5-ci ilə qədəm qoyulan gün bircə gün də olsa məhkəmə sistemində işləməyən şəxs Ali Məhkəmənin sədri postuna addımladı Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 -cu il tarixli 604 saylı Fərmanının qəbulundan 4 il keçdi. Bəs məcburi icra edilməli olan fərmanın icrası nə yerdədir? Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaş həddi ilə bağlı “nəvələri ilə oynamağa getməsindən” özgə bir önəmli dəyişiklik hiss olunmur. Dünən - Fərmanın qəbul olunduğu 03 apreldə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bircə gün də olsa məhkəmə sistemində çalışmayan şəxsin Ali Məhkəmənin hakimliyinə tövsiyə edilməsi və bugünkü plenar iclasda hakim təyin olunması məhkəmə - hüquq sistemində islahatların necə dərinləşdirilməsini ortaya qoyur. Amma biz nə edə bilərik, böyük Füzuli demiş, “hökm onun hökmüdür, fərman onun fərmanıdır”! Biz onu deyə bilərik ki, digər normativ hüquqi aktların icra olunmadığı kimi, Prezidentin 4 il qabaq imzaladığı normativ hüquqi akt fərman da kağız üzərində “icra olunub”. “Dərinləşən” qeyri-prosessual münasibətlər, on illərdir məhkəmə qərarlarının icra olunmaması, Prezidentin yanındakıların məhkəmə hakimiyyətini notariat kontoruna çevirmələri “islahatıdır”. Məhkəmə hakimiyyətini ədliyyə, icra, məhkəmə məmurlarının, məhkəmənin texniki işçilərinin könüllü girovluğundan qurtarmaq gerçək islahat olardı. Təsəvvür edin, sıradan bir icra məmuru, məsləhətçi, vəkil bu boyda məhkəmə - hüquq sistemini “barmağına dolayıb”, bu “dolanışıqdan” hakimiyyətin müstəqil qolu elə şad olur ki, prosessual hüquq da yaddan çıxır, maddi hüquq da. Oxuyanları çox yormadan Prezidentin 03.04.2019 tarixli Fərmanının 6-cı bəndi ilə Ali Məhkəməyə tövsiyə edilən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıüçün görülən tədbirlərə baxaq . Heç bir tədbir görülməyib. Məhkəmə təcrübəsinin vahidliyi prinsipi eyni xarakterli işlərə baxılmasının vahid mexanizmini doğrulayır. Bakı -Şəki İnzibati Məhkəmələri, apellyasiya instansiyaları, hətta Ali Məhkəmənin özü, hətta Konstitusiya Məhkəməsinin özü isə DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun qeyri-prosessual basqısı ilə 4 il qabaq qəbul edilməyən saxta qərardadı (??) hüquqi presedent kimi məhkəmə - hüquq sisteminin normativ hüquqi aktı kimi qüvvəyə mindirib. Bu saxta qərardadın məhkəmə təcrübəsinin vahidliyi prinsipinə zidd olaraq hələ də Konstitusiya aktı kimi yalnız Qarabağ əlillərinə aidliyi sürür. Qarabağ əlil(lər)ininmübahisə predmetinə toxunmayan qərardaddan şikayət hüququna, eyni predmetüzrə yenidən iddia qaldırmaq hüququna qadağa qoyulub. Belə məhkəmə təcrübəsinin vahidliyi prinsipi olar? Fərmanın 7-ci bəndi ilə Ədliyyə Nazirliyinə tapşırılan məhkəmə qərarlarının icrasının vaxtında təmin edilməsi , “Elektron icra” informasiya sisteminin tətbiqi ,icra məmurlarının süründürməçilik və digər sui-istifadə hallarına yol vermələrininqarşısının alınması üçün tədbirlər görülməsinə də əməl edilməyib. Təsəvvür edin, Prezidentin, 1-ci vitse-prezidentin tapşırığına icra baş idarəsinin məsləhətçisi cavab verir! (?) Belədə hansı məhkəmə - hüquq islahatından danışmaq olar? Ədliyyə Nazirliyifərmanın 7.3 bəndinə əməl edərək alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənib, Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyünə dair Prezidentə məlumat veribmi? Bilinmir, onlarla illərdir məhkəmə qərarlarının icrası nəinki gerçəkləşir, əksinə, icraya elə Ədliyyə Nazirliyinin, icra baş idarəsinin məsləhətçilərinin qeyri-prosessual göstərişi ilə qadağa qoyulur. Hətta iş üzrə tələbkara icranı tələb etdiyinə görə saxta cinayət işi sifariş edilməsi, işgəncə verilməsi faktı var. Beynəlxalq təcrübə beynəlxalq məhkəməyə üz tutmağı diqtə edir. Prezident aktının 8-ci bəndində baş prokurora dövlət ittihamının müdafiəsi və protest verilməsinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək tövsiyə edilib. Yəqin buna əməl edilər. Vəkillər Kollegiyasına Fərmanın 9-cu bəndi ilə verilən tövsiyəyə -vəkillərinhəkimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətə yol vermələrinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi- əməl edilməməsidə göz qabağındadır . Vəkillərin başlıca işi elə pullu müştərilərin göstərişi ilə qeyri-prosessual münasibətə girməkdir. Hazırda “MTN işi”ndəvəkilin yarım milyonluq qeyri-prosessual münasibətdən həbsə düşməsi bunun sübutudur. Vəkillərin dövlət orqanlarına vəkillik etmələri, hətta onların səlahiyyətli nümayəndələri olmaları qeyri-rəsmi və qeyri – prosessual qaydada sürür. Hakimlər isə buna qeyri-prosessual basqı altında susur. Bircə fakt :12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin iclasında hakim Orxan Həsənov DİN-in“vəkili” Əlirza Həbilovun nümayəndəsi Orxan Babayevin etibarnaməsini , DİN başçısı ilə müqaviləsini, tələb edilsə də, göstərmədi. İnzibati hüquq sahəsində ixtisaslaşmayan 3 ilin vəkili ilə DİN başçısının müqavilə bağlaması mümkün deyil. Deməli, DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilov özü DİN -in adından Orxan Babayevi vəkil edib!(?)Vəkillər Kollegiyası Prezidentin tövsiyəsinə niyə əməl etmir? Onu da vurğulayaq ki, Əlirza Həbilov indi də Bakı Apellyasiya Məhkəməsinə qeyri-prosessual sifariş verib ki şikayəti mümkün saymasın ; guya şikayət vaxtında verilməyib. Nə isə, 4 il qabaqkı islahatların dərinləşdirilməsifərmanından bir gün də olsa, məhkəmədə işləməyən şəxsin Ali Məhkəmənin sədri postuna gətirilməsi “islahatı” çıxdı. Görək, daha hansı islahatlarla heyrətlənəcəyik? Daha bizdə, eldə deyildiyi kimi, issahat – islahat qalmadı. .. Məğrur Bədəlsoy
Ramazan ayında imsak xüsusilə əhəmiyyətlidir və bu zaman vitaminli qidalardan istifadə edilməsi immunitetin zəifləməməsi üçün çox vacibdir. Mütəxəssislər bildirirlər ki, kortəbii qidalanmaq mədə üçün təhlükəlidir. Səhər oyananda iki stəkan su içmək olduqca vacibdir. Həmçinin orucu açarkən xurmadan da istifadə olunmalıdır. Sozcu.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova bununla əlaqədar deyib: "Ramazan ayında oruc tutanlar yuxu rejiminə, qida rasionuna, maye qəbuluna çox diqqətli yanaşmalıdırlar ki, gün ərzində xroniki yorğunluqla üzləşməsinlər. Oruc tutanların çoxunda baş ağrıları, başgicəllənmə, ümumi yorğunluq, halsızlıq, diqqət pozulmaları və s. əlamətlər müşahidə olunur. İmsak vaxtı bir qədər yüngül qidalar qəbul olunmalıdır, iftarda isə kalorili, vitamin və minerallarla zəngin olan qidalardan istifadə etmək lazımdır ki, gün ərzində ac qaldığı müddətdə fiziki və zehni yorğunluq yaranmasına səbəb olmasın". Ramazan ayında gecə yemək yeyib imsaka oyanmayanlar bilməlidirlər ki, bu immun sisteminə mənfi təsir göstərir.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
"Bu gün səfirliyimizin açıldığı İsrailin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözləri müxtəlif şərhlərə yol açdı. İlk növbədə İran bunu “Bakının sionist rejimi ilə İrana qarşı işbirliyi” kimi təqdim edir, lakin bu sözlər Azərbaycan cəmiyyətində də İranla hərbi münaqişə narahatlığına, xüsusilə “Azərbaycanı İrana qarşı müharibəyə sürükləyirlər” kimi fikirlərə yol açdı". Sozcu.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. İsrailin anti-İran koalisiyası yaratmağa çalışdığının sirr olmadığını bildirən politoloq, hazırda Netanyahunun beynəlxalq koalisiya yaratmaq cəhdlərinin hələki nəticə vermədiyini də qeyd edib: "Avropada müəyyən bəyanatlar verilsə də, prosesin praktiki mərhələyə keçidi olmadı. Hətta ABŞ-da belə İrana hərbi müdaxilə ilə bağlı tərəddüdlər var. İsraildə baş verənlərin arxasında müəyyən mənada bu məqamın da olduğu hiss edilir və məsələyə Trampın Baydenə, həm də Sorosa qarşı mövqeyi ilə Netanyahunun Baydenə qarşı çıxışı kontekstində də baxmaq olar. Bu başqa mövzudur". "İsrailin anti-İran bu koalisiyasında Azərbaycanı da görmək istəyi bəlli olduğunu bildirən politoloq Asif Nərimanlı, rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaq olduğunu da diqqətə çatdırıb: "Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi Azərbaycanın təkcə balanslaşdırılmış yox, həm də müstəqil xarici siyasi xəttinin davamıdır. Hərçənd, burada İsrailin nə istədiyi, yaxud Bakının hansı siyasəti yürüdəcəyi yox, İranın sərgilədiyi mövqe həlledicidir. Tehran rejiminin mövcud siyasəti deməyə əsas verir ki, İrana hərbi müdaxilə baş verərsə, biz bu koalisiyaya qoşulmasaq belə onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq".
Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir. İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur. İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Bunun başlıca şərti İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədiklərini barədə İsrailin nümayəndə heyətini inandırmaqdır. Bu alınmasa Çində danışıqlar nəticə verməyəcək. Bu arada, başqa sual aktuallaşır. İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışmaq və qatı düşməni İsraillə müharibədən sovuşmaq istəyərkən qonşusu Azərbaycanı niyə hədələməkdə davam edir? Məntiqlə Tehran eyni ilə Bakı ilə də münasibətlərin normallaşması və mövcud problemlərin həllini sürətləndirmək barədə düşünməməlidirmi? Əksini müşahidə edirik. Belə çıxır ki, İran rejimi üçün Azərbaycana qarşı təxribatları davam etdirmək daha vacibdir. O ki qaldı, İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqa başlamasına, hər ikisinin perspektivi dumanlıdır. İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq. Elxan Şahinoğlu, politoloq
"Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan “cəsarətləndi” və onun Qarabağsız sülh sazişinə marağı azaldı. Azərbaycan ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır". Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa tərəfdaş adlandırdığına görə, “qırmızı çizgiləri” tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün “qırmızı çizgiləri” aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir. Elxan Şahinoğlu, politoloq
Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. 1992-ci ilin bu günündə “Azərbaycan Milli Qəhrəmanı” adı rəsmiləşdirilib. Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara “Xalq qəhrəmanı” deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri ad kimi rəsmiləşdi. 1991-ci ilin 18 oktyabr - Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda igid oğul və qızları keçmiş SSRİ-nin zamanında “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər. Onların ümumi sayı 42 nəfərdir. “Sovet İttifaqı Qəhrəmanı” adını alan ilk soydaşımız isə İsrafil Məmmədov olub. Bu ali adı iki dəfə qazanan isə tank diviziya komandiri general-mayor Həzi Aslanov olub. Müstəqilliyimizin bərpasının ikinci ilində -1992-ci ilin iyununda “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməyə başlanılıb. Müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb. Sozcu.az Bizim.Media -ya istinadən həmin siyahını təqdim edir: 1. Məhərrəm Seyidov 2. Əlif Hacıyev 3. Valeh Müslümov 4. Mehdi Abbasov 5. Albert Aqarunov 6. Mikayıl Cəbrayılov 7. Vüqar Hüseynov 8. Səfəralı Məmmədov 9. Nofəl Quliyev 10. Yuri Kovalyov 11. Yusif Əliyev 12. İlham Əliyev Ümumilikdə isə müstəqillik dövründə 218 qəhrəman soydaşımıza bu fəxri ad verilib. Sonuncu Milli Qəhrəmanlarsa 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olan general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev olublar. Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır: 1. Bəxtiyar Allahverdiyev 2. İntiqam Atakişiyev 3. İbad Hüseynov 4. Vahid Quliyev 5. Şahin Tağıyev 6. Fəxrəddin Cəbrayılov 7. Ehtiram Əliyev 8. Fariz Qəhrəmanov 9. Mədət Quliyev 10. Mirzə Quliyev 11. Zabit Quliyev 12. Fariz Mədətov 13. Mövsüm Məmmədov 14. Sahil Məmmədov
Beş nəfər tanınmış insan oruc tutur, digərləri tutmursa, bu, istər-istəməz digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur". Sozcu.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib. Deputat ona son günlər oruc tutması ilə bağlı sual ünvanlandığını qeyd edərək, sosial şəbəkə hesabında aşağıdakı sözləri yazıb: "Halbuki oruc tutmaq, namaz qılmaq, Həcc ziyarətinə getmək kimi ibadətlər insana imtiyaz deyil, daha artıq məsuliyyət yükləyir. Azərbaycanda insanların xeyli hissəsi məhz məsuliyyəti anlamadan bu ibadətləri edir. Çevrədə fərqliliyini göstərmək, hansısa icmaya mənsub olmaq, öz şəxsiyyətini dindar obrazda təqdim etməklə etibarlılq qazanmaq məqsədi güdürlər. Nə gözəl deyilmiş: Mənə insanlığınızı göstərin, dindarlığınızı, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz. Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır. Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!".
Türkiyə "Hizbullah"ı kimi tanınan Hüda (Xuda) Par (Partiya) seçkilərə AKP-nin siyahılarından qatılacaq. Mən sadəcə, kənardan dəstək verəcəklərini düşünürdüm, amma görünür, prezident Ərdoğanın və AKP-nin hər səsə həyati ehtiyacı var. "Hüda Par" Türkiyənin bəzi cənub-şərq vilayətlərində aktiv olan və radikal islamçı kürdləri ətrafında birləşdirən siyasi partiyadır. Əsasən Batman və Diyarbəkirdə müəyyən elektoral gücə malikdir və AKP-yə təxminən 200 - 250 min əlavə səs qazandıra bilər. "Hüda Par" kürd məsələsində HDP-dən daha sərt mövqe tutur. Kürdlərə muxtariyyət verilməsi və Türkiyənin federallaşması kimi variantların müzakirəyə çıxarılmasının tərəfdarıdır. "Hüda Par"ın proqramında kürd xalqının qurucu element qismində türklərlə bərabər Konstitusiyada təsbit edilməsi, kürd dilinə 2-ci rəsmi dil statusu verilməsi, dövlətin Şeyx Səidin ailəsindən rəsmən üzr istəməsi və sair tələblər də var. Belə bir partiya ilə ittifaqa girən AKP və Cumhur İttifaqının bundan sonra müxalifəti HDP ilə əməkdaşlıqda ittiham etməyə haqqı qalmır. (Zatən haqqı yox idi.) Hələ üstəlik, nəzərə alsaq ki, HDP seçkilərə Millət İttifaqı ilə bərabər, onun siyahılarında deyil, öz ittifaqı ilə ayrılıqda qatılır. Qənaət yarana bilər ki, bu cür proqrama sahib olan partiyanı öz siyahılarına aldı deyə AKP-nin və Ərdoğanın səsləri daha da azalacaq. Amma belə deyil. (Bəlkə bəzi MHP-lilər bu səbəbdən Ərdoğana səs verməz, onu deyə bilmərəm.) Dəfələrlə vurğuladığım bir fikri bir daha təkrarlamaq istərdim ki, azərbaycanlılar (sosial mediada gördüyümüz insanlar) kürd məsələsində Türkiyə vətəndaşlarından daha radikal mövqe tutur və "papadan artıq katoliklik" - türkiyəlilərdən daha artıq türkiyəçilik edirlər. Hətta bir çoxları heç bir haqqı olmadığı halda, Türkiyənin tamhüquqlu vətəndaşları olan kürdlər haqqında hökm çıxarır, onları terrorçu adlandırır və sair. ("Yersiz gəldi, yerli, qaç" məsələsi...) Bizim bəzi insanlara elə gəlir ki, Türkiyədə kimsə kürd partiyası isə əməkdaşlıq edirsə, onlara salam verirsə, həmin siyasətçi və ya siyasi partiya dəhşətli əmələ yol vermiş olur və onun siyasi karyerası bitməlidir. Halbuki yaxın keçmişdə "çözüm sürəci"ndə AKP hökuməti bilavasitə PKK ilə ayrı-ayrı yerlərdə 3 masa quraraq danışıqlar aparırdı: İmralıda Abdulla Öcalan, Osloda PKK-nın Avropa qanadının liderləri Sabri Ok, Zübeyir Aydar, Mustafa Karasu, İraqda - Kandil dağında terrorçuların lideri Murat Karayılan və digərləri ilə... Bu danışıqların sonunda İstanbulda, baş nazir Ərdoğanın Dolmabahçe ofisində Türkiyə hökuməti ilə HDP arasında rəsmi Bəyannamə də imzalandı. Eyni zamanda, "çözüm sürəci" dövründə PKK-nın İraqdan Türkiyəyə külli miqdarda silah, partlayıcı maddə keçirməsinə göz yumuldu, çünki Ankaradan hökumət jandarma və polisə göstəriş vermişdi ki, onsuz da məsələni həll edirik, siz onların qarşısını kəsib prosesi pozmayın. Hətta guya silahı yerə qoyub Türkiyəyə qayıdan bəzi PKK-lılar üçün Habur sərhəd qapısında səyyar məhkəmə də təşkil olundu və onların sərbəst buraxılması barədə qərarlar çıxarıldı. Abdulla Öcalanın məktubları Türkiyə TV-lərində canlı yayınlarda oxundu, təhlil olundu, bəyənildi, hökumət tərəfindən dəstəkləndi və s... Bu qədər həngamədən sonra yəqin ki, bizim insanların məntiqinə görə, Ərdoğan və AKP Türkiyə siyasətindən silinməli idi. Amma silinmədi. "Hüda Par" ilə ittifaq səbəbi ilə də silinməyəcək. Çünki Türkiyə əhalisi (azı yarısı) fərqli məntiqə sahibdir. Bəli, Türkiyə əhalisinin çoxluğu PKK-ya yaxınlığı səbəbi ilə HDP-yə neqativ münasibətdədir, PKK-ya uzaq, amma kürd məsələsində onunla paralel düşüncələrə sahib "Hüda Par"a da o cümlədən. Amma eyni zamanda bu çoxluğun çox hissəsi anlayır ki, HDP (yaxud o cizgidəki hər hansı kürd partiyası) Türkiyənin reallığıdır və PKK-nın siyasi tələblərini haqlı sayan narazı kürdlərin leqal, legitim təmsilçisidir. 6-7 milyon Türkiyə vətəndaşı HDP-yə (qarşıdakı seçkilərə Yeşil Sol Parti adı ilə qatılacaq) səs verir, bu gerçəyi gözardı etmək mümkün deyil. Bu səbəbdən, həmin partiya yerli hakimiyyət orqanlarında, parlamentdə təmsil olunur, TBMM iclaslarını idarə edir və Türkiyənin dövlət büdcəsindən maliyyələşir. (Bu il HDP-yə büdcədən 0,5 milyard TL-dən çox pul ayrılıb.) Uzun sözün qısası, Türkiyəni səthi yanaşmalarla qiymətləndirmək doğru deyil və yanlış qənaətlərə aparıb çıxarır. Şahin Cəfərli, politoloq
Dostlar mütəmadi olaraq bu sualı verirlər və hər zaman bir neçə "açar" sözdən ibarət eyni cavab alırlar, bir müddətdən sonra İranın hərbi müdaxiləsilə bağlı suallar yenidən səslənir. Görünənən odur ki, cavab qane etmir və bu səbəbdən daha ətraflı izahata ehtiyac var. Dünya böyük mexanizmdir, bir detalın sıradan çıxması mexanizmin ümumi işinə zərər verəcək, bu baxımdan Rusiya və ABŞ-ın prinsipial fərqi ondan ibarətdir ki, Rusiya təsir dairəsində olan ölkələri dondurulmuş münaqişələr, təhdidlər vasitəsilə idarə edir, ABŞ öz təsir dairəsində olan ölkələri isə dayanaqlı sülh, sabitlik, sosial rifah, ədalətli idarəetmə, demokratiya ilə yönləndirir(məhz yönləndirir, idarə etmir). Dünyanın strateji təhlükəsizlik doktrinası mövcuddur. Bu doktrinada ölkələr arası, regionlar arası, hərbi-siyasi ittifaqlar arası münasibətlər tənzimlənir: hərbi-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik qarantiyaları, nüvə təhlükəsizliyi, terror təşkilatlarla mübarizə və s. Başqa sözələrlə strateji təhlükəsizlik doktrinası dünyada sabitliyi təmin edən faktordur. *Qeyd. Rusiya Ukraynaya hücum etməmişdən qabaq ABŞ-a verdiyi "təhlükəsizlik təminatı" adlı ultimatum yadınızdadırmı? Həmin sənəddə Rusiya tələb edirdi ki, ABŞ və NATO post-sovet məkanından çəkilsin. Məhz bu sənəd qlobal strateji təhlükəsizlik doktrinasının dəyişdirilməsi cəhdi idi. ABŞ və NATO-nun Rusiyanın cəhdinə cavabı bu gün hər kəsin gözü qabağındadır. Cənubi Qafqaz geosiyasi xəritədə Qərbin təsir dairəsində olacaq regiondur, Azərbaycan da, Ermənistan da, Gürcüstan da. Deyəcəksiniz ki, bəs bu illər ərzinə bu region Rusiyanın təsir dairəsində idi. Bəli, unutmayaq ki, ABŞ regionla əməkdaşlığa başlayanda bu region məhv Rusiyanın təsir dairəsində idi(1991-ci ildə bəri) və ABŞ "long game"(uzunmüddətli) strategiyasına uyğun "realpolitik" çərçivəsində davranaraq gündən-günə təsir gücünü artırırdı. Bugünkü geosiyasi "zəlzələ"(yəni yaxın gələcəkdə Rusiyanın öz sərhədlərinə çəkilməsi) təsir dairələrin yeni sərhədlərini cızacaq və bizim region məhz Qərbin(başqa seçim də yoxdur, Çinin təsir dairəsində olan deyil ki) təsir dairəsində olacaq. Bu proses 2022-ci il 24 fevralda kəskin sürətlənib. Azərbaycan öz növbəsində enerji təhlükəsizlik sahəsilə yanaşı bir neçə sahədə Qərbin müttəfiqi sayılır. 3 ən yaxın strateji müttəfiqimiz (İsrail, Böyük Britaniya, Türkiyə) ABŞ-ın da strateji müttəfiqləridir. Təbii ki, Azərbaycanın Qərb qarşısında öhdəlikləri olduğu kimi, Qərbin də Azərbaycanın qarşısında strateji öhdəlikləri var. Azərbaycana İran və ya Rusiya tərəfindən təhdidlər strateji təhlükəsizlik doktrinasına ziddir, bu baxımdan Qərbin(məhz ABŞ-ın) Azərbaycan qarşısında ən vacib öhdəliyi təhlükəsizlik qarantiyalarıdır, ABŞ, Rusiya və İrandan gələn təhdidlərə qarşı bu qarantiyaları verir. Təbii ki, Türkiyə, İsrail və Böyük Britaniya, ABŞ tərəfindən Azərbaycana verilən təhlükəsizlik qarantiyalardan kənarda deyillər, AMMA VƏ LAKİN bir məsələnin altını xüsusilə cızmaq istəyirəm, dünya tərəfindən "terroru maliyyələşdirən" kimi tanınan 5 ölkə var(İran, Rusiya, Suriya, Ş. Koreya, Kuba), Azərbaycan 2-silə həmsərhəddir, belə coğrafiyada olan ölkəyə ABŞ-dan başqa HEÇ BİR ölkə təhlükəsizlik qarantiyaları vermək iqtidarında deyil. Azərbaycanın da öhdəlikləri var. Misal üçün ABŞ Maliyyə nazirliyinin dərc etdiyi heç bir hesabatda Rusiyaya sanksiyalardan yayınmaqda dəstək verən ölkələr siyahısında bizim adımız yoxdur. Başqa misal gətirim, bir neçə gün qabaq ilk dəfə olaraq Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya neft tədarükünə start verib("Xoşbəxt Yusifzadə" tankeri, ilk partiya 7 min ton neftdən ibarət idi). Bunlar, Azərbaycanın Rusiyaya qarşı demarşı deyil, bunlar Azərbaycanın strateji təhlükəsizlik doktrinasına görə öhdəliklərin yerinə yetirilməsidir. Və təbii ki, geosiyasi "trendə" uyğun olaraq davranışdır. Yaxın gələcəkdə ABŞ Azərbaycanın götürdüyü başqa öhdəlikləri də yerinə yetirməsini gözləyəcək: Ermənistanla sülh müqaviləsi və demokratik açılım istiqamətində ilk addımlar. Demokratik açılım daxili məsələ deyil, regionun strateji təhlükəsizlik məsələsidir. Kamran Cəfərov, politoloq Sozcu.az
Son vaxtlar Dövlət Yol Polisi əməkdaşları arasında sürücülərlə davranış qaydasından xəbəri olmayan, özünü "yolların ağası" hesab edən polis əməkdaşları haqqında şikayətlər durmadan artmaqdadır. Ömründə bir dəfə də olsun polisin davranışı haqqında təlimatı açıb oxumayan bəzi DYP əməkdaşları, özlərini qanun keşikçisi kimi yox, "reket" kimi aparırlar. Bircə qalır, "mən bu ərazinin "polojeniya"sına baxiram" sözünü açıq şəkildə dillərinə gətirmələri. Sürücülər üçün ən çox narahatçılıqlar yaradan postlardan biri də, Mərəzə postudur. Bu postda sürücülərin incidilməsi və DYP əməkdaşlarının polisin davranışı qaydalarından xəbərsiz olmaları ilə bağlı dəfələrlə saytımıza şikayətlər daxil olub. Növbəti şikayətçi Seyidzadə Zahid Ağarıza oğludur. Zahid Seyidzadə bildirir ki, Mərəzə postunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı ona saxlama səbəbinin kəmərlə bağlı olduğunu bildirsə də, onun kəmərdən istifadə etdiyini gördükdən sonra avtomobilidə led işıqların olduğunu bəhanə edərək, 150 manat cərimə yazıb. Zahid Seyidzadə bildirir ki, DYP əməkdaşına, avtomobilində olan led işıqların standartlara uyğun olduğunu bildirdirsə də, DYP əməkdaşı ona qarşı kobudluq edərək, onu küçə uşağı səviyyəsində təhqir edib. Bundan sonra özündə halsızlıq hiss etdiyini deyən Zahid Seyidzadə, ona postda əl-üzünü yumağa da imkan verilmədiyini bildirib. Halbuki postda yorğun sürücülərin dincəlmək hüququ da var. Zahid Seyidzadə qeyd edib ki, onu təhqir edən DYP əməkdaşı Xanalıyev İsaxan Səlahəddin oğludur. O, bu barədə Daxili İşlər Naziri Canab Vilayət Eyvazova müraciət edəcəyini bildirdikdən sonra, DYP əməkdaşı özünü "ara uşaqları" kimi apararaq, onunla "yaxşı oğlan", "pis oğlan" söhbəti etməyə başlayıb. Xatırladaq ki, Mərəzə postunda DYP əməkdaşlarının sürücülərə qarşı kobudluq etmələri ila bağlı verilən məlumatlar birinci dəfə deyil. Biz də öz növbəmizdə ümid edirik ki, özünü qanun keşikçisi kimi yox, "vor zakon" kimi aparan polis əməkdaşları haqqında ölçü götürüləcək. Ümumiyyətlə, hər gün vətəndaşlarla ünsiyyətdə olan polis əməkdaşlarının vaxtı-vaxtında psixoloji və narkoloji testdən keçirilməsi vacib olmalıdır. Elşən Əlisoy Sozcu.az
Bir çox mənbələrin verdiyi məlumata əsasən, bu gün Manhettendə böyük jüridə(*izahatı sonda) səsvermə olacaq. Səsvermə predmeti prokuror Elvin Breqqin Trampa qarşı irəli sürdüyü ittihamlardır. Böyük jüridə ittihamlar səs çoxluğu toplasa(ittihamlar çox sadə, həm də mükəmməl hazırlanıb, bu səbəbdən böyük jürinin lehinə səs verəcəyinə şübhəm yoxdur), ABŞ-ın eks-prezidenti Donald Trampa qarşı rəsmi ittihamlar irəli sürüləcək(şəkilləri çəkiləcək, barmaq izləri götürüləcək, təsəvvür edin ki, dünyanın ən qüdrətli ölkənin sabiq prezidenti üçün bu nə dərəcədə utancverici səhnədir). Tramp maliyyə dələduzluqda ittiham olunur(porno aktrisaya ilə intim əlaqədə oluğuna görə, həmin aktrisaya susqunluğu əvəzinə Tramp 130 min$ ödəmişdi, bu pullar seçki kampaniyası zamanı ianələr hesabından verilib, bu isə cinayətdir). Nyu York ştatının qanunvericiliyinə əsasən bu cür cinayətlərə görə ittihamların irəli sürülməsi təqdirdə həbs qətimkan tədbiri olmur(məhkəməyə qədər). Yəni andlılar məhkəməsinə qədər Tramp azadlıqda olacaq, sonrası isə məhkəmənin qərarından asılı olacaq. Təbii ki, etirazlar olacaq, amma: -Etirazların miqyası o qədər də böyük olmayacaq; -Nyu York polisi bu gün fövqəladə(xüsusi avadanlıqlar və s) rejimdə fəaliyyət göstərəcək. Sizə bu barədə xəbər vermişdim, təkrarlamaq yerinə düşər, Trampa qarşı irəli sürülən ittihamlar və hətta həbs, ona seçki kampaniyasında və ya seçkilərdə iştirak etməyə mane olmayacaq. Nəzəri cəhətdən Tramp həbsxanada olarkən də, prezident seçilə bilər, qanunvericilik buna imkan verir(təbii ki bu baş verməyəcək, amma hüquqi yox, siyasi səbəblərdən). *ABŞ dünyada yeganə ölkədir hüquqşünaslıqda böyük jüri institutunu qoruyub saxlayıb. Böyük jüri bir növ istintaqın son mərhələsidir. İstintaq bitəndən, bütün materiallar hazırlanandan və ittihamlar əsaslandırılandan sonra, bütün bunlar böyük jüriyə təqdim olunur və ittihamların irəli sürülməsi ya da sürülməməsi böyük jürinin səsverməsindən asılı olur. Kamran Cəfərov
Mən küçə süpürgəçisiyəm, daha doğrusu, gürcü dilində " zibil yıgan"- menaqve kimi səslənir bu söz...Hər gun saat 5- də yuxudan durur, ogluma dua edirəm və yatan qoca nənəsinin yaninda qoyuram. Mənim evdən getdiyimdən təkcə popuqaylarımın xəbəri olur. Artıq 5 ildir mən hər gun narıncı rəngli gödəkcəni geyirəm, hər kəsdən əvvəl agaclarla, günəslə , kücələrlə və bütün Yer kürəsi ilə salamlaşıram... Hər kəsin öz işi var, isinin daliyca qaçan insanlar ətrafı zibilləyir, mən isə bu zibilləri yıgışdırır, zibil qutusuna atıram. İçimdə gülümsəyirəm, bilirəm ki, hec vaxt küçə süpürənin, zibil yığanın usaqları zibili yerə atmır..oglumun canina and içərəm, atmırlar zibili yerə... Agaclar mənim qarşımda başlarını əyib üzr istəyirlər. Amma kimsə qocalib əlləri əsir, əlindən nəsə tökülürsə agaclarin nə günahı var ki... Mən agacları bağışlayıram, saralıb tökülən yarpaqlarını da bagıslayıram...Amma məni küçədə it yerinə belə qoyan yoxdur, hətta yaxın qonşularım yanımdan keçəndə salam belə vermirlər. Bəzi adamları mənim çirkli paltarlarım qorxudur, bəzilərini süpürgəm, hətta bəzilərini uzanmış saqqalım.. Bu saqqalıma görə hələ mənim 5 yaşlı oglum, Şaxta baba atam- deyə çagırır məni.. ...Zibil yıga- yıga yataqda qoyub gəldiyim oğlumu, qoca anamı və saat 9- u fikirləşirəm, " görəsən vaxtinda oyandılarmı, bagcaya gecikmədilər ki...". Əslində həyət süpurənin oglu dərsə, bagcaya...hec yerə gecikməməli idi, çünki o hər kəsdən tez oyanırdı.. Ətrafda kimə baxırsan, hərə mənə bir cür baxır: birinin yazıgı gəlir, biri iyrənir, hec kəsin uz- gözundə istilik hiss olunmur. Təkcə küçə itləri çirkli ayaqqabılarıma sürtünür, zibil qablarindan onlar üçün yıgdıgım ərzaq qalıqlarını onlara verdiyimə minnətdarlıq göstərirlər... Mən - küçə süpürənəm. Gürçü dilində kücə supürənə - zibil yıgan deyirlər. Üstundən həmisə köhnə zibil iysi gəlir. 5 il əvvəl zibil qutularından birində mən bir təzə dogulmuş usaq tapmışdım. O usaq indi mənim oglumdur. Hər gun insanlar ətrafa zibil atdıqları üçün Allaha təşəkkur edirəm....... Anna Laşxeli (Gürcü dilindən tərcumə: Emma Cəfərova)
Baharın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması bütün millətlərdə olduğu kimi türklərə də dərin təsir etmiş və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Dünyanın bir çox xalqlarında Yaz ayının gəlişi müxtəlif formalarda keçirilib, eləcə də Türklərdə. Yeni gün adlanan bu bayramı Zərdüştilik yarandıqdan sonra çalışdı ki, bu ərazidə yaşayan etnosların düşüncəsindən bu atəşə-oda sitayişi çıxarıb zərdüşt görüşlər ilə bağlasın. Bu mümkün olmayanda, Zərdüşt bu adətlərə atəşpərəstlik rəngi verdi. Novruz adlandırmağa başladı.Novruz bayramını Zərdüştlüklə əlaqələndirənlər bunu sübut edəcək heç bir yazılı qaynaq mövcud deyil. Sadəcə bu bayramda od yandırılmasını əsas götürmüşdürlər. Mənbə kimi göstərilən Firdovsinin əsəri də sadəcə poetik bir təssəvürdür. Qədim Türk inanc sistemlərindən biri də od mədəniyyətidir. Türklər dünyanın yaradılışı ilə od və bahar arasında bir bağlılıq qurmuşlar. Novruz bayramında yandırılan tonqalın Atəşpərəstliklə heç bir əlaqəsi yoxdur, tamamilə Şamaizmə aid olan arınma və təmizlənmə mədəniyyətidir. Od Günəşi təmsil edir, buna görə də qədim türklərin alaçıqlarının qapısı birbaşa Günəşin çıxdığı tərəfə qurulurdu. Sonra gələn dinlər də çalışıb ki, Novruzu özününkiləşdirsin. İslamda da bu hal baş verib. Novruz bayramı günü xəlifəni taxta çıxarıblar ki, bunu İslamın adı ilə bağlasınlar. Bir çox mənbələrdə bu bayramı dinlə də bağlayaraq, Novruzu “Adəmin yaradıldığı gün”, “Atəşpərəstlikdən qalan bir bayram”, “Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün”, “Həzrəti Məhəmmədin peyğəmbərlik xələtini geydiyi gün”, “İmam Əlinin xilafətə gəldiyi gün”, “İmam Əlinin doğum günü”, “Küsülülərin barışması üçün imam Əli tərəfindən elan edilən bayram”, “İmam Əli ilə Fatimayi-Zəhranın evləndikləri gün kimi qələmə verməyə çalışırlar. Yunanlar da, farslar da, digər xalqlar da qədim türklərin bu bayramını özününküləşdirmək cəhdləri ediblər. Buna görə də bəzən alimlər bu bayramı farslara, bəzən yunanlara, bəzən misirlilərə, bəzən də çinlilərə bağlamağa cəhd edirlər. Əslində isə bu bayram ilk dəfə olaraq Qədim Türklərdən yaranaraq ümumbəşəri bir bayrama çevrilibdir. Qədim türklərdə bayramın çox elementləri olub, xüsusilə Keçəl və Kosa obrazı. Əslində bu gün bizə "pay" almağa gələn, yaxud bəzilərinin iddia etdikləri " qış və yazın" sözcüsü adlanan Keçəl və Kosa obrazı bizə sonradan əlavə edilən elementlərdir. Əslində isə Kosa obrazı qədim türklərdə Yeni Günün gəlişini müjdələyən, insanların evinə ruzi, bərəkət və sağlamlıq gətirilməsini təmin edən Şamanların prototipidir. Fikir verin Şamanın üz quruluşuna, saqqalına və onun hərəkətlərinə. Eyni ilə Kosanın etdiyi kimidir. Sadəcə indi Kosa yerində dövrə vurmur, amma Şamanlar yerlərində 7 dəfə dövrə vurub ritual icra edirdilər. Qədim Şumerlərin "Bilqamış" dastanında da Yeni Günün əsas obrazı kimi Şamanlar olduğu qeyd edilir, elə də qədim Urmiya hövzəsi ətrafı, Lulubbilər, Kutilərdə də şamanlar 21 martın, ilin təhvil olmasında Şamanların əsas obraz olduğunu qaynaqlar yazır. Qədim türklər qəbilə və soyda xüsusi biliyi, fərasət və hərəkətləri ilə seçilənlərə şaman deyiblər. Şamanlar dəf çalır, nəğmə oxuyur, rəqslər edir və Yazın gəlişini xüsusi ayinlə icra edirdilər. Şamanların geyim şəkli də ritualları qədər çox fərqlidir, xüsusi baş örtükləri, kəmərlər, rəngli parçalardan hazırlanmış əbadan istifadə edirlər. Bu gün Kosanın geyimində olan rəngli çalarlar məhz Şamanların geyimində olan elementlərin bir hissəsidir. Kosa-Şaman odu qorumaq üçün, pis ruhları qovmaq üçün mütləq qara qüvvəni ordan uzaqlaşdırmaq ayini icra etməli idi. Bu qara qüvvələr isə Keçəl obrazında formalaşmış idi. Keçəl hiyləgər, pis ruhların daşıyıcısı kimi Odu söndürməyə gəlirdi, Kosa isə Günəşin, odun qoruyucusu kimi onunla mübarizə aparırdı. Ona görə də Kosa-Keçəl mübarizəsində Şaman qalib çıxıb, "Keçəli" öldürüb tonqal qalamaqla Yeni Günün başlandığını elan edirdi. Bu günün özündə də Cənubi Azərbaycanda Kosa xeyir, Keçəl isə şər qüvvə olduğu kimi bu bayramı qeyd edirlər. Kosa obrazı o qədər müqəddəs sayılırdı ki, qədim türklərdən düz orta əsrlərə qədər belə inanc var idi ki, övladı olmayan şəxş Kosa rolunda çıxış edirdisə, inanılırdı ki, onun övladı olacaq. Buna görə də Kosa obrazını və Keçəli ilk öncə farslar, sonralar isə ruslar "dilənçi" formatına salıb qədim türk şamanizmini insanların folklorundan və adət ənənələrindən tamam çıxarda bildilər. Yeni gün bayramı, sonradan Novruz adı ilə bütün türk dünyasına yayılandan sonra qədim şamanizm elementləri yoxa çıxdı, yerində isə pay uman Kosa və onun köməkçisi Keçəl meydana gəldi . Əli bəy Hüseynzadənin də qeyd etdiyi kimi, bu gün türklərin, o cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasimlərin kökü, mənşəyi zərdüştiliyə deyil, şamanizmə, tanrıçılığa gedib çıxır. Azərbaycanın Rusiya tərəfindən işğalına (1813, 1828) qədər ölkəmizdə təzə il martın 21-dən başlanırmış. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) zamanında da yeni ilin Novruz bayramından başlanması haqqında qərar verilmişdir. 1920-ci il bolşevik Rusiyası işğalı yeni ilin Novruz bayramından başlanmasını yasaq etmişdir. Bu gün Azərbaycan müstəqil dövlətdir və heç bir kənar təsir altında deyil, ona görə biz Yeni Gün bayramını azad insanlar olaraq qeyd edirik. Tanrı Azərbaycanın Od-Su-Hava-Torpağını daima qorusun. Dörd ünsür xalqımızın süfrəsini daima bərəkətli eləsin. Arzularımızın Şuşa sərhədləri artıq reallaşıb, İrəvan, Təbriz, Borçalı, Dərbənd sərhədləri də inşallah reallaşar. Bayramımız mübarək əziz Azərbaycan xalqı.. Ocağımız daima yansın Bayrağımız Uca, millətimiz Güclü olsun Zaur Əliyev, dosent
Bəli, məhz GƏNCƏLİ soyadına diqqət verin. Şəkildə gördüyünüz məzar dahi Nizamiyə aiddir. Onun Gəncəvi adlandırılması ərəbcədir. Əslində isə məzardan gördündüyü kimi onu Nizami GƏNCƏLİ kimi qəbul etmək lazımdır. Türk soyadı ilə. Sonradan onun əsərlərinin üzə köçürülməsi zamanı nədənsə ərəbcə olan Gəncəvi soyadı ilə tanıtdırmağa başladılar. İranın Nizami Gəncəliyə olan iddiaları bu günün mövzusu deyil. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırmasından sonra İran dəfələrlə Stalinə məktub yazaraq Nizaminin İran şairi kimi adlandırılmasını tələb edirdilər. Bu barədə 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsində ətraflı məlumat verilir. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”. Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu. İranın məktublarına cavab verməyən Stalindən sonra bir müddət sakitçilik olur, lakin II dünya müharibəsindən sonra yenidən İran Sovetlərə məktub yazaraq eyni iddia ilə çıxış edirlər. Buna rəsmi cavabı 1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonov “Pravda” qəzetində belə cavab verir: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.” T.Adəmiyyət 17 dekabr 1953-cü il tarixində "Pravda" qəzetinin redaktoruna da SSRİ EA-nın müxbir üzvü E.Bertelsin "Velikoe tvorenie Nizami" məqaləsinə etiraz məktubu göndərmiş, bənzər suallarla müraciət etmişdi. Nizami Gəncəvi ilə əlaqədar 1953-cü ilin 15 dekabr tarixində "Pravda" qəzetində Səməd Vurğunun "Velikiy Qumanist" (Böyük humanist) məqaləsi dərc edilmişdi. Məqalədə S.Vurğun yazırdı: "Başıbəlalı Azərbaycan xalqı tarixin çox sınaqlarından keçmişdir. Lakin o, ən başlıcasını unutmamışdır: öz tarixini, öz milli dilini, öz mədəniyyətini öz doğma oğlu və şairi Nizamini ki, qədim Azərbaycan şəhəri Gəncədə doğulmuş və orada yaşamışdır (indiki Kirovabad)". Son günlər isə Azərbaycanlı “alimin” çıxışı zamanı səsləndirlən bir şeir parçasını əsas götürən İran açıq aşkar Nizami Gəncəliyə hücuma keçiblər. Guya Nizami Gəncəlinin İran adlı şeiri olub “Həme aləm tən əst və İran del Nist quyənde zin qiyas xəcel Çün ke İran del zəmin başəd Del ze tən be bud yəqin başəd” Bu “alimin” çıxışına görə ona cavab vermişəm. Amma burdan da ona yazıram 1) Nizami Gəncədə yaşaya-yaşaya necə fars şairi ola bilərdi. İran adlanan dövlət ona necə iddia edə bilər? Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir də yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin dövründə İranın özü Səlcuq imperiyasının bir hissəsi idi? Siz bunu yaxşı bilirsiz ki, Pəhləvi sülaləsi ingilislərin köməyi ilə hakimiyyət başına gələndən sonra İran adı istifadə edilməyə başlanıb. 2) Bu Nizami Gəncəvi yazı stili deyil. Xll əsrdə Xorasanın Həmədanin adları hallanır.Amma İran adı dövləti tarixi yazılarda yoxdur. Xl və Xll yüz illik də Xorasandan Türkiyəyə köç edən şiə türklər Türkiyədə Səlcuqlar hakimiyyəti dövründə şiəliyi ilk yayanlar olub. Amma İran adı yoxdur. 3) İranda hazırda bəzi dairələrdə Gəncə adı belə hallanmır. Onlar bura Kuruşabad deyirlər, çünki ruslar Kuruşa elə Kir deyirlər. Buradakı gizli niyyət də üzə çıxır. Azərbaycan şəhərini də iranlılaşdırmaq iddiasındadır Tehran rəsmləri. Buna nə deyirsiz? Və Dahi Nizaminin farsca yazmasına dair. Əlbətddə o dövrdə fars dili regionda ünsiyyət dili kimi çox istifadə edilirdi. Amma bu o demək deyil ki, farsca yazmaq fars olmaqdır. Nizami Gəncəlini orjinaldan oxuyanlar bilirlər ki, Nizaminin fars dili Firdovsinin fars dilindən fərqli idi. Bu dil türk dilinin təsiri altında olan dildir və bu dildə xeyli türk sözləri var. İran Nizami Gəncəlini fars və iran şairi adlandırmaqda məqsədləri bəllidir 1) O zaman ruslar, ermənilər və farslar Nizaminin türkcə olan şeirlərini yandıraraq məhv edib, ya da ərəbcə dediklərinə qiymət verməyiblər. Hətta onun farsca yazdığı əsərlərin məğzini təhrif etməyə çalışıblar. Onların da bu istiqamətdə tez tez konfrans keçirməkləri buna xidmət edir. Sübut etmək istəyirlər ki, qədimdən hamı Şimali Azərbaycanda, Gəncədə farsca danışıb. Sonradan türk olublar. Nizami Gəncəvi də farsdır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azərbaycan türklərinin irsini bu yolla təhrif edib, mənimsəsinlər 2) “Öz tarixi olmayan İran özünə mədəniyyət yaratmaq üçün istənilən yola əl atır”. 3) İran təhsil sistemində, orta məktəb, bakalavr, magistr təhsil pilləri üçün nəzrdə tutulan dərsliklərdə Nizami Gəncəliyə az yer ayrılır, onun barəsində təhsil müəssisələrində az danışlır. Bilirsiz niyə? Çünki Nizami Gəncəlinin fikirləri İranda hazırda olan Molla rejiminin yaratdığı Xomeyniçilik ideyaları ilə üst üstə düşmür. Eyni zamanda İsgəndərnamə əsəri onların guya “tarixi” dövləti olan Əhməniləri məğlub edən İsgəndər Makdeoniyalıya həsr edilib. Necə Nizami fars şairi ola bilərdi ki, onların böyük “imperiyalarını” məhv edən Sərkərdəyə ayrıca poema həsr edib. Demək burda dava Nizami Gəncəlinin kimliyi və şəxsiyyəti deyil, Şimali Azərbaycana olan həyasız iddialardan danışmaq lazımdır. Nizami Gəncəlinin kimliyini bilmək üçün “Xosrov və Şirin" əsərinin sonunda öz övladını türkzadə (türk oğlu) adlandırmasında görmək olar: Əgər şod torkəm əz xərgəh nəhani, Xodayə, torkzadəmva to dani. (Əgər türküm çadırdan gizlinə çəkildisə də, Xudaya, türk balasını sən özün qoru.) Dosent Zaur Əliyev
Elə bir dövrdə yaşayırıq ki, bütün dünyada xoş niyyət, fədakarlıq və sevgi kimi xislətlər getdikcə azalıb, ona görə də insanlar xoşbəxtliklərini, sevinclərini itiriblər. Xüsusilə sevgi insanların qəlbindən sanki alınıb. Demək olar ki, hər mühitdə sevgisizliyin səbəb olduğu sosial problemləri görürük və yaşayırıq. Televiziyaya yansıyan xəbərlərdən tolkşoulara, maqazin və əyləncə proqramlarından qəzet xəbərlərinə və köşə yazılarına qədər hər sahəyə sevgisiz üslub hakimdir. Ən çox sosial mediada sevgisizlik yaşanır. Kompüter və telefon ekranlarının arxasına gizlənən bəzi insanlar pis, təhqiramiz sözlər işlətməkdən, nifrətlərini, paxıllıqlarını, qəzəblərini dilə gətirməkdən, insanları lincləməkdən, təhdid etməkdən çəkinmir, utanmır, vicdan əzabı çəkmirlər. Bu sevgisizlik dalğası insanların gündəlik həyatına, davranışlarına, əhval-ruhiyyələrinə də mənfi təsir edir. Salamlaşmayan, üzündə narazı, dilxor ifadəylə yaşayan, gülümsəməyi unutmuş insanların nəzakətsiz, hörmətsiz, eqoist, səbirsiz və kobud davranışları bütün cəmiyyətə hakim olmuşdur. Demək olar ki, hər mövzuda insanlar mübahisə və dava-dalaş üslubuyla danışırlar. Özündən gücsüzü əzməyə meyillilik, zalımlıq getdikcə artır. Təcavüz, qadınlara və uşaqlara qarşı zorakılıq hadisələrinin artması da bu sevgisizlik epidemiyasının labüd nəticələridir. Sevgisizlik insanlar üçün daim qorxunc, qarışıq və qaranlıq mühit yaradır. Bu hal insanlarda sevincdən əsər-əlamət qoymamış, həm xalqa, həm siyasətə, həm də iqtisadiyyata mənfi təsir etmiş, küskün, bədbin, yaradıcılıqdan, təşəbbüskarlıqdan, sərmayə qoymaqdan çəkinən, hər şeydən narahat olan, etibarını itirmiş, sabah başına nə gələcəyinin qayğısını çəkən, eqoist, bədbəxt, bədbin cəmiyyət meydana gətirmişdir. Halbuki cəmiyyətin xoşbəxt və rifah şəraitində yaşaması üçün, habelə CƏMİYYƏTİN VƏ DÖVLƏTİN ƏBƏDİLİYİ ÜÇÜN VACİB OLAN ƏN MÜHÜM ÜNSÜRLƏRDƏN BİRİ SEVGİ VƏ SEVGİDƏN DOĞAN HƏMRƏYLİK, BİRLİK VƏ ETİBARDIR. Bunu təmin etməyin yeganə yolu isə istisnasız hər sahədə sevgi diliylə danışmaq və sevgini hakim etməkdir. İnsanlara, hadisələrə, cəmiyyəti təşkil edən hər təbəqəyə ancaq sevgiylə yanaşdıqda cəmiyyətdəki bu sosial tənəzzülün qarşısı alına bilər. İslam ölkələri müharibə, işğal, aclıq, yoxsulluq və iğtişaşlarla sarsılır. Ölümlər, yaralananlar, dağılan evlər və çətin şəraitdə yaşamağa davam edən insanların kömək yalvarışları hər kəsin ürəyini ağrıdır. Artıq həm İslam aləmi, həm də dünya ölkələri yer üzünə sevginin hakim olmasını istəyir. Cənab Adnan Oktar televiziya proqramlarında sevgi haqqında söhbətlərinin birində nifrətin qarşısını almaq üçün “Konstitusiyaya qanun maddəsi əlavə etmək” təklifini vermişdi: “Demək olar ki, sevgidən danışan heç bir kanal yoxdur. Nifrəti, dava-dalaşı əsas götürürlər. Bu, dəhşətdir. Belə dəhşətli dünyanı qəbul etməyə gərək yoxdur. Konstitusiyaya sevgiyə təşviq edən, nifrəti və kini qadağan edən maddələr əlavə edilməlidir. Əsas məsələ sevgi olmalıdır. (Adnan Oktar, 20 iyun 2018) Bəli çox doğrudur. Cəmiyyətə sevgini hakim etmək, hər kəsin bir-birini səmimi qəlbdən sevməsini təmin etmək üçün hər kəsi Allah sevgisində, Allah qorxusunda birləşdirmək lazımdır. İnsanlar Allahın konstitusiyası olan Qurana əsasən imanda, doğru yolda birləşsə, sevgi birliyi bərqərar olar. İnsanlara əvvəlcə Allahı sevdirmək, Allahdan səmimi qorxmalarını və Ona hörmət etmələrini təmin etmək, səmimi vicdan qazanmalarını təmin etmək lazımdır. Müsəlmanlar dərhal birləşməlidir. Heç kəsin heç kəsə qarşı üstünlük iddiası olmamalıdır. Biz dost-qardaş birliyi istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş birlikdən başqa həll yolu yoxdur. Müsəlmanların birlik olması yaxşı insanların birlik olması deməkdir. Müharibələrin, gərginliyin bitməsi gözəlliyin, keyfiyyətin hakim olması deməkdir. Allah ən qısa zamanda bəşəriyyətə sevginin hakim olduğu gözəl günlər nəsib etsin. Nəzakət
"Su problemi yalnız Saatlı rayonuna deyil, ölkənin əksər kənd rayonlarına aiddir". Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı ölkədə yaradılan su probleminə münasibət bildirərkən deyib. "Su qıtlığı təbii fəlakət nəticəsində yox, gözü doymayanların 10 minlərlə hektar torpaq sahələrinə əl qoyması, bütün su ehtiyatlarını bu sahələrdəki əkinlərə, bağlara yönəltmələri ilə bağlıdır" - deyən Müsavat başqanı qeyd edib ki, su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq: "Gürcüstan ərazisində aşıb-daşan Kür çayının Azərbaycan ərazisində qurumasının başqa izahı yoxdur. Sonuncu tikəsi də əlindən alınan əhalinin etirazlarının qarşısını güllə atmaqla, həbslərlə almaq yox, qlobal xarakter almış su problemini həll etmək lazımdır. Qarşıdan su tələbatını artıran fəsillər gəlir. Saatlı hadisələri anonsdur. Narazılıqlar və etirazlar getdikcə artacaq".
AXC hakimiyyətinin torpaq islahatlarını axıradək aparmağa vaxtı çatmadı. 4 iyun qiyamından sonra necə deyərlər, milli hakimiyyətlə bərabər kəndlinin torpaqları da tədricən, hissə-hissə əlindən çıxmağa başladı. İlk növbədə kəndlinin payına düşən torpaqların əkib becərilməsinə dövlət tərəfindən imkan yaradılmadı. Şərab zavodlarının, pambıq məntəqələrinin və digər təsərrüfat emalı müəssisələrinin dağıdılması, hətta, çətinliklə də olsa torpağından məhsul götürən kəndlinin məhsulunun əlində qalmasına səbəb oldi. Bir müddətdən sonra, hakimiyyətin yüksək rütbəli məmurları insanların imkansızlığından istifadə edərək, əraziləri zəbt eləməyə başladılar. Bu gün kəndli, özünün əlindən alınmış torpaqlarında məmurlar üçün nökərçilik edir. Hazırda bölgələrimizi hakim ailənin əkin sahələri bürüyüb. Axar su olan ərazilərin böyük hissələrində süni göllər yaradılıb. Hakimiyyətin qeyri-neft sektorunu da monopoliya altına salması insanların güzəranını günü-gündən acınacaqlı vəziyyətə salıb. Ölkəmizin demək olar ki, bütün su hövzələri hakimiyyətin əkin sahələrinə axıdılır. Nəinki kəndli əlində olan kiçik torpaqlarını sulamağa su tapmır, hətta, müxtəlif bölgələrimizdə insanlarımızın içməli su problemləri belə acınacaqlı hala gəlib çıxıb. Əvvəllər kənd sakinləri torpaq sahələrini ən çətin vəziyyətdə belə, növbəli şəkildə sulaya bilirdilərsə, bu gün oliqarxların sahələrinə axan sular üzərində söz demək haqqları yoxdur. Su istəyən insanların aqibəti Saatlıda olan kimi olur. Görünən odur ki, insanlarımızı çörəklə imtahan edib qazandılar, indi də həyat mənbəyi olan su ilə imtahan edib, tamamən yox etmək istəyirlər. Adam Yezid sözünü də dilinə gətirmək istəmir ki, onu da Yezid dediyi üçün İrana bağlayıb həbs edərlər. CAN AY VƏTƏN, CAN, AY BAŞINA VƏTƏN DASI DUSƏN VƏTƏNDAS! Elşən Əlisoy
Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yanvar-fevral aylarında büdcə kəsiri 2,58 trilyon rubl təşkil edib. Halbuki, illik büdcə kəsiri 2,92 trilyon rubl olaraq nəzərdə tutulmuşdu. İndi isə ilin ilk ayının büdcə kəsiri 2023-cü il üçün nəzərdə tutulmuş büdcə kəsiri həndəvərindədir. Qarşıda isə hələ on ay var. Sanksiya siyahılarına daxil edilən malların Türkiyə üzərindən Rusiyaya ixracının qarşısı alındığı kimi, Rusiyanın digər “nəfəslik”ləri də bağlanmalıdır. Rusiyanın sanksiyalardan yayınmasına yardım edən hər bir ölkəyə qarşı sanksiya tətbiq edilməlidir. Hazırda Rusiyanın valyuta gəlirləri sürətlə azalır və sanksiyaların pozulmasının qarşısının alınması bu prosesi dərinləşdirəcək. Qərbin üzərinə düşən vəzifə müharibənin Rusiyaya daha baha başa gəlməsini təmin etməkdir. Bunun üçün bütün Qərb ölkələri Norveç kimi hərəkət etməli, Ukraynanı müasir silahlarla silahlandırmalıdırlar. Rusiyaya silah yaradımı edən İran sərt şəkildə cəzalandırılmalı, bu ölkənin artelliriya mərmisi və raketlər istehsal edən zavodları dağıdılmalı, Çinin Rusiyaya yardım istəyinin qarşısı alınmalıdır. Əgər bundan sonra müharibənin bir günü Rusiyaya iki dəfə baha başa gəlsə, avqust-sentyabr ayında artıq terrorçu rejimin müharibəni davam etdirmək üçün mərmisi və pulu olmayacaq. Xəqani Cəfərli, politoloq
Bəxtiyar Hacıyev həbs edilən kimi ictimai simalar, siyasətçilər, fəallar onu müdafiə etməyə başladı. Həqiqəti sosial şəbəkələrdən öyrənən sadə adamlar da onlara qoşuldu. Elə bir vəziyyət yarandı ki, bir-iki istisnaları çıxmaq şərti ilə heç kim əks bir fikir deməyə cəsarət etmədi. Çünki virtual kütlə qızışıb onun kimi düşünməyən və bu fikirləri bölüşməyən adama ağzına-gözünə gələni deyəcək, ölülərini, dirilərini ağ yuyub qara sərəcəkdi. İctimai rəy liderləri psixoloji terrorçu, bolşevik zehniyyəti ilə heç nəyi mübahisələndirməyə imkan vermədən özlərini həqiqət elan etdi və bu həqiqətin adını da demokratiya qoydu. Mən isə baxdım, izlədim, mümkün qədər kənar qalmağa çalışdım. Yazdılar ki, Bəxtiyar zülm çəkir, niyə dinmirsən? Ən səmimi hesab etdiyim adamlar da məni qınadı ki, niyə Bəxtiyardan az-az paylaşım edirsən? Dedim, qardaşlar, etməyin, eləməyin. Valla, bu işin içində oyun var. Soruşdular ki, nə bilirsən? Dedim, hiss eləyirəm ki, bu müdafiədə rol ifa edənlər var, bir də küyə düşənlər. Nolsun ki, tərəkəmə balasıyam? Nolsun ki, siyasəti bilmirəm? Fəhmim var, duyumum var, iy bilmlə qabiliyyətim var. Əvəz Zeynallıdan söz düşəndə ortada heç bir fakt, sübut olmadan deyirsiniz ki, onun hökumətlə əlaqələri olub, həlləmqəlləm adamdır. Deyirsiniz ki, Əvəz bizim adam ola bilməz! Ancaq Bəxtiyar Hacıyevin Kəmaləddin Heydərovla əlaqələrini sübut edən səs yazıları yayılır, deyirsiniz ki, Bəxtiyar bizim adamdır. Belə çıxır ki, Kəmaləddin də sizin adamdır? Və yaxud, siz də Kəmaləddinin adamısınız? Belə çıxır ki, Kəmaləddinin bağlı olduğu yer də sizin adamdır? Axı burada oyun var, məni niyə gic yerinə qoymusunuz? Etiraf edirəm ki, toplumun reaksiyasından qorxub bildiklərimi yazmadım, susub qaldım. Elə orda-burda danışıb özümü sakitləşdirməklə kifayətləndim. Dedim, dəli ilə dəli olmayım. Ağılsızla mübahisəyə getməyim. Havayı yerə özümü də, yaradıcılığımı da belə boş-boş söhbətlərin içərisində xərcləyib bitirməyim. Əksinə, kültənin basqısından mən də məcbur qalıb az da olsa müdafiəyə qoşuldum, küyə düşənlərdən oldum. Dedilər, bəs niyə məhkəməsinə də getmirsən? Belə yazıçı olar? Bir qələmim var. Onun itirməyin qorxusundan məhkəməyə də getdim. Dedim, azadlıq! Dincəldilər? Yox! Bu səfər başladılar ki, azadlıq sözünü niyə yavaş deyirsən? Dedim, adam içəridən məktub yazır ki, məmurlarla islahata gedibmiş. Bu islahatların nəticəsində bir klana qoşulub o biri klanı vurmağa başlayıbmış. İllərin siyasətçiləri, naşirləri, fəalları, salam verdiyim adamlar qışqırdılar ki, sənə düşünmək olmaz, gözünü yum, ancaq azadlıq qışqır. Bəxtiyar aclıq etməyə başladı. Aclıq 50 gün çəkdi. Özümə də maraqlı gəlirdi ki, bir gün bazlıqsız dayana bilməyən adam 50 gün necə ac qalır? İstədim yazam ki, Bəxtiyar 50 gündür bazlıq eləmir. Ölməyə qoymayaq! Dedim, lənət şeytana! Onsuz da yavaş-yavaş cəmiyyətin özü deməyə başlayıb ki, bu qədər olmaz. Mən düşündükcə, kələfin ucunu axtarmağa çalışdıqca yoldaşlar deyirdi ki, sənə düşünmək olmaz, ancaq azadlıq qışqır, azadlıq bağır. Deyirəm, qardaş, valla, mən bilmirəm, amma fəhmimlə hiss eləyirəm ki, xalqa yalan danışıram. Gedib şəhid general Polad Həşimovun anasını işə qoşurlar. Anadır. Hamımızın anası var. Övlad itirib. Dedim, onun övlad acısından bu məsələdə kampaniya kimi istifadə eləmək olmaz! Xeyri olmadı. Söhbət Elman Nəsirov kimi əyilə-əyilə davam elədi. Sonra məlum yazışmalar üzə çıxdı və bəzi fəallar Bəxtiyarı söyməyə başladı, onu müdafiə etdiklərinə görə camaatdan üzr istədilər. İndi mən nə deyim? Deyim ki, düz eləmisiniz? Deyim ki, bilmirdiniz? Deyim ki, xəbəriniz yox idi? Axı bütün bunların hamısından lap əvvəlcədən xəbəriniz var idi. Mən bilirdimsə, illərin siyasətçiləri, illərin fəalları bunu bilməyə bilərdimi? Bəxtiyarın artıq hamımıza məlum olan zəif tərəflərini bilə-bilə onu müdafiə edirdilər. Niyə? Çünki həmin zəiflikləri səhər onun başına qaxmaq, özündən asılı vəziyyətə gətirmək lazım idi. Digər qism isə Bəxtiyarın beynəlxalq təşkilatlara, səfirliklərə verdiyi referanslara adını salmaq, imkanlarından istifadə etmək üçün onu müdafiə etməkdə israrlı idilər. Yadıma gəlir ki, mən milli dövlətçilikdən bircə cümlə yazdığıma görə Altay Göyüşov və onun kimilər üstümə dartınırdı ki, milli dövlətçilik Qərb dəyərlərinə ziddir. İndi Bəxtiyar Qərb dəyərlərini də, demokratiyanı da, müxalifətçiliyi də elə bir hala gətirib ki, Lukaşenko toplum üçün daha cəlbedici görünür. Son illər ictimai-siyasi həyatda Qərb dəyərlərinə Bəxtiyarın vurduğu zərbədən daha böyük zərbə vuran olubmu? Sual verirəm. Bəs Qərb təəssübkeşi idiniz. Niyə susmusunuz? Azərbaycan xalqının gözündə Corc Vaşinqtondan tutmuş Lüterə, Volterə, Con Loka qədər hamı bu dəqiqə Bəxtiyarın prinsipsizliyi ilə assosasiya olunur. Caspian Plaza və onun fövqəl gücü ictimai rəydə Qərbə elə bir qol vurdu ki, qapıçıların hamısı susmaq orucu tutub. Siz indi azad adamsınız? İsrarla müdafiə etdiyiniz adamın cəmiyyətə məlum olmayan tərəfləri üzə çıxandan sonra niyə bu barədə nəsə demirsiniz? Bəs sabah başqa bir adamı müdafiə edəndə insanlar sizi necə ciddiyə alacaq? Axı biz də bu ölkədə yaşayırıq və həqiqətən azad adamların hansı məhrumiyyətlər içərisində yaşadığını hamımız yaxşı bilirik. Heç kimi ittiham etməyəcəm. Sadəcə, sual verirəm. Siz doğrudanmı müdafiə etdiyiniz şəxsin idealist olmadığını bilmirdiniz? Müdafiədə israrlı görünənlər bilmirdilər ki, qadın Bəxtiyar üçün əşya ilə müqayisə olunacaq səviyyədə aşağılıq bir məxluqdur? Bəxtiyarın məmurlarla dost olduğunu, məmurlarla oturub-durduğu, klan savaşına girdiyini doğrudanmı bilmirdiniz? Axı bu barədə özü həbsxanadan ictimaiyyətə ünvanladığı məktubunda da yazmışdı. Müsavat TV-nin canlı yayımına zəng edib korropsioner qohumu Vilyam Hacıyevin üstündə Sevinc Telmanqızı ilə dil-dil ötdüyünü də görməmişdiniz? Bu sualları elə-belə vermirəm. Çünki Bəxtiyar məsələsi ilə toplumun bütün problemləri üzə çıxdı. Çünki qırmızı-qırmızı bir-birinin üzünə yalan danışıb, üzdə guya müttəfiq olan, ancaq bir-birinin arxasınca ən iyrənc sözlər danışan adamlar hələ də siyasətdədirlər. Sonra da deyirlər ki, xalq qorxub bizi dəstəkləmir. Xalq qorxmur. Xalq tanıyır. Ona görə də inanmır. Bəs bu saxta mütəşəkkilliyi nəyə borcluyuq? Hansı stimul adamları Bəxtiyarla bağlı realda bir cür, virtualda başqa cür danışdıra bilər? Və ya hansı maraq insanı fərdi söhbətlərdə Bəxtiyarın əleyhinə, ictimai söhbətlərdə lehinə danışdıra bilər? Sual verə bilərsiniz ki, Kəramət, bəs sən niyə demirdin? Bütün bunları mən bir ay əvvəl desəydim, axı məni Hafiz Hacıyev çıxaracaqdınız. Axı deyəcəkdiniz ki, Kəramət hökumətə satılıb, mənə trol deyəcəkdiniz, ölümü-dirimi qoymayacaqdınız. Azərbaycan xalqının bir az tanımış sadə nümayəndəsi olaraq sizdən qorxub demirdim. Etiraf edirəm ki, bu çevrələr məni də psixoloji əsarətlərinə salıblar. Hərdən elə hala gəlirəm ki, profilimi yerli-dibli silib kəndimizə getmək istəyirəm. Valla, belə olmaz! Ən əvvəl söyüşü, təhqiri yığışdırmaq lazımdır. Müzakirə mədəniyyəti yaratmaq lazımdır. Onda hamının hər şeydən xəbəri olacaq, heç kim aldanmayacaq, heç kim qurban olmayacaq. Məhz belə olduğumuz üçün Bəxtiyarlar bizi dolaya biləcəklərinə əmindirlər. Hakimiyyətlə mübarizə aparmaq heç bir məsuliyyət daşımadan ağlına gələni etməyə haqq qazandıra bilməz. Yaxud, hökuməti sərt şəkildə tənqid edirsən deyə sənə demokrat demək məcburiyyətində deyilik. Bu zehniyyətdə olan adamlar təəssüf ki, hələ də var. Əgər hakimiyyətlə mübarizə aparırsansa, başa düşməlisən ki, onun əlində resurs var, gücü var, texnologiyası var, topu var, topxanası var. Sənin isə heç olmasa vicdanın, əxlaqın, dürüstlüyün olmalıdır, ya yox? Bu da yoxdursa, bəs ortalıqda nə gəzirsən? İnsanların niyə vaxtını alırsan, niyə aldadırsan, bütün ölkəni niyə sənlə məşğul olmağa vadar edirsən? O yazışmaları mən də bilirəm ki, hakimiyyət üzə çıxardı. Çıxarmsaydı, xəbərsiz olsaydıq, Bəxtiyar zehniyyəti hakimiyyətə gəlsəydi, bu gün hökumətin təqib etdiyi siyasi partiyaların qapısını qayırmazdımı? Həqiqəti eşitmək istəməyən toplumun qarşısında vicdanlı insanlar həmişə susacaq. O insanları isə təkcə hakimiyyət yox, həm də xalqın senzurası qismində çıxış edənlər susdurub. Toplumu elə bir hala gətirmisiniz ki, insanlar acı həqiqətləri özünün vicdanlı adamlarının dilindən eşidəndə onu satqın çıxarır, hakimiyyətin yaratdığı teleqram kanalında görəndə isə mat qalır. İndi gəlin düşünək. Vicdanlı insanlarını psixoloji qorxu altında saxlayan çevrə, siyasətçilər, ictimai simalar, fəallar bu addımları ilə əslində, hakimiyyətin informasiyasını legitimləşdirməklə məşğul olmurmu? Yəni niyə imkan vermirsiniz ki, hamı haqqında real, həqiqi informasiyanı vaxtı gələndə açılan teleqram kanalı yox, bəri başdan, məsələn, mən deyim? İndi əsas məsələyə, yəni bu sifətlərin vicdanlı insanları susdurmaq əzmi, özlərinin yaratdığı çevrəni əllərində saxlayıb qaralama vasitəsi kimi istifadə etmək imkanlarına gələk. Onların bunu etmək üçün gücü nədədir? Niyə geydirmə ictimai fəallar, siyasətçilər, jurnalistlər ölkə siyasətini məişət söhbətlərinə, vitrual seks müzakirəsinə, küçə səviyyəsinə endirə bilib? Çünki bunların əlində referans vermək, siyahı təqdim etmək, Azərbaycanda guya real və irreal ictimai-siyasi fəalları müəyyən etmək hüququ var. Bu hüququ onlara kim verib, bilmirəm. Amma səfirliklərin, beynəxlaq təşkilatların Azərbaycanla bağlı bütün diqqətini, hadisələrin gedişini və kimlərin ciddi olub-olmadığını, kimlərlə partnyorluq etmələrini, hətta kimlərə salam vermələrini belə bu adamlar - Bəxtiyarlar müəyyənləşdirir. Ona görə də əgər xaricə getmək, xaricdə oxumaq istəyən bir qız varsa, onların bir qismi mütləq Bəxtiyarın əlindən keçməlidir. Bəxtiyar ümumiləşmiş addır. Əslində, bunların çoxu belədir. Ona görə də bunların özünün trol dəstəsi, bütün əxlaqsızlıqlarına, riyakarlıqlarına, ikiüzlülüklərinə heç vaxt sorğulamadan itaət edəcək adamları var. Başıboş adamın məqsədi nə olar? Guya siyasi fəal, təqibə məruz qalmış jurnalist olub xaricə getmək! Bu əlçatmaz xəyalı gerçəkləşdirməyin yolu da Bəxtiyarların sosial şəbəkələrdəki istənilən cür həqiqəti deyəcək adamlara psixoloji terror tətbiq etmələridir. Bu cür adamların oyuncağına çevrilən Qərb intitutlarına vicdanlı insanların səsi, mənim əlim çatmır, amma Bəxtiyarın şeyi də çatır. O Qərb institutları demokratiya, insan haqları, bərabər rəqabətlilik bir tərəfə, təmsil etdiyi ölkələrin öz xalqlarının vergisini Bəxtiyarların bazlığına sərf edirlər. Buna görə də Qərbin Azərbaycanda nüfuzu yerlə birdir. Bəxtiyar hardan cəsarət alıb? Sizcə, bütün bu əməlləri törədən, xalqa qırmızı-qırmızı yalan danışan, klanlararası oyunda rol alan, İlham Əliyevi tənqid edib İTV-yə çıxan, qız, gəlin, siyasi fəal, aktivist, yaxın və uzaq ətraf qoymayan, telefonunda şəkil, yazışma, skrin toplayan və üstəlik də ifşa olunmaqdan qorxmayıb ölkənin Daxili İşlər Nazirliyinə ağzına-gözünə görünəni demək cəsarətini hardan almaq olar? Demokratik ölkədə yaşayırıq? Qida, stimul, təkan olmadan bunu etmək mümkündür? O zaman növbəti sual ortaya çıxır? Məqsəd nə idi? Hamı yaxşı bilir ki, Bəxtiyar litseydə oxuyub. Seçilən tələbə olub. O vaxtkı litseylərin də böyük şəbəkəsi var idi. Buraxılan nöqtə isə budur ki, Bəxtiyarın mənsub olduğu məlum şəbəkə seks kompramatlar, materiallar toplamaqla məşhur olan bir çevrədir. Və həmin çevrə həm də bu üsullardan istifadə edib Türkiyədə dövlət çevrilişinə cəhd etmişdi. Mən Bəxtiyara azadlıq arzulayıram. Amma əvvəlcə onu tanımadan inanan sadə insanlardan, Azərbaycan xalqından üzr istəsin. Və azadlığa çıxmağını gözləmədən ömründə heç olmasa bir dəfə səmimi olub etdiyi hərəkətlərdən peşiman olduğunu göstərib ictimai-siyasi həyatdan birdəfəlik getsin. Bundan sonra Bəxtiyarın Azərbaycan xalqı qarşısında göstərə biləcəyi yeganə xidmət budur: Xalqı aldadanların ictimai-siyasi həyatdan getmək ənənəsini başlamaq! Amma bütün bu baş verənlərə baxmayaraq Bəxtiyar Hacıyevi müdafiə etməkdə israrlı olanların komanda işi, müətəşşəkkiliyi göstərir ki, Bəxtiyarın da, onların da cəmiyyətdən üzr istəmək deyə bir niyyətləri yoxdur. Kəramət Böyükçöl
Gürcüstan hakimiyyəti geri çəkildi: etirazlara səbəb olan layihə geri çağırıldı Tbilisidəki kütləvi etirazlar fonunda hakim “Gürcü Arzusu” partiyası xarici təsirin şəffaflığı haqqında qanun layihəsini Gürcüstan parlamentindən geri götürmək qərarına gəlib. Bu barədə siyasi birliyin cümə axşamı dərc olunmuş bəyanatında deyilir. “Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb etməyə nail olublar. Biz ölkəmizdə sülhə, əmin-amanlığa və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsinə ən çox diqqət yetirməliyik. Ona görə də hər bir həmvətənimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün qeyd olunanları nəzərə alaraq, cəmiyyətin hər bir üzvü qarşısında məsul orqan olaraq, dəstəklədiyimiz qanun layihəsini heç bir qeyd-şərtsiz geri götürmək qərarına gəldik. Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı bütün həqiqətləri geniş ictimaiyyətə çatdıracağıq. Biz idarəedici qüvvə olaraq cəmiyyətin hər bir üzvü qarşısında daşıdığımız xüsusi məsuliyyətlə hərəkət edirik. Gürcüstan sülh və sabitliyi qoruyacaq və gürcü cəmiyyətinin əsas seçimi olan Avropaya doğru layiqincə irəliləyəcək”, – deyə, partiyanın saytında yerləşdirilən bəyanatda vurğulanır. Mustafa Hacıbəyli
Gürcüstanda baş verənlər birmənalı deyil, hətta region üçün təhlükələr də var, çünki regionda qeyri-sabit Gürcüstan Rusiya üçün asan loxmaya dönə bilər. Etiraza səbəb olan "inoagent" haqqında qanun ABŞ-da qəbul edilmiş qanunla birə-bir eynidir. Amma bu o demək deyil ki, qanun normal qanundur, ABŞ-da çox güclü məhkəmə hakimiyyəti, Ştatların öz qanunları var, yəni, ABŞ-da işləyən qanun zəif institurları olan ölkədə normal işləməsi mümkün deyil - zatən, Kreml də "inoaqent" haqqında absurd qanunu qəbul edəndə ağıllı sifət alıb ABŞ-a istinad edirdi. Tiflisdəki məlumatlı siyasi, ictimai çevrələrdə olan tanışlarımdan öyrəndiyim odur ki, indiki hökumət bu qanunu daha çox Rusiya təsirinə görə qəbul etdiyini iddia edir - Kreml "yumşaq gücdən" ən çox Tiflisdə iştifadə edir, orada böyük biznes layihələri, banklar, maliyyələşdirdiyi siyasi partiyalar, KİV-lər, QHT-lər var. Amma hökumət bunu izah edə bilmir, çünki inandırıcı hekayəsi zəifdir, İvanaşvilinin Rusiyadan asılılığı fikri cəmiyyətdə çox geniş yayılıb və xalqın bir qismi, əsas da gənclər indiki hökuməti sevmirlər, amma elə həmin gənclər, yeni nəsl Saakaşvilini də qəbul etmir. Gürcüstanın bu günü və gələcəyi Azərbaycanla çox bağlıdır, bir-birimizdən çox asılıyıq, bir-birimizi tamamlayırıq, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim Qərbə açılan qapımız, Azərbaycan isə Gürcüstanın enerji və maliyyə mənbəyidir. Qonşu ölkədə siyasi sabit (yəni, xalqın böyük əksəriyyətinin qəbul etdiyi), demokratik bir sistemin bərqərar olması, institutlaşması bizim üçün də çox vacibdir. Bizdə bəziləri dünyanın harasında olur-olsun küçədə 5-10 min adam görəndə "siyasi orqazm" yaşayayırlar, onlara məsləhətim odur ki, hər bir hadisəyə daha dərindən baxmağı öyərənsilər, bölgəmizə gələcək təsirlərini analiz etməyə çalışsınlar... Natiq Cəfərli, politoloq Sozcu.az
Cengiz Çandarın tv24.com-da 8 martda yazdığı “Türkiye baharı” başlıqlı yazısında “Hak, Hukuk, Adalet” şüarı yer alıb. Türkiyənin qocaman qələm sahiblərindən və siyasəti çox yaxşı bilən azsaylı şəxslərdən bir olan Cengiz Çandar bəy çox gözəl bilir ki, hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir yerdə bahar ola bilməz. Xristian dünyasının bu günki inkişaf səviyyəsinə görə minətdar olmalı olduğu şəxslərdən biri, Avqustin Avreli hələ 16 əsr öncə, V əsrdə yazırdı ki, “Hüquq və ədalət olmayan bir dövlət böyük bir quldur dəstəsindən başqa bir şey deyil”. Türkiyə başda olmaqla bizim çoğrafiyanın hüquqa və ədalətə ehtiyacı var. Hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir çoğrafiyada sülh və rifah ola bilməz. Qəbiristanlıq sükutu ola bilər, amma sülh olmaz. Zənginlik ola bilər, amma rifah olmaz. Cənubi Qafqazdan Şimali Afrikaya kimi uzanan Böyük Yaxın Şərqdə sülhün və rifahın yaranması, azadlıqların bərqərar olması Türkiyədə avtoritarizmə qarşı başlayan demokratiya mübarizəsinin nəticəsindən çox asılıdır. Prezident seçkilərində Ərdoğana qalib gəlmək olar. Amma bu demokratiyanın dərhal bərqərar olacağı anlamına gəlmir. Seçki demokratikləşmə üçün yalnız başlanğac ola bilər. Gəncliyi İsmət Paşanın, bütün şüurlu ömrü Türkiyə siyasətində keçmiş Altan Öymən son müsahibəsində HDP faktouna diqqət çəkərək xəbərdarlıq edir ki, HDP-ni yox sayaraq xoşbəxt sonluğa çatmaq olmaz. Türkiyə Böyük Millət Məclisində üçüncü böyük partiya olan HDP-nin siyasi proseslərdən kənarlaşdırılması bundan sonra daha ağır nəticələr verə bilər. Türkiyədə “Hak, Hukuk, Adalet”-in qələbəsi İranda “Azadlıq, Ədalət, Milli hökumət”in yolunu açacaqdır. Gerçək Türkiyə baharı yalançı Ərəb baharından fərqli olaraq Böyük Yaxın Şərqdə yeni mərhələnin başlanğacı ola bilər. Xəqani Cəfərli, politoloq
Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq. Rusiyanın ən yaxın müttəfiqlərinin belə ondan uzaqlaşmağa meylləndiyi, Gürcüstanın milli ideyasına çevrilmiş, eyni zamanda konstitusion bir tələb olan avrointeqrasiyanın heç vaxt olmadığı qədər üfüqdə göründüyü bir mərhələdə Moskvaya yanaşaraq bu prosesi baltalamağa çalışmaq absurdizmin zirvəsidir. Üç aqressiv gənci (Qaribaşvili-Kobaxidze-Kaladze) səhnəyə çıxarıb, pərdə arxasından onları yönləndirən qoca oliqarxın hansı güc mərkəzinə güvəndiyi sirr deyil – rus qoşunları Tiflisdən cəmi 100 km aralıda dayanıb. Lakin bu, çox riskli oyundur. Hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır. Müxalifət cəbhəsində dağınıqlığın hökm sürməsinə baxmayaraq, xalqın mütləq əksəriyyəti, xüsusən gənclik avroatlantik inteqrasiya milli ideyasına bağlıdır və ölkədə Kreml himayəsində sərt avtokratik rejim qurulmasına razı olmayacaqlar. Yeni Georgiyevsk traktatı mümkün deyil. Ölkədə rusca bir kəlmə də bilməyən gənclik yetişib. İvanişvili artıq Gürcüstanın keçmişidir. Saakaşvili də o cümlədən... Şahin Cəfərli, politoloq