu. Həmin materialların daşınmasında zonada yerləşən kolxoz və sovxozların texnikası bizə kömək etdilər. Hətta həmin dövrdə Düzrəsullu sovxozuna məxsus traktorlardan biri dərəyə yuvarlandı. Traktor sıradan çıxsa da traktorçu vaxtında kabinəni tərk etdiyinə görə ölüm hadisəsi olmadı. Həmin yüksəklikdən Krasnoselonun rayon mərkəzi aydın göründüyündən ermənilərin hərəkətlərini dəqiq müşahidə etmək olurdu. Həmin vaxtlar Şınıx zonasında elə surətli hadisələr baş verdi ki, sonradan təhlil aparanda bu hadisələrin qarşısının alınmasında yalnız uca Allahın yenilməz iradəsinin mənə kömək olduğunu dərk etdim. 1992-ci ilin iyun-iyul aylarında Şınıx zonasında yerləşən hərbi dəstələrə vahid rəhbərlik yox idi. 861 nömrəli hərbi hissənin qərarhagı Novosaratovka kəndində, Şınıx müdafiəsinə cəlb edilmiş batalyonun qərargahı isə Gədəbəy şəhərində, texniki peşə məktəbinin binasında yerləşirdi. Zonada yerləşən rotaların işinə batalyon komandirlərinin müavini kapitan Əlövsət Seyidov rəhbərlik edirdi. Zona İcra Hakimiyyətin başçısı kimi Mutudərə tibb məntəqəsinin “UAZ” markalı avtomobilini Əlövsət Seyidovun sərəncamına verdim. İş qrafikim səhər saat 8-dən başlaylb, gecə saat 2 radələrinə qədər çəkirdi. Xidməti “Niva” markalı avtomobilin yanacaq çəni hər gün doldurulsa da gün ərzində zona daxilində istər vətəndaşlarla, istərsə də hərbçilərlə görüşlər tam sərf olunurdu. Yuxarıda qeyd etdiyim kimi Şınıx zonasında rayon tipli dövlət qurumları-zona polis bölməsi, təhsil şöbəsi, sosial təminat şöbəsi, mədəniyyət şöbəsi, VVAQ şöbəsi, pasport masası, zona mərkəzi xəstəxanası, yol idarəsi, tikinti idarəsi, qaz idarəsi, Avtokalona, Aqrar istehsalat birliyi və digər qurumlarla bərabər Şınıx zona rabitə qovşağı da fəaliyyət göstərirdi. Rayon mərkəzi və hərbi hissələrin qərargahları ilə rabitə əlaqələri hər an ermənilərin yaşadıqları Başkənd kəndinin ərazilərindən keçirdi. Rabitə əlaqələri hər an danışıqların ermənilər tərəfindən dinlənilməsi təhlükəsi var idi. Buna görə də qərara aldıq ki, Tovuz rayonunun ərazisindən keçməklə Düzrəsullu kəndi ilə Novosaratovka kəndi arasında yeraltı rabitə xətti çəkilsin. Bu işə rəhbərlik Şınıx rabitə qovşağının mühəndisi Ələddin Sarıyevə tapşırıldı. O, bu işin öhdəsindən layiqincə gəldi. Beləliklə, Şınıxla-Novosaratovka kəndi arasında etibarlı rabitə xətti quruldu. Şınıx Zona İcra Hakimiyyəti və Şınıx polis bölməsi Düzrəsullu kənd orta məktəbin binasında yerləşirdi. Həmin məktəb Şınıx zonasında tikilmiş ilk müasir tipli məktəb idi. 1992-ci ilin iyun ayının əvvəlində Şəmkir rayonundan olan igid oğlanlardan təşkil olunmuş “Dəli Kür” hərbi dəstə Şınıxa gəldi. 76 nəfərlik dəstə Düzrəsullu kənd orta məktəbinin binasında Şınıx Zona İcra Hakimiyyətinin qonşuluğunda yerləşdirildi. Zonada yerləşən hərbi hissələr ilk vaxtlar ərazidə yerləşən 6 çörəkbişirmə müəssisələri tərəfindən çörəklə və digər ərzaqlarla təmin olunmuşdu. Düzrəsullu kəndində yerləşən rotanın komandiri Tofid İsmayılov əvvəllər Şınıx Zona İcra Hakimiyyətinin işçisi olmuşdu. Onların iş yerləri saxlanılırdı. Düzrəsullu rotasının tərkibinə daxil olan Məzahir Rüstəmovun xidmət etdiyi vzvod mühüm strateji məntəqədə Krasnoselo-Başkənd yolunun üstündə Mutudərə kəndində yerləşirdi. Vzvod komandirinin müavini kimi Məzahir Rüstəmovun sayəsində Mutudərə zastavasında ciddi intizam qaydaları hökm sürürdü. Hər dəfə həmin zastavaya baş çəkəndə mən orada daha bir yeniliyin şahidi olurdum. Şınıxın müdafiəsinin təşkilində İsgəndər Aznaurovun müavini Sahib Rüstəmovun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Sahib Rüstəmov istedadı və bacarığı ilə ad çıxarmışdı. Qeyd etdiyim kimi sərhəd postlarının qurulması işi yarımçıq qalmışdı. Göyəlli, Qaravəllər kəndlərinin yaxınlığında yerləşən hərbi postların qurulmasına Yevlax rayonundan gəlmiş tikinti briqadası cəlb edilmişdi. İşin gedişi bizi qane etmirdi. Ona görə də işi sürətləndirmək üçün zonada yerləşən 2 kolxozun və 3 sovxozun texnikasının bu postların tikintisinə cəlb etməli oldum. Ermənsitanın Krasnoselo rayonundan daim Şınıxa hücüm gözlənilirdi. Krasnoselo-Başkənd yolu müasir tipli yol idi. Həmin yolda bütün növ hərbi texnika asanlıqla hərəkət edə bilirdi. Hücüm təhlükəsini azaltmaq, hər hansı hücüm planının qarşısını almaq üçün yolun partladılması lazım olacaqdı. Bunun üçün Şınıx yol idarəsindən Balakən rayonuna partlayıcı maddə gətirmək üçün avtomobil göndərdim. 1 tona yaxın partlayıcı maddəni 861 nömrəli hərbi hissəyə təhvil verdik. Şınıxın müdafiəsində əməyi olan şəxslərdən biri, xeyriyyəçi, səmimi insan Dövlət Məmmədovun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Dövlət Məmmədovla məni qohumum jurnalist Sabir Hüseynov tanış etdi. Dövlət Məmmədov gecəgörmə cihazlar daxil olmaqla xeyli hərbi sursat gətirmişdi. Bundan başqa tikiş maşınları da gətirmişdi ki, Şınıxda əhalinin məşğulluğuna kömək etsin. Hərbi sursat hissələrə təhvil verildikdən sonra Sabir Hüseynov, Dövlət Məmmədov və mən Dördlər kəndində Aşıq Musanın qonağı olduq. Gecə səhərə qədər Şınıxın müdafiəsi və gələcəyi barədə söhbətlər etdik. Başkənd təhlükə mənbəyi olaraq qalırdı. Ermənilər çalışırdılar ki, Şınıxın sərhəd kəndləri arasında hərbi postlar yerləşdirsinlər. Onların bütün cəhdlərinin qarşısı qətiyyətlə alındı və Başkənd ətrafında erməni postlarının qoyulmasına imkan verilmədi. Yalnız Başkəndin giriş və çıxışında postlar qalırdı. Novasaratovkadan Şınıxa-Başkəndə girmədən əlavə yol çəkilmişdi. Həmin yol çox təhlükəli idi. Tək avtomobilin həmin yolda hərəkət etməsi mümkün deyildi. Yuxarıda qeyd etdiyim kimi ermənilər 1990-cı ilin yanvar ayının 30-da Başkənd ərazisində olan “jiquli” avtomobilini dayandırmış və avtomobildə olan şəxsləri qəddarlıqla öldürmüşdülər. Bir gün Ermənilər Şınıxa gələn avtomobilin qabağını kəsərək onlara maneçilik törətmək istəmişdilər. Biz kəndin rəhbərliyi ilə Mutudərə zastavasının yaxınlığında danışıq aparıb, onların bu hərəkətlərinə son qoymasını tələb etdik. Ermənilər özlərini çox narahat hiss edirdilər. Krasnoselo-Başkənd yolunun üzərində yerləşən Mutudərə zastavasından onların bütün hərəkətlərinə nəzarət olunurdu. 1992-ci ilin son günləri idi. Batalyon komandirinin müavini Əlövsət Seyidov mənə yaxınlaşıb bildirdi ki, ermənilər Başkənddə Sizinlə danışıq aparmaq istəyirlər. Biz isə adətən Mutudərə zastavasının ərazisində danışıq aparırdıq. Mən təklifi qəbul etmədim və ona bildirdim ki, mənim kəndin içərisinə gedib ermənilərlə hər hansı danışıq aparmaq fikrim yoxdur. Həmin danışıq rayon və respublika rəhbərliyi ilə razılaşdırılmamışdır. Əlövsət Seyidov sürücü Məhərrəm və Düzrəsullu kəndinin icra nümayəndəsi Vilayət Məmmədov birlikdə Başkəndə getdilər. Mən bir neçə nəfərlə Başkəndlə Düzrəsullu sərhəddində idim. Aradan 20 dəqiqə keçdikdən sonra gördüm ki, Əlövsət Seyidovun getdiyi “UAZ” markalı avtomobil sürətlə bizə tərəf gəlir. Avtomobil gəlib yanımda dayandı. Avomobili Əlövsət Seyidov idarə edirdi. Seyidovun yanında bir nəfər kapitan formasında erməni hərbçi oturmuşdu. Onun əlində qumbara var idi. Ermənilər Vilayət Məmmədov və Məhərrəmi avtomobildən düşürüb, onları döymüş və Seyidovdan mənim Başkəndə gətirilməyimi istəmişdirlər. Seyidov məndən bir daha Başkəndin mərkəzinə gedib ermənilərlə görüşməyimi istədi. Mən ermənilərin çinkin niyyətini başa düşüb, getmədim. Seyidovdan onlarla gələn erməni hərbçisini də götürüb ərazini tərk etməsini tələb etdim. Sonradan öyrəndim ki, görüş baş tutsaydı ermənilər məni kirov götürəcəkdilər.. Aradan bir müddət keçdi. Axşam saat 22 radələri olardı: Yaşadığım evin yaxınlığında yerləşən posta idi. Güclü atışma başladı. Məlum olmayan qüvvələr tərəfindən post və mənim yaşadığım ərazi atəşə tutulurdu. Mən dərhal ratsiya ilə Şınıx polis bölməsinin rəisi Tofiq Qarayevdən və Düzrəsullu kəndində yerləşən “Dəli Kür” dəstəsindən kapitan Sərdar Heydərov başda olmaqla kömək istədim. Sərdarın dəstəsi bizim evə gəldi, Tofiq Qarayevin dəstəsi digər tərəfdən Göyəlli kəndindən həmin posta tərəf irəlilədi. Hərbi köməyin gəldiyini görən silahlı dəstə üzvləri atəşi dayandırıb qaçmalı oldular. Həmin gündən qədər sonra səhəri Bakıda yaşayan dayım Fərman Süleymanov axşam saat 20 radələrində bizim evdə mənimlə söhbət edirdi. Bir ar keçmiş Fərmandan böyük olan dayım İsbəndiyar idarə ediyi “Ural” markalı avtomobillə bizim yanımıza gəlirdi. Dayım Fərmanla mən onun qabağına çıxdıq. Bu zaman evin qabağındakı kolluqdan atılan güllə Fərmanla mənim aramdan keçdi. Vəziyyət çox ciddi idi. Müəyyən qüvvələr zonada aparılan işlərə maneçilik törətmək və ərazidə hərc-mərclik yaratmaq istəyirdilər. Mən Gədəbəy rayon polis şöbəsinə müracət edərək təhlükəsizliyimin qorunması üçün kömək istədim. Rayon polis şöbəsi isə mənim müraciətimə müsbət yanaşmadı. Şınıxda bizim qohum- əqrabanı “çeçenlər” adlandırırdılar. Ona görə də məkrli qüvvələr açıq şəkildə mənə qarşı təxribat törədə bilmirdilər. Hərəkət marşurutumu tez-tez dəyişməli olurdum. Bu isə onların çirkin niyyətlərini həyata keçirməyə mane olurdu. Yaşadığım ev Ermənistan sərhəddinə yaxın idi. Kəndin ərazisindən Ermənistan ərazisinə atılan qrad mərmilərin ikinci atışı bizim evin üstündə baş verdi. Zonanın rəhbər şəxslərindən Göyəlli kəndinin icra nümayəndəsi Ələddin Qurbanov, Hacılar kəndinin icra nümayəndəsi Əsəd Alıyev, Düzrəsullu kənd icra nümayəndəsi Vilayət Məmmədov, Arabaçı kənd icra nümayəndəsi Mirzə Quliyev, Arabaçı sovxozunun direktoru Baxış Nağıyev, Göyəlli kolxozunun sədri Subhan Orucov, Hacılar kolxozunun sədri Mədəd Hacıyev, Şınıx zona Aqrar İstehsalat Birliyinin rəisi Nazim Babayev və Şınıx polis bölməsinin rəisi Tofiq Qarayevlə birgə ərazidə müdafiənin təşkili, ictimai asayişin qorunması, əhalinin təhlükəsizliyinin təmin olunması üçün fasiləsiz olaraq gərgin iş aparırdım. İsgəndər Aznaurovun topçu dəstəsi Mor-Mor kəndinin üstündə “Daşlı boyun” deyilən ərazidə erməni mövqelərindən aşağıda yerləşirdi. Ermənistanın hədəf nöqtələrini müəyyən etməkdə çətinlik yaranırdı. Həmin vaxtlar xidməti “Niva” markalı avtomobillə Hacılar kəndinin ərazisində yerləşən teleötürücü qüllənin yaxınlığındakı təpəyə çıxaraq ermənilərin atəş nöqtələrini müəyyən edib koordinantları İsgəndər Aznaurova ötürdük. Bu işdə icra nümayəndələri Ələddin Qurbanov və Əsəd Alıyev mənə yaxından köməklik göstərirdilər. İsgəndər Aznaurovla birlikdə bizim evin yaxınlığında yerləşən təpədə quraşdırılmış 100 mm-lik topun şəxsi heyəti də fədakarlıq göstərirdilər. Onlar tərəfindən ermənilərə məxsus hərbi texnikanın hərəkətinə imkan verilmirdi. Ləzgiqaya yüksəkliyi və ətraf ərazilər daim həmin topun nəzarətində olurdu. 1992-ci ilin avqust ayı yaxınlaşdıqca Şınıxda vəziyyət gərginləşirdi. Ara-sıra baş verən hadisələr nəticəsində Novasaratovka-Başkənd-Şınıx yolu, Krasnoselo-Başkənd yolu bağlanırdı. Bu isə hər iki tərəfdə hərbi toqquşmanı yaxınlaşdırırdı. Novosaratovkadan-Şınıxa getmək üçün Tovuz rayonunun Böyük Qışlaq kəndindən keçməklə uzun bir yol keçilməli olurdu. Avqust ayının 2-də erməni hərbçilərinin atdığı top mərmisi Şınıxın Çayrəsullu kəndində Sinəxanım Məmmədovanın yaşadığı evə düşdü. Ermənilərin top atəşi nəticəsində zonada elektrik enerjisi kəsildi. Mənim iş yerimlə (Düzrəsullu kəndi) qaldığım (Sonalar kəndi) yerin arasında 11 km məsafə var idi. Axşam saat 9 radələrində xidməti avtomobili ratsiya ilə yanıma çağırdım. Çünki, avtomobillərdə olan ratsiya ilə ətraf aləmlə əlaqə saxlayırdım. Sürücü Qabil Məmmədov iş yerinin yaxınlığında, Düzrəsullu kəndində qalırdı. O, çağırışa gəlməkdən imtina etdi. Məcbur olub Hacılar kolxozunun sədri Mədəd Hacıyevlə birlikdə QAZ-53 markalı avtomobillə iş yerinə gəldim. Qabil Məmmədov yenə də avtomobili idarə etməkdən boyun qaçırdı. Bir təhər Düzrəsullu kənd sakini Sultanəli Cəfərov xidməti avtomobili idarə etməyə razı saldıq. Xidməti avtomobillə Çayrəsullu kəndinə hadisə yerinə getdim. Ermənilərin top mərmisinin partlaması nəticəsində Sinəxanım Məmmədova və ailənin digər 2 üzvü həlak olmuşdu. Əhali vahimə içərisində idi. Zonanın rəhbər şəxslərini səfərbər edib ərazidə sakitlik yaratdıq. Rayon rəhbərliyi ilə əlaqə saxlayıb səhəri gün həlak olanları dəfn etdik. Həmin vaxt on min nəfərlik əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən Şınıx zonasında sərhədlərin müdafiəsi ilə yanaşı əhalinin təhlükəsizliyinin qorunması ən aktual məsələyə çevrilmişdi. Avqust ayının 3-də Ermınistanın Krasnoselo rayonu ilə Mutudərə kəndinin sərhəddində atışma zamanı 3 nəfər erməni yaraqlısı öldürüldü və xeyli hərbi sursat ələ keçirildi. Vəziyyət getdikcə çətinləşirdi. Ermənilər Krasnoselo-Başkənd yolunu açmaq üçün hücüma hazırlaşırdılar. Mutudərə və Qasımağalı kəndlərinin əhalisinin köçürülməsi zərurəti yarandı. Rayondan bir neçə avtobus və İsalı sovxozunun avtomobilləri vasitəsilə hər iki kəndin əhalisinin bir hissəsini çıxara bildik. 1992-ci ilin avqust ayının 6-da səhər tezdən Mutudərə zastavasının komandiri Şahbaz və Mutudərə kənd sakini Ələddin müəllim mənim yanımda oldular. Onlar ermənilərin hücüm edəcəyini və buna görə də Mutudərə zastavasına əlavə kömək verilməsini istədilər. Mən dərhal polis bölmə rəisi Tofiq Qarayev başda olmaqla 20 nəfər milis işçisini, Sərdar Heydərov başda olmaqla “Dəli Kür” dəstəsindən 20 nəfər hərbiçini-cəmi 40 nəfəri Mutudərə zastavasına köməyə göndərdim. Ermənilərin ilk hücümü saat 12 radələrində dəf edildi. Həmin vaxt ratsiya ilə məlumat verdilər ki, Ermənilər Şınıxın digər hissəsində yerləşən Qaravəllər kəndini atəşə tutub. Xeyli ölən və yaralanan var. Şınıx polis böləməsinin rəisi Tofiq Qarayevlə birgə təcili yardım briqadası götürüb. Qaravəllər kəndinə getdik. Kəndə çatanda gördük ki, ermənilərin atdığı top mərmiləri bir neçə evin həyətyanı sahəsinə düşsə də xoşbəxtlikdən ölüm yoxdur. Saat 14 radələrində Hacılar kəndinin icra nümayəndəsi Əsəd Alıyevlə (onun avtomobilində ratsiya var idi.) Çayrəsulluya qayıtdım. Yolda Mutudərəyə köməyə göndərdiyim polis işçisi Şakirlə rastlaşdım. Ondan soruşdum ki, Sizin dəstə Mutudərəni müdafiə etməli idi. Nə oldu? Dedi ki, köməyə göndərdiyin hərbi dəstəni geri çağırdılar. Erməni tankları artıq Mutudərəni keçib Başkəndə giriblər. Xidməti avtomobili ratsiya ilə çağırdım. Avtomobil Çayrəsullu məktəbinin yaxınlığında Şınıx-Qaradaş yolunun üstündə durmuşdur. Aramızda 150 metrə masafə var idi. Əsəd Alıyev kəndə qayıtdı. Mən avtomobilin yanındakı körpünü keçib yola çıxdım. Sürücü avtomobili qaçırmışdı. Ərazidə köç başlamışdı. Bütün kəndlərdə əhali daşınan əşyaları müxtəlif növ nəqliyyat vasitələrinin köməyi ilə ərazidən çıxarırdı. Şınıx mədəniyyət şöbəsinin avtomobilinin sürücüsü Qoşqar Tağıyevin köməyi ilə xidməti avtomobili Tovuz rayonunun Qaradağ kəndi ərazisində tapdım. Artıq gecə saat 12 radələri olardı. Sürücü qəti olaraq avtomobili idarə etməkdən imtina etdi. Mən bir neçə nəfərin köməyi ilə avtomobili Qabil Məşədiyevdən aldım. Mədəniyyət şöbəsinin sürücüsü Qoşqar Tağıyev məni qardaşım Adıgözəli və bir nəfər adını bilmədiyim kapitan rütbəli hərbçini Tovuzla Şınıx sərhədinə gətirdi. Həmin vaxt Qoşqarın ailə üzvləri bizim yanımıza gəldi və onun avtomobili idarə etməsini istəmədilər. Mən heç bir sürücülük təcrübəsi olmadan xidməti avtomobili idarə etməyi qərara aldım. Bir təhər avtomobili Çayrəsullu kəndinə gedənə qədər idarə etdim. Ratsiya ilə bütün postlarla əlaqə saxladım və əhalinin sakitliyinə çalışdım. Xalam oğlanları Baxış Hüseynovla Talıb Həmzəyevi köməyə çağırdım. Həmin gecə avtomobili xalam oğlu Baxış Hüseynov idarə etdi. Həmin gecə Düzrəsullu-Başkənd və Tovuz rayonunun Göyəbaxan kəndlərinin sərhədində yerləşən “Qaradağ” postunda Məhərrəm Ələsgərov ratsiyada fasiləsiz olaraq kimləri isə söyür, onları satqın adlandırırdı. Sonradan öyrəndim ki, Məhərrəmin mənim və digərlərinin həmin gecə ratsiya ilə olan danışıqlarını Şınıx Xeyriyyə Cəmiyyətinin sədri Vaqif Bayramov yazdırırmış. Gecə Gədəbəy tərəfdən Böyük Qışlaq yolu ilə Məhərrəm Hüseynovun dəstəsi köməyə gəldi. Gecə həmçinin Gədəbəy rayon prokurorunun köməkçisi Aytəkin Paşayev MTN Gədəbəy rayon şöbəsinin rəis müavini Vahid İsmayılov və Şahin Əliyevdə Şınıxa gəlmişdilər. Onlarla mən Şınıxın mərkəzində yerləşən bazarın yanında görüşdüm. Vəziyyətlə tanışlıqdan sonra avqustun 7-də onlar rayon mərkəzinə qayıtdılar. Səhər tezdən ermənilərin hücumu nəticəsində Mutudərənin müdafiəsi zamanı Məzahir Rüstəmovun qəhrəmancasına həlak olması xəbərini aldım. Gecə ikən qadınlar və uşaqlar kəndləri tərk etmişdilər. Postlarda dayanan əsgərlərə yemək çatdırmaq lazım idi. Odur ki, onlara çörək və digər ərzaqlar toplayıb özümüz çatdırmalı olduq. Ayın 7-də Başkəndə Gədəbəy tərəfdən hücüm gözlənilsə də, həmin gün heç bir əməliyyat aparılmadı. Avqustun 8-də Başkəndin, Mutudərə və Qasımağalı kəndlərinin erməni işğalçılarından azad edilməsi planı hazırlanmışdı. Şınıx tərəfdə Fərzalı xəstəxanasında gərargah yatarmışdıq. Şınıx zonasında döyüşən əsgər və zabitlərin ərzaq təminatını, yaralanan və ölən hərbçilərin daşınması və yerləşdirilməsi işlərini qərargahdan idarə edirdim. (ardı var) Sənan Quliyev
Son vaxtlar Şınıx bölgəsi, onun qəhrəman müdafiəçiləri haqqında, mətbuatda, digər kütləvi informasiya vasitələrində yazılar gedir. Mən ilk öncə bütün Şınıxlılar, bütün Gədəbəylilər qarşısında, eyni zamanda doğma vətənimizin bir parçası olan Şınıxın müdafiəsində iştirak edən insanların qarşısında həlak olan vətən oğullarının ruhu qarşısnda baş əyirəm. Əziz dostlar Hələ uşaqlıqdan vətən sevgisi mənim başlıca amalım olub. Əmək fəzliyyətimə doğma kəndim Şınıxın Hacılar kəndində 1978-ci ildə müəllimliklə başlamışam.Daha sonra 1982-ci ilin dekabr ayında Gədəbəy Rayon Partiya Komitəsinə təlimatçı təyin olunmuşam.Şınıxın müdafiəsi ilə bağlı ilk tapşırığı 1983-cü ilin aprel ayında almışam. 1983-cü ilin aprel ayının 30-da Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi Əli Bayramovun yanına dəvət olundum. Mən kabinetə girəndə birinci katibin yanında ağ saçlı, nurani bir şəxs əyləşdi. Həmin şəxs Dövlət Təhlükəsizlik Komitəsinin Şəmkir rayon şöbəsinin rəisi rəhmətlik Hüseyn Rəhimov idi. Mənə bildirdilər ki, Ermənistan Türkiyə sərhədində yerləşən Amasiya rayonunda ermənilərlə-azərbaycanlılar arasında qarşıdurma olub. Aldığımız məlumata görə Gədəbəy rayonunun Şınıx bölgəsinin Qaravəlilər, Tağılar kəndləri ərazisində ermənilər təxribat törətməyi planlaşdırırlar. (Tağılar kəndi 1969-cu ildə əsassız olaraq Ermənistana verilmişdi, əhalisi Gədəbəy rayonunun Novasaratovka kəndinin ərazisinə köçürülmüşdü. Tağılar kəndində-qorxmaz, mərd və mübariz İsmayıl və Yusif Tağıyev qardaşları qalmışdı. Onlar hər bir təzyiqə dözərək doğma yurdlarını tərk etməyiblər). Mənə tapşırıq verildi ki, milis zabiti Yolçu Məmmədovla birlikdə bir neçə gün Tağılar kəndində olacaqsınız və gözlənilən təxribatın qarşısını alacaqsınız.Bütün məlumatları Rayon XDS İcraiyyə Komitəsinin sədri Musa Məmmədova verəcəksiniz.720 hektar torpaq ermənilərə veriləndən sonra sərhəd Qaravəllər kəndində evlərinin 10-15 metrliyindən keçirdi. Həmin günlərdə ermənilər bir neçə dəfə təxribat törətmək istədilər. Qaravəllər kəndinin sakinləri o qədər qəzəblənmişdilər ki, təxribat törədən erməniləri öldürmək istəyirdilər. Əhalini bir təhər dilə tutub qarşıdurmanın qarşısını ala bildim. 1983-cü ilin mayın 4-də Gədəbəy Rayon Partiya Komitəsinin Plenumu ilə əlaqədar rayon mərkəzinə qayıtdım. Həmin Plenumda Əli Bayramov Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad olundu. Aydın Quliyev Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi seçildi.1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlayanda mən Gədəbəy Rayon Partiya Komitəsində ideologiya şöbəsinin müdiri vəzifəsində işləyirdim.Rayon Partiya Komitəsi tərəfindən Şınıx zonası ilə bağlı tapşırıqları yerinə yetirirdim. Həmin dövrdə Gədəbəy rayonu qonşu Daşkəsən və Ermənistanın Krasnoselo rayonları ilə sosializm yarışı keçirirdi. Bir sıra mədəni kütləvi tədbirlər keçirilirdi.Şöbənin arxivini araşdırarkən əlimə 1986-cı ilə dair bir sənəd keçdi. Həmin sənəddə Ermənistanın Krasnoselo rayonuna daxil olan Gədəbəyin digər kəndləri ilə Şınıx zonası arasında yerləşən Başkənd kəndinin yaranmasının 140 illiyinə dair tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlər planına görə Başkənd kəndi Şəmsəddin (indiki Berd) rayonundan gəlmiş ermənilər tərəfindən 1844-cü ildə salınmışdır.1988-ci ilin fevral ayında Sumqayıt hadisələrindən sonra rayonun Şınıx bölgəsində vəziyyət günü-gündən pisləşirdi.Vəziyyət elə gətirdi ki, Gədəbəy Rayon Partiya Komitəsinin ikinci katibi Şahin Məmmədovun xidməti avtomobili Başkənd kəndinin ərazisində atəşə tutuldu. Xoşbəxtlikdən ölüm olmamışdır.Əhali Şınıxdan köçmək istəyirdi. Rayon Partiya Komitəsində qərara alındı ki, Gədəbəy Rayon mərkəzində işləyən rəhbər şəxslərdən bir qrupu təcili Şınığa getmişdi. Əhalinin arasında olmalı, sabitlik yaratmalıdır. Rayon Partiya Komitəsinin ikinci katibi Şahin Məmmədov, RİK-nın sədri Musa Məmmədov, RİH sədrinin birinci müavini Şahin Əliyev və mən kino idarəsinin UAZ-469 markalı Arif adlı sürücünün idarə etdiyi avtomobillə Şınıxa yola düşdük. Axşam saat 19 radələrində Novosaratovka kəndinə çatdıq. Həmin dövrdə Novosaratovkadan Şınığa gedən avtomobil karvanının rus hərbiçiləri müşaiyət edirdi. Rus hərbiçiləri tək avtomobili müşaiyət etməkdən imtina edirdilər. Biz müşaiyətsiz Şınıxa yol düşdük. Başkənd kəndinin girişində 60-dan çox erməni avtomobili işıqlarını yandıraraq Novosaratovka-Şınıx yolunu nəzarətdə saxlayırdılar.Ermənilərdən hər cürə alçaq, xain hərəkət gözləyirdik. Gecə Mutudərəyə çatdıq. Musa Məmmədov, Şahin Məmmədov Mutudərədə qaldı. Şahin Əliyevlə mən Qaravəllər kəndinə getdik. Səhəri günü mənimlə Şınığa gələn rəhbər işçilər rayon mərkəzinə qayıtdı. Mən isə Hacılar kənd orta məktəbinin müəllimləri və kənd fəalları daxil olmaqla Tovuz rayonunun Qaradağ kəndindən Şınıxın Turşsu kəndinə çəkilən elektrik xəttinin elektrik dayaqları üçün yuvalar qurmaq məqsədilə Turşsu kəndinə getdik.Həmin dövrdə Şınığa gedən avtomobil yolu, elektrik və telefon xətləri Başkənd ərazilərindən keçdiyi üçün ermənilər elektrik və rabitə təchizatına qarşı müxtəlif təxribatlar törədirdilər.Qısa müddətdə Qaradaş kəndi ilə Turşsu kəndi arasında ehtiyat elektrik xətti çəkildi.Sonrakı dövrlərdə bu elektrik xətti əhalinin enerji təchizatında mühüm rol oynadı. 1989-cu ilin avqust ayında Rayon Partiya Komitəsinin göndərişi ilə Bakı şəhərinə Bakı Ali Partiya Məktəbinə (sonradan Bakı Sosial İdarəetmə və Politologiya instutunun dinləyicisi göndərildim). 1990-cı ilin 20 yanvar ilə əlaqədar Etibar Məmmədovu həbs edib Moskva şəhərinə aparmışdılar. Həmin dövrdə Bakı şəhəri Dağüstü parkda Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun qəbri ətrafında Etibar Məmmədovun həbsdən azad edilməsi ilə əlaqədar imza toplanırdı. Mən də Etibar Məmmədovun azad edilməsinə imza atdım. İmza toplanan yerin yaxınlığında Gədəbəy rayonunda nəşr olunan “Tərəqqi” qəzetinin bir nömrəsi gözümə sataşdı. Qəzetdə 1990-cı ilin yanvar ayının 30-da Gədəbəyin rayon mərkəzindən Şınıxa gedən 6 nəfər Şınıx sakininin Başkənd ərazisində qəddarcasına öldürülməsindən bəhs edilirdi.Bu hadisə mənə çoc pis təsir etdi. Həmin dövrdə xalamoğlu və qaynım Əkbər Hüseynzadə Bakı Dövlət Universitetinin junrnalistika fakultəsinin IV kursunda oxuyurdu. O, Bayıl qəsəbəsində kirayədə qalırdı.Axşam Əkbərin kirayədə qaldığı evdə oturduq. Şınıxla-Başkəndlə bağlı bir məqalə hazırlandı.Həmin məqalə Azərbaycan gəncləri qəzetinin fevral nömrələrinin birində “Dağlarmı günahkardır, yoxsa” başlığı ilə dərc edildi.Məqalə bomba effekti yaratdı. Respublikada Şınıxın təbliği başlandı. Gədəbəy rayon Partiya Komitəsinin rəhbərliyi məqaləyə görə mənə bərk qəzəbləndilər. Hətta Əkbər Hüseynzadəni cəzalandırmaq istədilər.Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirdikdən sonra mənə dörd ay iş vermədilər. Rayon rəhbərliyi dəyişdikdən sonra mənim üçün əziz və hörmətli Azərbaycan ziyalısı, əsl dövlət adamlarından biri olan Qənbər Qurbanov məni Gədəbəy Rayon İcra Hakimiyyətində işə götürdü. Ardı var... Sənan Quliyev
31 mayda sosial şəbəkədə Azərbaycan Cümhuriyyətinin qurucu simalarından, 2 hökümət kabinəsinə rəhbərlik etmiş Nəsib bəy Yusifbəylinin şəhid edilməsi günü kimi paylaşımlara rast gəlirəm. Bildiyimiz kimi Nəsib bəyin harda, necə, hansı şəraitdə öldürülməsi müəmmalı olaraq qalır. Sual doğurur məkan, baş vermə şəraiti müəmmalı olan qətl hadisəsinin baş vermə tarixini kim müəyyən edib ? Nəsib bəyin şəhid edildiyi yer haqqında müxtəlif versiyalar var və demək olar ki, hamsı ehtimallar üzərindən yanaşmalardır. Nəsib bəydən ən son məlumatı həyat yoldaşı Şəfiqə xanım Qaspıralı Kürdəmirdən məktub vasitəsi ilə alıb və sonra heç bir xəbər çıxmayıb. 1920-ci ilin may ayının əvvəllərində Şəfiqə xanıma verdiyi xəbər olub. Şəfiqə xanım Nəsib bəyin ona xəbər verməsi haqqında qeyd edir : “1920-ci ilin may ayının ilk günlərində təbdili geyimdə ata minərək, qərarlaşdırılan səmtə doğru yollanan Nəsib 3-5 gün sonra Kürdəmir ətrafında kayıplara qarışdı. Kürdəmirdən kiçik bir xəbər aldım. Gətirən məndən, məndə gətirəndən qorxaraq məlumatı aldım. Sağ-salamat Kürdəmirə gəlişini müjdələyir və Kürü keçməyi gözlədiyini yazırdı. Bir daha nə bir səs, nə bir nəfəs...” Bu səbəbdəndir ki, mühacirətdə Nəsib bəyin oğlu Niyazi Yusifbəyli atasının şəhid olduğu yer kimi "Kürdəmir" adını soyad götürüb. Müəmmalı qətl hadisəsinin tarix kimi 31 may göstərilməsi hansı mənbədən qaynaqlandığı və kim tərəfindən ilk səsləndiyinə rastlamamışam. Nəsib bəyin ölümünün sifarişçisi, təşkilatçısı, icraçılarına gəldikdə bu bolşeviklərdən başqası deyildi. Azərbaycan Cümhuriyyəti Qızıl Ordu tərəfindən işğal edilməmişdən öncə milli hökümət təmsilçilərinin Azərbaycan ərazisində zərərsizləşdirmək göstərişi verilmişdi. Belə ki, 21 aprel 1920-ci il tarixində gecə saat 03:30-da Petrovskdan Qafqaz ordusunun komandanı Tuxaçeviskinin, Hərbi İnqlab Şurasının üzvü Orconikidzenin və Baş Qərargah rəisi Zaxarovun 11-ci Qızıl Ordunun komandanlığına göndərdikləri teleqramda Bakı ələ keçirilən zaman bir sıra tədbirlərin həyata keçirilməsinin zəruriliyi tapşırılırdı. Teleqramda göstərilirdi: “Bakı işğal edilən zaman Azərbaycanın indi ki, hökümət üzvülərinin tutulması mütləq zəruridir. Onun Yelizavetpola qaçacağını qabaqlayaraq, onu dəmiryolunun Kürdəmir stansiyasına qədər tutmaq zəruridir” - qeyd olunurdu. Nəriman Nərimanov 16 iyul 1919-cu il tarixli Həştərxandan Azərbaycan Cümhuriyyəti baş naziri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda onu hədələyərək qeyd edirdi - “Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsız, müdhiş saat yaxınlaşır”. Bolşeviklərin məhkəməsi qətl, terror, sui-qəsd idi. Öldürdükləri sayısız adamlardan biridə müəmmalı şəkildə qətlə yetirilmiş Nəsib bəy Yusifbəyli idi. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
1920-ci ilin aprelində hakimiyyətin bolşeviklərə təhvil verilməsi ilə müqavimət güclərinin koordinasiyası itmişdi. Həqiqi respublikaçı tərəflər içərisində məyyusluq, təlaş, inamın ölməsi ortaq bir məxrəcə gəlməyə imkan verməmişdir. Məhəmməd Həsən Hacıniskinin önəmli rol aldığı sol müsavatçılar qanadı bolşeviklərlə iş birliyi içərisində hakimiyyəti həqiqi respublikaçılardan almaq üçün dəridən-qabıqdan çıxırdılar. Cümhuriyyət parlamentinin, hökumətlərinin içərisinə masqalanaraq soxulmuş casuslar heyəti hətta milli qiyafədə təqdim olunanların belə başını pozmuşdular. İki qüvvə arasında başını itirmiş bu adamlar nəyin ki, ağıllarına müqaviməti gətirdilər, ani məqamda təslimiyyət yolunu seçdilər. Çirkablaşmış siyasi düzəndə çox az sayda siyasilər müqavimət və milli respublikanın müstəqilliyi haqqında düşünürdülər. Bu qüvvənin başında şəxsən Fətəli xan Xoylu, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, İstanbuldan Tiflisə gəlmiş Xəlil bəy Xasməmmədli dayanırdı. Müqavimətçi güc özü üçün mərkəz kimi milli amalların, iradənin şəhəri sayılan Gəncəni seçmişdi. Müqavimət prosesin başında dayanan əsas simalardan başda Cavad bəy Şıxlnski olmaqla Fətəli Xan Xoylunun böyük qardaşı polkovnik Hüseynqulu xan, qardaşı oğlu Əmiraslan xan Xoylu, Hüseynqulu xanın qızının həyat yoldaşı polkovnik Cahangir bəy Kazımbəyli, Hüseynqulu Xanın həyat yoldaşı Şirinbəyim xanım Ziyadxanlının( Ziyadxanlı qardaşlarının bacısı) dayıları General Məhəmməd Mirzə Qacar, General Kazım Mirzə Qacar və digərləri idi. Müqaviməti həyata keçirən qüvvələr işğaldan 1 ay sonra qanlı döyüş günlərində 28 may istiqlaliyyət gününü keçirməyi belə yaddan çıxarmamışdılar. Tək məqsəd Azərbaycanın müstəqilliyinin bərpası idi. Bu məqsəd tək yüksək rütbəli zabit və hərbiçilərin gəldiyi qərar deyildi. Bu qərarın arxasında adlarını yuxarıda qeyd etdiyim Azərbaycan Cümhuriyyətinin qurucu simalarının siyasi iradəsi var idi və həmin siyasi iradə son damla qanın axıdılmasına qədər davam etdi. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Bu ildə 28 may çox sönük keçdi. İnsanların üzündə bayram sevincinə, təbəssümünə rast gəlmədim. Özünü müstəqil adlandıranlar ən önəmli bayram tədbirinə, bəşəri anlamda şərq üçün böyük əhəmiyyət kəsb edən hadisəyə biganə yanaşmaqla, sanki onun dəyərsizləşməsinin sevincini, xoşbəxtliyini yaşayırlar. Müstəqilliyin hörmətdən salındığı ölkədə sistem təsirlərindən kənarda da toplum üçün 28 may onsuzda bir məna kəsb etmir. Ancaq məişət işləri, bayağı həyat tərzi seçən, gündəlik yaşam proqramının 10-15 saatını çayxanalarda keçirən, məqsəd və məramı müsbət bir mahiyyət kəsb etməyənlərə 28 mayın nəsə anlatması qeyri-mümkün hal olduğunu düşünürəm. 28 mayı anlamaq üçün sağlam düşüncə, iradə və vicdanının olması mütləqdir. 28 may sadəcə bir təqvimdə gün deyil. Bizim insan kimi həyat başlanğıcımız 1918-ilin 28 mayından başlayır. Öz ilk hüquqi dövlətimizi elan etdik, öz hökumətimizi ərsəyə gətirdik, ordumuzu, polisimizi, pulumuzu, rabitə sistemimizi yaratdıq. Dövlət adımızda həmin tarixdən məkan adından çıxaraq həmdə siyasi quruluşa çevrildi. Şərqdə və bütünlükdə müsəlman dünyasında bərabəri olmayan və çəkiləri ilə müqayisə olunmayacaq intellektuallar, yüksək təhsil almış, siyasi təcrübəyə sahib sabiq Duma vəkilləri, hüquqşünaslar, mühərrirlər, qələm sahibləri, redaktorlar dövlətin ali məsul vəzifələrini öz üzərlərinə aldılar. O qədər böyük işlər həyata keçirdilər, ərsəyə gətirdilər ki, həmin tarixə qədər bizim toplum bunu təsəvvür etmək qabiliyyətinə sahib olmadığını qeyd etməliyik. Bu gündə çox təəssüf ki, anlamırlar, anlamaqda çətinlik çəkirlər. 28 may məfkurəsi bizim xilasımızın adıdır. Müstəqillik, demokratiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti, Avropa ailəsinin bir parçası olmaq. Məfkurəmizi tanıyaq, anlayaq və ona hər zaman sadiq qalaq ! 28 mayı unutsaq varlığımız yox olacaq, yox ediləcəkdir ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi
Gəncə üsyanını xatırlayarkən unutmayacağımız insanlardan biri Valiyə xanım Kazımbəylidir. 1920-ci ilin may ayının sonlarında onun bütün ailəsi işğalçı ruslara qarşı səfərbər olmuşdular. Atası Hüseynqulu xan Xoylu, həyat yoldaşı Cahangir bəy Kazımbəyli, anası Şirinbəyim xanımın dayıları Məhəmməd Mirzə Qacar, Kazım Mirzə Qacar prosesin önündə gedirdilər. Valiyə xanım Cahangir bəy ilə 1919-cu ildə evlənmişdilər. Evliliklərinin birinci ilində onlar silaha sarılmışdılar. Ta ki, ölənə qədər nə silahı yerə qoydular, nədəki mübarizədən geri çəkildilər. Üsyan amansızlıqla yatırılsada onlar mühacirətdə mübarizəni davam etdirdilər. Qardaşı Zahid xan yazır ki, 1939-cu ildə divizya komandiri kimi Cahangir bəy, Varşavanın müdafiəsində durmuşdu. Ancaq məlum məsələdir ki, alman ordusu çox güclü idi, ona görədə həmin divizyanı diz çökdürdü. Polşa əsgər və zabitlərini, o cümlədən də komandir Cahangir bəyi əsir alıb Almaniya apardılar. Alman-sovet müharibəsi başlanandan sonra Almanlara əsir düşən sovet əsgərləri arasında milliyyətcə azərbaycanlı döyüşcülərdə vardı, onların da çoxu ağır yaralılar idi. Odur ki, belələri Varşavadakı xəstəxanalara da gətirilir, onlara tibbi yardım göstərilirdi. Mən 1930-1944-cü illərdə Varşavada yaşayırdım. Bacım Valiyə xanımda burda idi. O, Varşavadakı evimizdə bir yardım komitəsi qurub, xəstəxanalarda olan azərbaycanlı əsir yaralılara tibbi yardım işini orada sahmana saldı. Bu, komitə imkanı daxilində əlindən gələni edirdi ki, soydaşlarımız sağalsınlar. Mən özüm həftədə üç dəfə gedib onlara baş çəkirdim. Komitəmiz İsveçrənin “Qırmızı xaç” təşkilatı ilə sıx əlaqə yaratmışdı və oradan gələn yardımı bütünlüklə həmyerlilərimizə paylayırdıq. Bəzən isə evdə xörək bişirib xəstələrə yedizdirirdik". Zahid xan Xoy'lunun xatirə yaddaşından: 1939-cu ildə divizya komandiri kimi Cahangir bəy Kazımbəyli Varşavanın müdafiəsində durmuşdu. Ancaq məlum məsələdir ki, alman ordusu çox güclü idi, ona görədə həmin divizyanı diz çökdürdü. Polşa əsgər və zabitlərini, o cümlədən də komandir Cahangir bəyi əsir alıb Almaniya apardılar. Alman-sovet müharibəsi başlanandan sonra Almanlara əsir düşən sovet əsgərləri arasında milliyyətcə azərbaycanlı döyüşcülərdə vardı, onların da çoxu ağır yaralılar idi. Odur ki, belələri Varşavadakı xəstəxanalara da gətirilir, onlara tibbi yardım göstərilirdi. Mən 1930-1944-cü illərdə Varşavada yaşayırdım. Bacım Valiyə xanımda burda idi. O, Varşavadakı evimizdə bir yardım komitəsi qurub, xəstəxanalarda olan azərbaycanlı əsir yaralılara tibbi yardım işini orada sahmana saldı. Bu, komitə imkanı daxilində əlindən gələni edirdi ki, soydaşlarımız sağalsınlar. Mən özüm həftədə üç dəfə gedib onlara baş çəkirdim. Komitəmiz İsveçrənin “Qırmızı xaç” təşkilatı ilə sıx əlaqə yaratmışdı və oradan gələn yardımı bütünlüklə həmyerlilərimizə paylayırdıq. Bəzən isə evdə xörək bişirib xəstələrə yedizdirirdik. 1944-cü ildə sovet ordusu Varşavaya girəndən sonra ailəmiz məcbur olub Almaniya sığındı. Cahangir bəy isə Vyanaya yollandı. 1945-ci ildə Avstriya köçdük. Müharibə bitdi. Biz artıq İtaliyada yerləşmişdik. Cahangir bəy Romada öz evində Azərbaycana yardım komitəsi təşkil etdi. Bildiyimiz kimi, müharibə zamanı əsir düşən azərbaycanlı əsgərlərdən ibarət Almaniyada Azərbaycan legionu mövcud idi. Müharibə qurtardıqdan sonra həmin legionun çox hissəsi ingilislərin əlinə keçmişdi. Onların aqibəti faciəli idi. Yaltada bağlanan müqavilədən sonra ingilislər həmin legiondan olan əsr əsgərləri Stalinə “hədiyyə” verdilər. Bununlada ingilislər Stalinin rəğbətini qazanmaq iddiasındaydılar. Həmin “hədiyyə” verilənlər arasında polkovnik İsrafil bəy Seyfəlidə var idi. 1945-ci ildə bunlar, o cümlədən də bizim qeyrətli soydaşlarımız Stalinin əmri ilə Moskvada boğazdan asıldılar. Ümumiyyətlə, o çağlarda mən ingilislərin, fransızların, amerkanların Stalinin gözündə özlərini şirin salmaq üçün sovet əsirlərinin başlarına açdıqları oyunlardan yaxşı xəbərdaram. Hə, Romadakı komitə barədə söhbətimə davam edim: buradakı ingilislərin əsarəti altında 100-dən çox azərbaycanlı əsgər və zabit var idi. Xəbər tutumuşduq ki, ingilislər onları da Stalinə peşkəş etmək niyyətindədirlər. Komitəmiz dərhal ingilislərlə danışığa başladı. Biz eyni zamanda Türkiyə hökümətinə və Misir kralı Faruqa müraciətlə bu məsələdə bizə yardım göstərmələrini xaiş etdik. Cahangir bəy həyat yoldaşını( mənim bacımı) təyyarə ilə İstanbula göndərə bildi. 1947-ci ilin noyabr ayında Misir kralı Faruqdan bir teleqraf aldıq. Teleqrafda xəbər verilirdi ki, “Prens Əmir İbrahim gəmi ilə yola çıxdı”... Bir neçə gün sonra kralın əmisi oğlu olan Əmir İbrahim Romaya bizim evimizə təşrif buyurdu. Bir neçə günlük söhbət və məşvərətdən sonra Əmir İbrahim şəxsən gedib ingilis komandanlığı ilə görüşdü və nəticədə 100-ə yaxın azərbaycanlının həyatını xilas etdi. Beləliklə də bu soydaşlarımızı baş götürüb dünyanın müxtəlif yerlərinə səpələndilər. Əmir İbrahim məni şəxsən Misirə dəvət edib özüylə apardı. Təbii ki, orada mən Misirin kralı Faruqun qəbulunda oldum və millətimizin nümayəndələrinə göstərdiyi böyük iltifat və yardım üçün Azərbaycan Komitəsi, ümumiyyətlə azərbaycanlılar adından ona dərin minnətdarlığımı yetirdim. Əmir İbrahimin xilas etdiyi azərbaycanlı əsirlərin əksəriyyəti də Misirə gəlmişdi. Onların da yerbəyer olduqlarını, evlə-işlə təmin edildiklərini yəqinləşdirib, arxayınlaşdım, rahat nəfəs aldım. Fəqət Romadan çox acı bir xəbər aldım: bacım Valiyə təyarə ilə İtanbuldan Romaya döndüyü zaman Afina üzərində qəza baş vermiş və bütün sərnişinlər həlak olmuşdu. Valiyə xanımın cəsədini İstanbula gətirdik. Dəfn mərasimində demək olar, bütün İstanbul əhli iştirak edirdi. Xalq onu millət qurbanı, millət yolunda şəhid kimi torpağa basdırdı. Biçarə anamın və atamın belləri o gündən etibarən qırıldı. Ceyhun Nəbi
Hörmətli millət vəkilləri! İcazənizlə Zaqafqaziyanın İrəvan, Gəncə və Bakı vilayətlərində törədilən rəzalətlərin, özbaşınalıq edən dövlət idarəsinin həyata keçirdiyi fitnəkarlıqların kiçik bir tablosunu hüzurunuzda təsvir edim. Beləliklə, sizə təklif edəcəyim tədbirlər qəbul edilərsə, etimadım artmış olar. Buraya, yəni Peterburqa gələr-gəlməz əlimə keçən “Novoye Vremya” qəzetinin səhifələrində beş il qaçaq həyatı sürmüş gəncəli bir tatarın (türkün) rəsmini gördüm. Bu rəsmin altında da belə bir yazı vardı: “Quldurluğu haqqında dastanlar söylənən Qafqaz şeytanı Dəli Alı”. Bu işarədən sonra müəllif yazısına böyük bir həyəcanla davam edərək deyir: “Zaqafqaziyada böyük həyəcanlar başlamışdır. Asiyalılar üsyan edirlər, bu hərəkatın qarşısı alınmalıdır. Çünki, Zaqafqaziya təkcə Dumanı deyil, bütün Rusiyanı öz təsiri altına ala biləcək miqdarda millət vəkili ilə Dumada təmsil edilməkdədir”. Hörmətli millət vəkilləri! Bu yazıdakı böhtanlar bu qədər yüksək dərəcəyə çatmasaydı, sanıram ki, mən burada hüzurunuzda bunun üzərində durmayacaqdım. Artıq bizim üçün də hərəkət etmək vaxtı çatmış və bundan sonra susmamağı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında yüz il ərzində biz hökümətin şiddətli hücumlarına və böhtanlarına məruz qalmışıq. Siyasi, sosial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsınız. Ölkəmiz istila edilən kimi dərhal milli varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi, şəriət müəllimlərimizin seçilməsinə mane olundu, bizə hökumət tərəfindən 20 manat maaş alan müsəlman məmurlar göndərildi. Hörmətli millət vəkilləri, bu maaşlı din məmurlarının millət və xalqın nəzərində heç bir qədir-qiyməti yoxdur, buna baxmayaraq onlar bir əsrdir bizə din rəhbərliyi etmişlər. Vəqfə aid olan əmlakımız da hökumət tərəfindən zəbt edilmişdir. Bu səbəbdən müxtəlif yerlərdə xarabazarlığa çevrilən məscidlərimizin təmiri üçün illər boyu camaatdan pul toplamağa məcbur olmuşuq. Hörmətli millət vəkilləri, çalışacağam ki, qısa danışam. Lakin bunları söyləməkdə məqsədim fitnəkarların hər cür vəsaitə malik olduqlarına sizi inandırmaqdır. Bizdə məhəlli idarələr mövcud deyildir. Bələdiyyəyə gəlincə, biz müsəlmanlara mövcud nümayəndə miqdarının ancaq beşdə birini seçmək hüququ verilmişdir. Son zamanlarda isə şəhər əhalisinin çoxu müsəlmanlar olduğu halda mövcud bələdiyyə nümayəndə siyahısının yarısına qədər bir nümayəndə seçmək hüququ verilmişdir. Xalq təhsilindən, ümumiyyətlə maarif sahəsindən danışmağa belə dəyməz. Çünki bizim kəndlərin heç birində məktəb yoxdur. Yüz kilometrlərlə gedilsə belə, hər hansı bir yaşayış məntəqəsində məktəbə rast gəlməzsiniz, halbuki bizdən maarif işləri üçün vergi toplanır. Görəsən bu pullar hara sərf edilir? Yəqin ki, heç bir işə yaramayan drednout (böyük zirehli hərbi gəmi – tər.) inşasına, yaxud da rus millətinin bu gün, bizim isə yüz ildən bəri heç birinə inanmadığımız cənab nazirlərə sərf edilir (Burada İsmayıl Ziyadxanov kinayəli bir şəkildə yaponlar tərəfindən batırılan çar donanmasını və çarın yaltaq nazirlərini nəzərdə tutur – H.B.). Bir müddət bizdə də müasir təhsil sistemi tətbiq etmək həvəsi meydana gəlmişdi. Dəlilsiz qalmamaq üçün bir hadisəyə müraciət edəcəyəm. Bir neçə il bundan əvvəl Gəncə mədrəsəsinin yanındakı bir neçə sinifli məktəbdə təhsil köhnə qayda ilə aparılırdı. Uşaqların yerdə bardaş qurub oturmamaları üçün bir neçə adam məktəbə skamya, stul və qara lövhə hədiyyə etdi. Bilirsiniz nələr baş verdi? Bunun üstündə bir çox ziyalılarımız iki ilə yaxın həbsdə oldular, amma onların mövcud quruluşu yıxmaq cəhdi barədə heç bir dəlil tapılmadığı üçün iki ildən sonra həbsdən buraxıldılar. Nəzakət xatirinə, “kiçik bir yanlışlıq olmuşdur” deyərək bununla da kifayətləndilər. Hörmətli millət vəkilləri, biz müsəlmanlara bəzi ali məktəblərə isə sırf bir diplom əldə etmək məqsədilə girilməkdədir. Çünki ali məktəblərdən birini, məsələn, filologiya fakültəsini bitirən türk gənci diplomunu alıb vətəninə döndüyü zaman, ancaq “vodkanın sərtlik dərəcəsini təyin etmək məcburiyyətindədir”. Bu ali təhsilli gənc müsəlman olduğu üçün yalnız Qafqazda deyil, Rusiyanın bütün ərazisində orta dərəcəli məktəblərdə müəllimlik etmək hüququndan belə, məhrumdur. Bu hüquq bizdən alınmışdır. Məmur məsələsinə gəlincə, bu gün Qafqazda, üzr istəyirəm, ali təhsilli mülki işlər hakimdən başqa öz vətəninə xidmət edən heç bir müsəlman məmuruna rast gəlmək olmaz. Əgər müsəlmanlar məmurluğa qəbul edilirsə, onlar ya şimal rayonlarına, ya da Rusiyanın mərkəzi vilayətlərinə göndərilirlər. Cənablar. Bizə deyirlər ki, müsəlmanlar çox geri qalmışdır. Bu, əsla doğru deyildir, əksinə geri qalmaq üçün hökümət özü badalaq vurur. Bunu yeri gəldikcə sübut edəcəyəm. Belə ki, senzuranın hökm sürdüyü bir vaxtda bizə ancaq bir qəzet çıxartmaq hüququ verilmişdi. Indi isə senzura zəiflədikdən sonra bizim otuza yaxın islam jurnalımız və qəzetimiz çıxır. Hörmətli millət vəkilləri, bizdəki idarə sistemi tənqiddən kənardır. Belə ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə lüzumu olmayan nə qədər boş və səfil adam varsa, hamısını bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir idarənin məmur kadrlarını təşkil edirlər. Bizim ölkəmizdə dövlət idarəsinin idealı rüşvət və xalqa əziyyət verməkdir, kim doxsan yaşlı bir qocanın əlindən axırıncı tikəsini alarsa, o, bizdə ən yaxşı məmur hesab olunur. “Gözü çıxarılmalı müsəlmanlar” üçün bundan daha yaxşısı olarmı? Əgər günlərin birində hər hansı bir idarə məmuru öz vəzifəsində əyintiyə yol verirsə, məhkəməyə cəlb olunur, amma kassasiya məhkəməsi tərəfindən məhkəmənin hökmü ləğv edilir. Cinayət məhkəməsi tərəfindən verilən sürgün, hərbi məhkəmələrin verdiyi edam qərarları əslində tərcüməçilər tərəfindən təyin olunur. Çünki, bizdə müsəlmanlar rus dilini, tərcüməçilər isə türk dilini bilmirlər. Bu səbəbdən beş, on manat maaş alan (hətta mən elə məmurlar tanıyıram ki, onlar səkkiz manat maaş alır) tərcüməçilər cəza verməkdə heç də tərəddüd etmirlər. Bizdə torpaq, ərazi məsələsi sizdə olduğu kimidir və çox ağır bir problemə çevrilmişdir. Eynilə ruslarda olduğu kimi bizim də torpağa ehtiyacımız vardır. ərazi azlığından və çatışmazlığından əziyyət çəkirik. Buna baxmayaraq hökümət bizim torpaq məsələmizi başqa cür həll etməyə çalışır. Belə ki, məsələnin öyrənilməsi üçün nə kiçik, nə də böyük komissiyalara ehtiyac və lüzum görülməmiş, işlərinə yarayan idarə sisteminə müraciət edilmiş və məsələ guya kökündən həll edilmişdir. Yəni gözəl Gürcüstan tamamilə ordunu ərzaqla təmin etməklə məşğul olur. Müsəlmanlarla, ermənilər isə bir-birlərinə qarşı o qədər mahiranə surətdə təhrik edilirlər ki, yaxın vaxtda bu iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz və Qurko Stişinskilər məğrur Qafqaz övladlarının qanına boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qura biləcəksiniz. Azadlıq hərəkatına birinci olaraq gürcülər başladılar. Lakin qısa bir vaxt ərzində Gürcüstanda ortaya yeni bir ərazi məsələsi çıxdı, yəni kəndlilər mülkədarlara hücum etdilər, hökümət bu işləri həll etməyi orduya həvalə etdi. Azərbaycanda və Ermənistanda da belə hadisələrin baş verməsindən qorxuya düşən hökümət başa düşdü ki, bu adi məsələ deyildir. Ona görə də gizli surətdə tədbirlər görməyə başladı. Bu da “parçala hökm sür” idarə tərzidir. Bu işin icrası səriştəli polislərə həvalə edildi. Səlahiyyətli polislər bundan istifadə edərək təhrikçiliyə başladılar. Bir tərəfdən müsəlmanlara, “görürsünüz, sizi iqtisadi cəhətdən istismar edən ermənilər silahlanırlar, bir gün gələcək müstəqil dövlət quraraq hər şeyinizi əlinizdən alıb sizi məhv edəcəkdir”, digər tərəfdən ermənilərə “ehtiyatlı olun, panislamizm hər tərəfi bürümüşdür, islam camaatı arasında elə bir güclü birlik yaradılmışdır ki, günlərin birində siz ermənilərin kökünü kəsəcəkdir” – deyərək bu iki xalqı bir-birlərinə qarşı təhrik etməyə başladılar. Beləliklə, bu iki millət arasında Bakıda ilk qanlı çarpışma oldu. Hökümətə müraciət edildi, kömək istənildi. Bu hadisəni öncədən duymadığımız üçün bu işə ayrılacaq qüvvəmiz yoxdur, - deyə cavab verildi. Sonra da əlavə edərək dedilər ki, bu qırğına iki millət özü cavabdehdir, hökümət buna qarışına bilməz. Indi mən bu kürsüdən hüzurunuzda qısaca olaraq söyləyə bilərəm ki, ermənilərə bizim aramızda tarix boyunca ixtilaf doğura biləcək heç bir iqtisadi ixtilafımız yoxdur, çünki biz hər zaman bir-birimizlə dost və qardaş kimi yaşamışıq. Indi bilmək istəyirəm, görəsən hökümət hal-hazırda İrəvan, Gəncə və Tiflis vilayətlərində talanlara və soyğunçuluğa qarşı nə kimi tədbirlər görmüşdür? Şübhəsiz ki, sual cavabsız qalacaqdır. Hal-hazırda İrəvan, Gəncə yanğın yerinə dönmüşdür. Hadisələr oradan Şuşaya keçmişdir. Üç aydır ki, orada iki silahlı cəbhə yaradılmışdır. Bundan əvvəl söylədiyim kimi bu qanlı qardaş qırğını hökumət tərəfindən törədilmiş, sonra isə qarşısı alınmamışdır. Bizim generallarımız öz “fərasətlərini” rus-yapon müharibəsində yaxşı göstərdilər... Onlar fərasətsizliklərini düşmənin qüvvətli olması ilə ört-basdır etməyə çalışdılar, indi də öz əməllərilə vətənlərini idarə edə bilmədiklərini bir daha sübut edirlər. Iki ay ərzində Gəncə vilayətini general rütbəli üç qubernator idarə etmişdir. Onlardan biri bir qəzanı, ikincisi üç qəzanı, sonuncusu isə dörd qəzanı idarə edirdi. Halbuki, bütün qəzanın əhalisi 800.000 nəfərdən ibarətdir. Gördüyümüz kimi bu üç general rəhbərlik etdikləri yerləri idarə etmək qabiliyyətinə malik deyildilər. Deməli, bizim generallar istər müharibədə, istərsə də adi işlərdə heç bir müvəffəqiyyət qazana bilmirlər. Sözcü.az
XX əsrin əvvəllərində Gəncə şəhərində ziya əhlindən elə adam olmasın ki, Mirzə Abbası tanımasın. Təmənnasız millət müəllimi Gəncənin təhsil sahəsində ağır yükünü daşıyan azsayılı simalardan biri idi. Bu səbəbdəndir ki, Gəncə Türk Müəllimləri İttifaqının təklifi ilə 1919-cu il may ayının 23-də Gəncənin yay klubunda Mirzə Abbas Abbaszadənin pedaqoji fəaliyyətinin 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir. Belə bir ikinci müəllim yoxdur ki, həmin zamanda ona bu səviyyədə yubiley tədbiri keçirilsin və onun xidmətlərinə bu çəkidə ehtiram göstərilsin. Gəncə ziyalıları Mirzə Abbası evindən çıxararaq Gəncənin Yay Kulubunadək çiyinləri üzərində gətirmişdilər. Yubiley tədbirini Bakıdan baş nazir Nəsib bəy Yusifbəyli və Parlamentin sədrinin səlahiyyətlərini icra edən Həsən bəy Ağayev xüsusi teleqrafla təbrik etmişdir. Mirzə Abbas belə adam idi. Onun həqiqi dəyərini bilənlər, xidmətlərinə ehtiram göstərənlər zamanında vicdanlarından doğan addımı layiqincə atıblar. Bəs bu gün nə edirlər ? Gəncə şəhərinin mərkəzində, Gəncə Şəhər İcra Hakimiyyəti ilə üz-üzə, Gəncə Dövlət Univeristeti ilə yan-yana Mirzə Abbas Abbaszadənin işıqlı simasını canlandıran büstü qaranlığa qərq edilib. Desəm ki, bu vəziyyətdən kimsə narahat olub, özümü yanıltmış olaram !!! Gəncə şəhərinin başı özlərinə qarışmış rəhbərliyi, Gəncə Dövlət Univeristetinin gözü pərdələnmiş rəhbərliyi hər gün oradan dəfələrlə gedib-gəlirlər amma nədənsə bu utancverici hal onları heç narahat etməyib. Əlavə olaraq bilməyiniz lazımdır ki, Mirzə Abbas nə dönər satan olub, nədə ki, sizlər kimi pul düşkünü !!! Görünür ki, siz Mirzə Abbası lazımı qədər tanımırsınız, onun kim olması, xidmətləri haqqında məlumatınız yoxdur !!! Məlumatınız olsa idi, dəyərləndirmək qabiliyyətiniz və bacarığınız olsa idi bu gün Mirzə Abbas Abbazadənin büstünün ətrafı güc-çiçəklərlə əhatələnərdi, gecə işıqlanması ilə təmin edilərdi, dönərxanaya çevrilməzdi. İnsanlar Mirzə Abbas Abbaszadənin büstünün ətrafından keçərkən onun işıqlı simasını görə bilmirlər, oda bizə baxarkən bizləri qaranlıqda görür. Sizlərin yaratdığı mənəvi qaranlıqda susqun, alçalmış və səsləri boğulmuş halda !!! Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Türkiyənin Bursa şəhərində kimliyini gizlədən xeyriyyəçi 400 evin 600 ödənməmiş işıqpulunu ödəyib. Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, ailələrə dəstək olmaq istəyən şəxs Uludağ Elektrik Şirkətindən ödənişdə çətinlik çəkən ailələrin müəyyən edilməsini istəyib. İş adamı ümumilikdə 200 min TL ödəyib.
Cabir Turan Cəfərbəyli Şota Arveladze,Kaxa Kaladze(daha gənc) ,Timur Ketsbaya, Levon Kobiaşvili,Mixail Kavelaşvili, Georgi Kinkladze ,Aleksandr İaşvili və başqaları ... Bunlar Gürcüstan futbolunun "qızıl " nəslidir. Sovet hakimiyyəti dövründə yetişib, müstəqil dövrdə Millinin əsasını təşkil edən bu futbolçular Gürcüstan millisində heç nə edə bilmədilər Bir-iki həyacanlı tsikli çıxmaq şərtilə elə aşağı -yuxarı bizim kimi çıxış edirdilər. Halbu ki ,biz Rusiyanın 1-ci dəstəsində futbolçumuz olduğunda sevincdən həyacanlananda Gürcüstan millisinin əsasını "Ayaks", "Mançester Siti""Milan","Nyukası" kimi klublarda oynayan futbolçular təşkil edirdi. Amma dediyim kimi heç bir uğur olmadı. Bəli,həmin il milli komandalar arasında rəqabət güclü idi,bu bir səbəb. Bəs sonra? Ümumiyyətlə,ayrıca araşdırma mövzusu aparılmalıdır ki ,SSRİ dağıldıqdan sonra azı 10 il niyə Rusiya millisindən başqa heç bir post-sovet ölkəsinin komandası Dünya və Avropa çempionatına vəsiqə qazana bilmədi? Tamam,ilk illər ruslar SSRİ-nin varisi kimi FİFA-ya üzv olmaqdan istifadə edib İlya Tsımbalar,Oleq Salenko,Yuri Nikifirov,Viktor Onopko,Axrik Çveyba,Omari Tetradze kimi futbolçuları milliləşdirdi. Amma qalan futbolçularla da Ukrayna,Gürcüstan, Belarus milliləri heç bir uğur qazana bilmədi. Nəysə, mətləbdən uzaqlaşdım. Müstəqil Gürcüstan futbolunun "qızıl" nəslinin edə bilmədiyini böyük əksəriyyəti müstəqil Gürcüstanda doğulan futbolçulardan qurulan Milli komanda etdi və tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı. Millətlər Liqasından vəsiqə qazanması belə bu uğura kölgə salmamalıdır. Bu format elə məhz bizim , Gürcüstan kimi ölkələrin bu tip turnirlərə vəsiqə qazanması üçün təşkil olunub. Nə bilirsən,bəlkə Qurban Qurbanova şans verilsə idi , Gürcüstan millisinin yerində biz olacaqdıq? Amma yox, bazar,qohum-tanış məntiqi ilə idarə olunan federasiyalarda bu mümkün deyil. Gürcüstan Futbol Federasiyası futbolçular,özü də bizdə olan kimi kukla kimi,bir-iki kəlməni düz-qoş edib danışa bilməyənlər yox, müstəqil qərar vermək ,iş görmək qabiliyyətində olan keçmiş futbolçular idarə edir. Çünki bizdə bir süni meydana çəkilən xərcə,müasir futbol akademiyaları yaradan məntiq, şəxsiyyətlər idarə edir Gürcüstan futbolunu. Çünki gürcü futbolçular "altı çayxana,üstü moyka" təfəkkürü ilə yox,inkişaf etmək haqda düşünür. Ümumiyyətlə bilirsiz əsas səbəb nədir? Onların Mixail Mesxisi,Aleksandr Çivadze,David Kipiani,Vitali Daraseliya,Ramaz Şengeliya,Tengiz Sulakvelidzesi olub. Üstəlik bizim 1966 bürüncümüzə qarşı 2 SSRİ çempionluğu və 1981-ci ildə qazanılan Avropa Kuboklar Kuboku... Hələ 2 SSRİ kubokunu,5 ikinci ,13 üçüncü yeri demirəm. Bizdə? Anatoli Banişevski ? Hə,onu məhv edənlərdən biri elə özümüz olmuşuq. Ələkbər Məmmədov? Bizdən olub,bizimki olmayan. Latviya nümunəsini çıxmaq şərtilə ,belə məlum olur ki, futbol ənəsi olan ölkə olmaq da başqa şeydir. Nəzərə alsaq ki, əgər ənənəsi olmayan ölkə federasiyaları bazar məntiqi ilə idarə olunur,onda vəziyyət lap bərbaddır. Belə...
.Tərəfdaş dövlətlər halal standartlarına uyğun olan Rusiya məhsullarının ixracını artıra bilər və Rusiya Federasiyasının bölgələrində tikintiyə sərfəli investisiya edə bilər. Martın 5-də İslam əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səfirləri ilə görüşdə "Rusiya – İslam dünyası" Strateji Baxış qrupunun rəhbəri Rüstəm Minnixanov yeni əməkdaşlıq imkanlarından danışıb. "Rusiyanın aparıcı regionlarından biri olan Tatarıstan Respublikasının timsalında Rusiyanın İslam dünyası ilə qarşılıqlı fəaliyyətini necə genişləndirdiyinin şahidi olmaq olar. Respublikamız Rusiyada İslam bankçılığı və maliyyələşdirmə prinsiplərinin tətbiqi üzrə pilot regionlardan biridir, Halal sənayesinin inkişafı istiqamətində fəal işlər görülür, İslam təhsilinə böyük diqqət yetirilir", — deyə Rüstəm Minnixanov əməkdaşlığın perspektivli istiqamətləri barədə məlumat verib. Bu il Forumun proqramında hökumətlərarası komissiyaların, həmçinin "Rusiya-Azərbaycan", "Rusiya — Malayziya", "Rusiya-Qətər" ayrı-ayrı dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. İqtisadi nailiyyətlər sərgisində Azərbaycan, İran, Misir, Türkiyə Respublikası, İndoneziya, Malayziya, Türkmənistan və s. stendləri təqdim olunacaq. Əsas mövzular halal sənaye, İslam maliyyəsi, nəqliyyat dəhlizlərinin inkişafı və təhsil sahəsini əhatə edəcək. Turizm, o cümlədən müalicə turizmi mövzusu da ətraflı müzakirə olunacaq. Mədəniyyət məsələləri üzrə proqram da genişləndirilib: rəqəmsal İslam incəsənəti, yaradıcı iqtisadiyyat və kino sənayesi üzrə ayrı-ayrı tədbirlər keçiriləcək. Vacib mövzu idmanın inkişafı olacaq. Ticarət və Sənaye Palatasının beynəlxalq forumu İslam ölkələrinin biznes nümayəndələrini bir araya gətirəcək.
Helena Hoffman haqqında danışarkən nəvəsi Nilgün Saryal onu Alman doğulub, türk kimi ölən qadın adlandırmışdı. Həyat hekayəsi Almaniyadan başlayıb Azərbaycan, İran və Türkiyədə davam edib. Sıxıntılar, qorxu, cəlbedici məqamlarla dolu bu yaşam sovet zülmləri ilə üz-üzə qalan bir Azərbaycan insanını simvolizə edirdi. Sevgilisi ilə qorxmadan xalqlar həbsxanasına qədər gəldi, buraların hər an ölümlə qaynayan mənzərəsi onu geriyə yox, öz sevgilisi İsmayıl Saryalın alın yazısının parçasına çevirdi. Alman zadəganlığının və aristokratyasının özünəməxsus dəyərlərini özündə canlandıran Helana adınıda, dininidə, dilinidə dəyişərək özünəməxus və kültürlü Azərbaycan türkü bir qadına çevrildi. Onu dəyişən səbəblərin başında Azərbaycan türklərinin səmimiyyəti, sayğıdəyərliliyi, təmiz sevgiləri, müsəlman olaraq başqa kültürlərə qarşı nifrət dolu hisslərdən uzaq olması idi. O fərd olaraq İsmayıl Saryalın vurğunu idi, Azərbaycana gəlişi isə onu Azərbaycan, türk vurğununa çevirdi. Helena Hoffmann Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri Mir İsmayıl Seyidzadənin Almaniyada oxuyarkən tanış olub, evləndiyi alman bir xanımdır. Mir İsmayıl Seyidzadə Azərbaycan Cümhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin xalası Minaxanımın oğludur. Helena Hoffmann 9 may 1900-cu ildə Obornikdə doğulub. Mir İsmayıl Seyidzadə yazmış olduğu “Bakı Rüzgarı” kitabında onunla tanışlığı, sevgi həyatı, Azərbaycana gəlişləri, burada onların başına gələnlər və sovet rejimindən xilas olmaqları haqqında maraqlı məlumatlar verib. Mir İsmayıl Seyidzadə Türkiyədə soyad qanuna uyğun olaraq “Saryal” soyadını götürüb. O Türkiyədə mühacirətdə olarkən İsmayıl Saryal adı ilə tanınıb. Saryal Gəncə yaxınlığında bir dağın adı idi. Yurda, onun təbiətinə bağlılıq rəmzi olaraq bu dağın adını soyadı götürmüşdülər. Helena Hoffmann isə Azərbaycana gəldikdən sonra ona Leyla adını vermişdilər. Soyadı isə Seyidzadə olmuşdu. Türkiyədə isə o Leyla Saryal adı ilə tanınırdı. Bütün bu adlar onların yaşamları boyu rəsmi adları olmuşdu. “Bakı Rüzgarı” kitabında isə İsmayıl Saryal özünü Oğuz adı ilə, Helenanı isə ilk dövrlər Helena, sonra isə Alya adı ilə təqdim etmişdi. Bütün bunlar o dönəm üçün gizlilik məqsədi daşıyırdı. “Bakı Rüzgarı” kitabında İsmayıl Saryal Helena ilə tanışlığı ilə bağlı yazır : Gəzintilərinin birində Elzanı görmək məqsədi ilə Hospisə getdi. Elza onu sevinclə qarşıladı. Söhbət əsnasında Elza bir təklifdə bulundu : Mən sabah günortadan sonra, bir dostumun doğum gününə dəvətliyəm. İstəyirsiniz, sizdə mənimlə gələ bilərsiniz. Məktəbdən bəri tanışlıq etdiyim Helena yaxşı bir qızdı, görəcəksiniz. Oğuzun cavabını almadan, tez dostuna zəng etdi, Oğuzunda onunla birlikdə gələcəyini bildirdi. Ertəsi gün Helenanın doğum günü masası başında toplanan qonaqlar arasında Oğuzda var idi. Qıraq olması səbəbi ilə, bütün qonaqlar kimi, evin xanımı onada xidmət etməkdə idi. Burada Oğuz Helenanın anası və biricik qardaşı ilə tanışdı. Ataları bir neçə il öncə rəhmətə getmişdi. Yaxın küçədə yaşayan Helena Oğuzun xoşuna gəlmişdi. Onun axtardığı xüsusiyyətlər Helenada var idi: ortaboy, girdəsifət, gülərüz, dizlərinə çatan şabalıdı rəngli saçlar, ölçülü-biçili danışıq. Oğuz onunla dostluq eləmək fikrinə düşdü. Helenanın xüsusi piano dərsi aldığını, həftənin iki günü dərsə getdiyini öyrənmişdi. Bir gün dərsə gedəndə onun qarşısına çıxıb soruşdu : Gedəcəyiniz yerəcən sizinlə yol yoldaşı olmağıma icazə verərsinizmi ? Görüş Helenanı həm çaşdırmış, həmdə sevindirmişdi. Yanaşı addımladılar. Getdiyi yer uzaq deyilmiş, söhbətləri uzun sürmədi, ayrıldılar. Oğuz bundan razı qalmadı. Küçədə gəzişib Helenanın çıxmasını gözlədi və onu evlərinəcən ötürdü. Bu cür başlayan dostluq get-gedə möykəmləndi. Helenanın ailəsi bu vəziyyətlə barışdı və onların dostluğu Oğuz məktəbi bitirənəcən davam elədi. Demək olar ki, gənclər hər gün görüşürdülər. Oğuz bəzən dərsə hazırlığından qalmasın deyə, onun evində məşğul olurdu. Arada Oğuz Helenaya evlənmə təklif etdi, ancaq qızın anası bu məsələni oğlanın təhsilini bitirənəcən təxirə salmasını məsləhət gördü. Oğuz təhsilini başa vurdu. Gənclər evlənmək barədə öz aralarında qərar qəbul etdilər. Helena Azərbaycana getməyin əleyhinə çıxmadı, heç bir şərt də irəli sürmədi : Həyatımızı birləşdirmək istəyirik, - dedi, - vahid vücud kimi eyni yolla gedəcək, sevincimizi-kədərimizi bölüşəcəyik. Səni səndən yaxşı tanıyıram. Sənə tamam inanıram. İrəlidə nələrlə rastlaşacağımız barədə indidən düşünmək tezdir. Azərbaycan mənə yad görünə bilər, amma alışaram. Nə qədər ki, sən yanımda olacaqsan, heç nə məni qorxuda bilməz. Oğuz Helenanın dediklərindən razı qalmışdı. Onu qucaqlayıb öpməkdən özünü saxlaya bilmədi və dedi : Sənə hər dəfə Azərbaycandan danışanda tünd rənglər qatırdım. Sözlərindən belə başa düşdüm ki, yaranan mənzərə heç də səni qorxutmayıb. İndi həmin mənzərəyə çəhrayı və ağ rənglər vuraq. Xalqımız qonaqsevərdi. Əcnəbi olanda hörmət daha artır. Ora getsək, əyləncəmiz əskik olmayacaq, həftələrlə davam edən gəzintilərdə iştirak eləyəcək, çoxlu dostlar qazanacaq, onlarla yaxşı vaxtlar keçirəcəyik. Hələ çox şeyləri demirəm. Sovetlərdəki aclıqdan söz açırlar. Bunun müvəqqəti olduğuna inanıram. Əlbəttə, belə bir vəziyyət uzun sürməyəcək. Helena bir neçə gün ərzində anasından razılıq aldı. Amma anası Azərbaycana getmələri barədə eşitmək belə istəmirdi. Amma axırda ailəsi onun Azərbaycana getməsinə razılaşdılar. Onlar çətinlikə Berlindəki Sovet səfirliyindən Azərbaycana gəlmək üçün icazə kağızı ala bildilər. İndi onları min kilometrlərlə yol gözləyirdi. Berlinin Postdamer Bahnof vağzalından başlayan yolculuq Riqa, Moskva, Gəncəyə qədər davam etdi. Artıq O Gəncədə idi. Almaniyadan Mirismayıl Seyidzadələr ailəsinə alman gəlin gətirmişdi. İlk 3 gün qonaqlar evdə aşıb-daşırdı. Əhval-ruhiyəsi düzəlmiş Helena öz ərinə dedi : Belə ziyarətçi axınını nə görmüş, nədə eşitmişəm. Həyətdə, otaqlarda adamlarla dolmuşdu. İri samovar onlara güclə çatırdı. Sənə bir həqiqəti deyəcəyəm, amma incimə. Gələn qadınlar arasında bir gözəlinə də rast gəlmədim. Hamısı kök, sifətlərində yara izləri, qısa boylu, əyri ayaqlı idilər. Elə hey mənə baxır, nəsə danışırdılar. Məndə öz aləmimə qapılmşıdım. Həyat yoldaşının bu cür danışması Oğuzun kefini açdı. Ucadan gülüb dilləndi : Azərbaycan gözəl qızları ilə öyünür. Sən gördüyün qoca arvadlara baxma, onların işi peşəsi qapı-qapı gəzib, dedi-qodu eləməkdi. Qızlarımız evdən bayıra az çıxırlar. Hələ vaxtımız var. Gözəl, zərif qızlarımızıda görərsən. Gəncəni gəzdikdən sonra onlar evə döndülər. Onları Oğuzun bacısı qarşıladı. Helenada şəhəri bəyənib, bəyənmədiyini soruşdu. Aldığı cavab belə oldu : Oğuzun ruhunu oxşayan Gəncənin bağı-bağçası, dağı, meşəsi və adamlarıdır. Burda onun xatirələri qalıb. Oğuzu sevən bağını-bağçasını, dağını, meşəsini və xatirələrinidə sevər. Helena xanım Gəncəyə gəldikdən sonra ona Leyla adını verirlər. Həmçinin həyat yoldaşının soyadı Seyidzadə soyadını qəbul edir. O Azərbaycanda Leyla Seyidzadə kimi tanınacaqdı. Ad dəyişikliyi ilə bağlı həyat yoldaşı İsmayıl bəy “Bakı Rüzgarı” kitabında işarə edir. Xatirədə ad gizli qalsın deyə Leyla yox, Alya qeyd edilib. İsmayıl bəy xatirələrində bir çox adları öz adları ilə yox, şərti ad altında qeyd etdiyindən Leyla xamında adını belə qeyd etmişdi. Artıq Leyla Seyidzadə adı ilə tanınan Helena yoldaşı İsmayıl bəy ilə Gəncədə qaldıqdan bir müddət sonra Bakıya köçürlər və beləliklə onların ağır və keşməkeşli həyatı başlayır. Leyla və həyat yoldaşı Bakıda olarkən Gizli Müsvatın rəhbəri Dadaş Həsənzadə və onun ailəsi ilə yaxın münasibətlərə malik idilər. Dadaş Həsənzadə və İsmayıl bəy gənclik dostları idilər. Bakıya döndükdən sonra bu münasibətləri yenə də saxlayırdılar. Amma sonradan Dadaş Həsənzadə Gizli Müsavat işinə görə həbsxanaya salınır və onun ailəsi ilə sadəcə Leylaxanımgil maraqlanırdı. O həbsxanada olarkən Leyla və Dadaş Həsənzadənin bacısı (Pəri Həsənzadə, C.N) ziyarətə getmişdilər. Bu o zaman çox təhlükəli bir addım idi. Amma Leyla xanım etmişdi. İsmayıl bəy “Bakı rüzgarı” kitabında həmin hadisə ilə bağlı qeyd edir : Hazırladığı tortu Dadaşın böyük bacısıyla ürəklərini qorxu bürümüş halda ÇEKA-ya apardılar. Girdikləri yeganə pəncərəli və içində boğanaq hava olan gözləmə otağı tünlük idi. Dustaqları bir-bir gələnlərin qarşısına gətirirdilər, səssiz ağlayıb-sızlamaqdan başqa heç nə eşidilmirdi. Hərbi geyimli ÇEKA əməkdaşları kimsənin üzünə baxmadan ora-bura qaçırdılar. Ağlayıb-sızıldayanlara öyrəşmişdilər. İki silahlı əsgər künclərdə keşik çəkirdi. Dadaşın gətirilmə növbəsi çatmışdı. Bir əməkdaş Alyanın(Leyla, C.N) çiyələkli tortuna süngü sancıb yoxladı. Dəlik-deşik olunmuş tortu Dadaşa vermək fikrindən daşındılar. Alya onu bir tərəfə qoydu. Dadaş digər dustaqlar kimi iki əsgərin arasında gətirildi. Bacısı göz yaşlarını saxlaya bilmədi, əllərilə üzünü örtüb ağlamağa başladı. Dadaş isə əhvalının yaxşı olduğunu göstərməyə çalışırdı. Hətta zarafat eləməyə çalışdı, bir gözünü yumub dedi : Baxın Alya xanım, gözümün biri yatıb dincəlir, o birisə keşik çəkir oyaqdı. Bu sözlərdə şübhələnən əsgərlərdən biri dilləndi : Yerli özünə gəl. Burda eyhamla danışmaq qadağandır. Əsgərlər dərhal da Dadaşı geri apardılar. Qadınlar oradan kədər içində çıxdılar. Alya ərinə şad xəbər apara bilmədi. Əfsanəvi, Sovet rejiminin sındıra bilmədiyi Dadaş Həsənzadə həbsdə olarkən Leyla Seyidzadəyə onunla görüşmək qismət olmuşdu. Bu faktın özüdə böyük tarixi əhəmiyyətə malik məlumatdır. Leyla xanım həyat yoldaşı İsmayıl ilə birlikdə sovet ÇEKA-sının izləmələrindən və təqiblərindən özlərini qorumaq üçün tək yolu Azərbaycandan çıxmaqda görürdülər. İran yolu ilə ayrı-ayrılıqda onlar müxtəlif yollarla Azərbaycanı tərk edirlər. İrana keçməklə orada bir müddət qaldıqdan sonra Türkiyəyə mühacirət edirlər. Artıq onların sonuna qədər vətən seçəcəkləri sonuncu dayanacaq Türkiyə idi. Son dayanacaq Türkiyədə onun soyadı da dəyişərək Leyla Saryal adı ilə tanınır. Getdikləri yerlərdə çətinliklər və əzablar həmişə onları izləyib. Leyla xanımın Türkiyə həyatıda çox maraqlıdır. Türkiyədə onun ən yaxın dostları Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadə və Əziz Alpoutun xanımı Aytən xanım idi. Türkiyədə onun Azərbaycan sevgisinə yeni bir sevgidə əlavə olunmuşdu, bu Türkiyə və Atatürk sevgisi idi. Belə bir möhtəşəm qadın idi Helena Hoffmann, Leyla Seyidzadə, Leyla Saryal. Yazını onun şəxsiyyətini bizə anlatmaqda yardımçı olan Nilgün xanım Saryalın sözləri ilə bitirmək istəyirəm : “ Nənəm çox varlı bir ailənin, çox yaxşı təhsil almış, 4 dil bilən, 4 yaşından başlayraq piano və şan dərsləri almış tək qız idi. 3 yaşında atasını itirmişdi. Varlı bir dost ailənin oğlu ilə beşik kəsdirmişdilər. Amma 18 yaşında Azərbaycan türkünə aşiq oldu. Ailəsini razı salmaq üçün müyyən zaman lazım oldu. 7 dayını qəbul etdirmək üçün çaba göstərmişdi. 1924-cü ildə ürəyinin izində, Azərbaycana getdi. Berlinin lüks məhəlləsindəki böyük evdən, Bakıdakı 1 otağa.... Stalin dönminə qədər pis-yaxşı idarə etdilər. Bir qızı oldu... 1 yaşında öldü... Stalin dönəminin zülmü başlamışdı... Bakının küçələrində anasını, atasını öldürdükləri və ya sürdükləri kimsəsiz uşaqlar, pərişan halda qaçır, gecələri küçələrdə dalan maşınlarda enən Çeka polisləri binalara dalıb, insanları tutub aparırdı. Dədəmin dostlarını güllələdilər... 9 aylıq hamiləykən, babamı univeristetdə dərs verdiyi tələbələrdən ikisi Çeka-ya xəbərlədi. Babam, atamın doğulduğu gecə İrana qaçdı. Qucağında 1 həftəlik atamla, Xəzər dənizi vasitəsi ilə oda İrana qaçdı.1 ilə yaxın İranda yaşadılar. 1 il sonra öncə dəvə, sonra at üstündə Türkiyəyə qaçdılar... Gənc Türkiyə Cümhuriyyətinə, özgürlüyə, bağımsızlığa, ümidə.... Sərhəddə türk əsgəri, dağda qaçaqlara aid olduğunu düşündükləri bir çadırı açıb, içində yatan bir gənc, sarışın gözəl qadın, bir uşaq tapanda heyrətlənib qaldı. Ondan sonrası həmişə gözəl keçdi həyatımız, Atatürk və türk milləti sayəsində. “Varlığını buna borclusun” həmişə dedi mənə. Yeriməyə başladığım gündən, məktəbə başladığım günə qədər, hər səhər Anıtqəbirin ilk ziyarətçiləri olduq ikimiz. Çıxarkən xatirələrini, Atatürkü və cümhuriyyətin ilk illərini danışdı. Enərkən danışdı, bıkmadan, usanmadan hər gün. Əsgərlər “Nilgün gəlmiş” deyə gülərək qarşıladı. Evim kimi gəlirdi Anıtqəbir... Atamın evi.. Son illərini daha çox danışırdı... Hər danışdıqca sonda deyərdi: Əsla ağlama arxamdan, mən çox gözəl bir həyat yaşadım. Babala bir-birimizi çox sevdik. Çox xoşbəxt yaşadıq. Çox rəngli həyat yaşadım, onunla evləndiyim üçün. Almaniyada qalsam, yada 2-ci dünya müharibəsində bir bomba ilə öləcəkdim, yada həyatda qalsam da tək həyat yaşayacaqdım. Mənim həyatım bir film kimi həyacanlı keçdi. Yaxşı ki, Atatürk və qurduğu Türkiyə Cümhuriyyəti vardı. O sayədə varıq. Vətənini sev. Heç bir zaman pes etmə, hər şey düzələr. Anama gümüş çərçivəli balaca bir Atatürk rəsmi vermişdi, divarıma asmışdıq.Səhərlər qalxanda, yuyunub geyindikdə sonra, öncə and içdirirdi qarşısında, daha məktəbə başlamamışdım : Türküm, doğruyum, çalışqanam.... Arxamdan sakın ağlama, sevin ki, nənən çox rəngli və xoşbəxt bir həyat yaşadı. 1. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli – Azərbaycan Cümhuriyyətinin Tələbələri (Tarixi arayış, bəlgələr, yaşamlar), Bakı, 2016. 2. İsmail Saryal – “Bakü Rüzgarı”, Ankara 1998. 3. Fotolar və bir çox şəxsi məlumatlar İsmayıl Saryalın və Helena Hoffmanın nəvəsi Nilgün Saryalın şəxsi arxivindəndir. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi
Azərbaycan hər gün daha da yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir. Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır. Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu? Bəli, hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir. Bəs yaxşı, bu yetərli olacaqmı ? Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı? Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı? Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək, bu hallar daha da dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz. Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb. Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür. Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Azərbaycan hər gün dahada yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir. Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır. Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu ? Bəli hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir. Bəs yaxşı bu yetərli olacaqmı ? Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı? Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı ? Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək bu hallar dahada dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz. Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb. Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür. Ceyhun Nəbi
Ağsu rayon Çiyni kənd sakini, 7-ci sinif şagirdi İsmayılov Rəvan Seymur oğlunun Ana dili haqqında şerini təqdim edirik: Ana dili Göz açanda laylamı ana dili oxudu, Bu dildə ana danışır, bu dildə Vətən. Müqəddəsdir ana dli, sənin hər kəlmən Nənə, ana dilidir sevin, ruh verən. Azərbaycan dilidir ana dilimiz Onunla gözəldir söz və kəlməmiz. Gəlin sevək, qoruyaq biz hər birimiz Doğma həm anatək ana dilimiz. Doğmadır, doğmadan ana dilimiz Onunla döyünür vurur qəlbimiz. Qalxdıq ucalara biz pillə-pillə Zəfər yazdıq tarixə bu doğma dildə. Şirindən şirindir, şirindir mənə Azərbaycan, qurbanam ana dilinə Ana dili sevəcəm hər zaman səni Sevirəm dilimi, bu doğma dili.
“Son günlər əhali arasında kəskin qrip, qızdırma halları müşahidə olunur. Bu respirator infeksiyaların səbəbi həm qrip adlandırdığımız influenza virusu, eyni zamanda koronavirus, RSV virusu ola bilər”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında həkim-infeksionist Vasif Əliyev bildirib. Onun sözlərinə görə, hər kəs xəstəlik dövrünü fərqli formada keçirir: “Məlum olduğu kimi, bir müddətdir ki, ölkədə qızılca virusu da tüğyan edir. Bu xəstəliyi də qızdırma müşaiyət edir. Ümumi olaraq, insanlar arasında bütün bu viruslar qrip adlanır. Ancaq virusların növləri fərqlidir. Koronavirus infeksiyasından sonra insanlar arasında bu cür viruslarla mübarizədə zəiflik yaranıb deməzdim. Çünki hər kəs xəstəliyi fərqli şəkildə keçirir. Bu ağır formada, yaxud yüngül olaraq da təzahür edə bilər. Məsələ bundadır ki, həmin xəstəliklərə qarşı insanlarda immunitet formalaşmır. Davamlı müqavimət yaranmadığına görə də tez-tez xəstələnirik. Daha əvvəl alınan müalicələr də buna təsir göstərir. Həmçinin, yanaşı xəstəlikləri olan insanlar da ağır formada qrip olurlar”. Həkim insanlara viruslardan qorunmaq üçün belə tövsiyə verib: “Bütün respirator infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, ara məsafəni gözləmək, maska taxmaq mütləqdir. Bundan əlavə onu qeyd edim ki, qrip, qızılca, koronavirus və digər yoluxucu xəstəliklərdən qorunmaq üçün ən doğru yol peyvənd olunmaqdır. Vaksinasiyadan keçən insanlar bu tip xəstəliklərlə mübarizədə güclü müqavimət göstərə və yüngül formada xəstələnə bilirlər”.