Gerçəktənmi, bu qədər sadəlövhsüz?
Son günlər sosial medianın Azərbaycan seqmentində əsas gündəmdə olan məsələ, hökümət nümayəndələri ilə "deputatlar" arasında baş verən "insident"dir. Konstruktiv müxalifətin nümayəndələri Razi Nurullayev, Arzuxan Əlizadə hətta Siyavuş Novruzov, Səyyad Aran kimi YAP-ın sütunları AzTv və bu kimi hökümət nəzarətində olan medianın tənqidinə "tuş gəlib". Bəs əsas məqsəd nədir?
AzTv-lərin həmin deputatları tənqid etməsi, sosial media istifadəçilərini bu deputatlardan qəhraman imici yaratmaq fürsəti verdi.
Səbəb isə aydındır, iki səbəb var. Birinci səbəb, hökümət tərəfindən xalqa verilən mesajdır, yəni hökuməti azcada olsa tənqid etməyi, ağlınızın ucundan belə keçirməyin.
İkinci və əsas səbəb isə alternativsiz parlamentdə, xalq arasında nüfuz qazanmış, müxalif görünümlü deputatlar yaratmaqdır. Nə dəyişdi ki bir iclasın içində 6 deputat birdən tənqid atəşinə tutuldu? Axı indiyə qədər Vahid Əhmədov və Əli Məsimli istisna olmaqla heç kəs, bu cür tənqid olunmayıb.
Yəni, siz məntiqə sığışdıra bilirsizmi ki, YAP-ın qurucu heyyəti sayılan Siyavuş Novruzovu hansısa media qurumu özbaşına tənqid edir?
Sadəlövh olmayın! :))
