Tanınmış jurnalist Alxas Məmmədov Facebook hesabında seçkilərlə bağlı maraqlı paylaşım edib. Paylaşımda deyilir: Namizəd nə istəyir ? Deməli, yenədə bizi aldadıb özünə beş illik iş yeri istəyirlər. Cəhənnəmə işləsin amma bizi loxlamasın. Yağlı vədlər verib sadəcə olaraq bizləri avam saymasınlar. Belədə ki, kim loxdusa, gedib təsir altında səs versin. Səs verəndə layiqli insana verin maşennikə səs verməyin. Yaxşı neçə bilək ki bu namizəd maşennik deyil? Sadə yolu var, ətrafına baxın. Görün bunun yanında kimlərdi? Qul, becələri. Rayonda bir köpüklük hörməti olmayan insanlar, kimi təbliğ edə bilər ki? Sadə sifətlə, xalqa yaxınlığı ilə yenədə şou proqramın qəhrəmanlarıdırlar. Sonrada deyirsiniz ki, niyə biz düzəlmirik? Sən beləsinə səs verəndə elə belədə yaşamalısanda. Səni kimsə salfet kimi istifadə edirsə, sən elə ağ loxsanda. Şamaxıda məşhur, anti-qəhrəman bir şəxsiyyətsiz insan var. Ləqəbidə pambıqdır. Uzun müddət vəzifədə olub. Bu sakit və qorxaq bir insandır. Kiməsə zərəri dəyməz. Amma pambıq kimi su götürəndir. Yəni söz götürən insandır, söy, üzünə gülsün. Nə desən buna xoşdur. Vaxtı ilə bir namizədin vəkili olub. Oda sonda gedəndə buna deyib ki, mən seçilmədim, gedirəm, səndə day belə yaşama. Bir paya öz səsini satansanda. Yəni yala gedənsən.... Nəd? O kabinədə səni kimsə güdür? Onsuzda bilirsən ki, bu səni aldadır. Səndə səs verəndə bunu aldat. Qorxundan yada yaltağlığından orda da azad səs verə bilmirsəndə. Səs nədir? Ana, bacı, xanımım, sevgilim, vətənim bunları sən səslə deyirsəndə. Mən səni sevirəm ay anam, sevimli bacım, ağıllı qızım sözlərini səslə ifadə edirsəndə. Yoxsa elə deyil? İnsan fikrin səslə ifadə edir. Sən isə bunları kiməsə satırsan. Bunları satandan sonra mənliyin qalırmı? Layiqli namizəd varsa səs verin. Kimsə deyə bilərmi ki, hansısa namizəd seçiləndən sonra nəsə iş görüb? Özü üçün hə. Bəs sənə? Niyə özünə hörmət qoymursan ay seçici. Bilirsən ki, bu səni aldadır. Demli, sən konkret zəif bir insansan. P.S: Seçkilərdə fəal olun ki, feil yada tüfeyil kimi sizə baxmasınlar. Məndən bu qədər.