Dünya siyasətində sarı müxalifət anlayışı və ya Azərbaycanda vətəndaş cəmiyyəti

 Kolumbiyalı siyasətçi və jurnalist Luis Qalan Sarmiento ilə 80-ci illərdə ortaya çıxan "sarı müxalifət" anlayışı, həm hakimiyyəti, həm də ənənəvi müxalifəti tənqid edən kəsimə verilən ad idi. Qalan Sarmientonun yaratdığı "Yeni Liberalizm" hərəkatının rəngləri qırmızı rəng olsada, Sarmientonun fikrinə görə hakimiyyət yaşıl, ənənəvi müxalifət qırmızı, onlar isə "sarı" kəsimi təmsil edirdi. "Sarı müxalifət" anlayışında "sarı" rəngdən istifadə olunması səbəblərindən biri isə sarı rəngin işıqforda olan yaşıl və qırmızı rənglərin arasında yerləşməsidir. Bu da onların nə hakimiyyətdən, nə də ənənəvi müxalifətdən asılı olmadığını göstərirdi. Təbii ki, sarı rəngin seçilməsində Kolumbiya bayrağınında rolu az deyildi. Sarmientonun yaratdığı bu 3-cü yol ideyası insanlar tərəfindən böyük marağa səbəb oldu və 1990-cı ildə keçirilən anket sorğularına görə 60% civarında səs qazanması ehtimal olunan "Yeni Liberalizm" hərəkatının lideri Luis Qalan Sarmiento, Pablo Escobar rəhbərliyində ki, "Exdraditables" tərəfindən öldürüldü. Azərbaycan kimi avtoritar rejimlərin hökm sürdüyü ölkələrdə "sarı müxalifət" funksiyasını həmişə vətəndaş cəmiyyəti yerinə yetirir. Bu da rejimi qorxudur və nəticədə total repressiyalar başlayır. Son 1,2 il ərzində mediaya, ümumiyyətlə vətəndaş cəmiyyətinə qarşı repressiyaların kökündə də məhz bu amillər dayanır. Abzas Media, Toplum Tv, Meydan Tv kimi platformalara, Kanal 11, Kanal 13, Xural Tv kimi hakimiyyətin nüfuz edə bilmədiyi internet televiziyalarının fəaliyyətinin məhdudlaşdırılması da əslində ölkə də alternativsiz despotizmin yaradılması fəaliyyətidir. Ps: Türkiyədə ki sarı müxalifətlə səhv salmayın, orda bu termin, hökumət nəzarətində olan müxalifəti anlamına gəlir.

Həsən Türksoy 

Share on Facebook