Sahib Məmmədov yeni stansiyanın tikiləcəyindən danışdı: “Pul silməyə yer tapmırlar, deyəsən?”

Bir xəbər oxudum və dəhşətə gəldim. "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək. Bu, sadəcə ağılsızlıqdır.

Sozcu.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

O xatırladıb ki, 28 May-Nizamı xətti kesson üsulu ilə tikilib: “Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib”.

S.Məmmədovun sözlərinə görə, həmin ərazi yeraltı suların aktiv zonsıdır: “Yeni layihə son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”pravda)

Share on Facebook