Şəkidə ağır qəza - 3 nəfər öldü

Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, hadisə oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində qeydə alınıb.

KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə, 3 nəfər hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (Mənbə: oxu.az)

Share on Facebook