Bu məşhurlar YAP siyahısından çıxarıldı

Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibbəylinin namizədliyi irəli sürülməyib. Bundan başqa Səttar Möhbalıyev və VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyib. Musa Quliyev hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adının namizədlər siyahısında olmadığını bildirib.

COP29: Azərbaycanda toy-nişan qadağan edilir?

Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb. Tədbirlə əlaqədar Bakıda bəzi məhdudlaşdırıcı addımların atılacağı da açıqlanıb. Məhdudlaşdırıcı tədbirlər çərçivəsində bəzi ərazilərdə distant təhsilə keçiləcəyi, o cümlədən təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı, hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq edildiyi bildirilir. Sozcu.az xəbər verir ki, mövzu ilə əlaqədar “Qaynarinfo” Bakıda fəaliyyət göstərən şadlıq evlərinə sorğu ünvanlayıb. Nizami rayonundakı şadlıq saraylarından birinin nümayəndəsi COP29 ərəfəsində şənlik mərasimləri ilə bağlı məhdudiyyətlər qoyulduğunu təsdiqləyib: “Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”. Babək prospektində yerləşən şadlıq evlərindən birinin əməkdaşı da həmin tarixə sifariş qəbul edilmədiyini deyib: “Bir neçə günə bizə məlumat verəcəklər. Bu səbəbdən də sifarişi dayandırmışıq”. Binəqədi rayonundakı şadlıq evinin nümayəndəsi isə hələlik məsələ ilə bağlı onlara hər hansı bir məlumatın verilmədiyini diqqətə çatdırıb: “Şayiəni camaat yayır. COP29-un toya nə aidiyyəti? Tədbirlər ayrı-ayrı məkanlarda baş tutacaq. Belə məlumatları yayıb camaatın toyunu ləngidirlər”. Nəsimi rayonun da şadlıq evlərindən birinin nümayəndəsi vurğulayıb ki, hər hansı xəbərdarlıq almadıqları üçün həmin tarixə sifariş götürürlər.

Xaricdən 442 manata gətirilən kondisionerlər mağazalarda 982 manata satılır

Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 143 min 353 ədəd kondisioner idxal olunub. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kondisioner idxalı 61% artıb. Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayında ölkəyə 89 min 15 ədəd kondisioner gətirilib. Ölkəyə gətirilən kondisionerlərin sayı artsa da, onların gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) aşağı düşüb. Belə ki, 2023-cü ilin ilk 5 ayında idxal olunan bir ədəd kondisionerin orta gömrük dəyəri 487 manat (286,5 dollar) olubsa, bu ilin ilk 5 ayında bu məbləğ 442 manat (260 dollar) olub. Məlumat üçün bildirək ki, xaricdən gətirilən kondisionerlər pərakəndə ticarət müəssisələrində gömrük dəyərindən 2 dəfədən çox baha satılır. Bu ilin iyun ayında mağazalarda satılan kondisionerlərin bir ədədinin orta qiyməti 982 manat olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə kondisionerin bir ədədinin orta satış qiyməti 965 manat olub.

Ermənistanda zəlzələ: Azərbaycanda hiss edildi

Ermənistanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub. Ermənistan Daxil İşlər Nazirliyinin Xilasetmə Xidmətindən isə bildirilib ki, Qacaran şəhərindən 14 km şimalda baş verən zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib. Yeraltı təkanla Aqarak, Mehri, Qacaran və Qafan şəhərlərində hiss olunub.

Trampa atəş açan şəxs təkbaşına hərəkət edib - Bivens

Donald Trampa sui-qəsd cəhdini araşdıran hüquq-mühafizə orqanları cinayətkarın təkbaşına hərəkət etdiyini düşünür. Sozcu.az xəbər verir ki, bunu Pensilvaniya polisinin rəsmisi Corc Bivens deyib. “Hazırda əlavə təhlükələrin olduğuna inanmaq üçün heç bir əsas yoxdur”, - Bivens bildirib.

Dünya əhalisinin sayı bu tarixdə pik həddə çatacaq - BMT

Yaxın 60 ildə dünya əhalisinin sayı artmaqda davam edəcək və 2080-ci illərin ortalarına qədər 10,3 milyarda çatacaq. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti məlumat yayıb. “Dünya əhalisinin hələ 50-60 il artmağa davam edəcəyi və bu rəqəmin 2080-ci illərin ortalarında təxminən 80 milyarda çatacağı gözlənilir. Əhalinin sayının pik həddə çatdıqdan sonra əsrin sonuna qədər tədricən 10,2 milyard nəfərə qədər azalmağa başlayacağı proqnozlaşdırılır”, - təşkilatın hesabatında qeyd olunub. 2024-cü ilin məlumatına görə, Yer kürəsində 8,2 milyard insan yaşayır.

Rusiyanın itkiləri 558 minə yaxınlaşır

Ukrayna müharibənin 871-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 557 770 hərbçi, 8 199 ədəd tank, 15 779 ədəd zirehli döyüş maşını, 15 216 ədəd artilleriya sistemi, 1 119 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 889 hava hücumundan müdafiə sistemi, 361 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 461 ədəd avtomobil texnikası, 12 069 ədəd PUA, 2 397 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 556 xüsusi avadanlıq itirib.

TIR aşaraq iki mikroavtobusa çırpıldı: 9 yaralı var

Hacıqabulda zəncirvari yol qəzasında 9 nəfər xəsarət alıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, rayonun Qarasu kəndi ərazisində baş verən yol qəzası zamanı hərəkətdə ola TIR yük maşını aşaraq iki mikroavtobusa çırpılıb. Qəza nəticəsində Türkiyə vətandaşları, 1980-ci il təvəllüdlü Verdiyeva Cəmilə, 2014-cü il təvəllüdlü Saraçoğlu Ezgisu, 1999-cu il təvəllüdlü Süzen Elis, 1995-ci il təvəllüdlü Arpslan Ferhad, Bakı şəhər sakinləri, 2007-ci il təvəllüdlü Hüseynov Həsən Nurəddin oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Mətanət Muradil qızı, Gəncə şəhər sakinləri, 2006-cı il təvəllüdlü Verdiyeva Cəmilə Vüqar qızı, 1957-ci il təvəllüdlü Qurbanova Fərəncam Adil qızı və Verdiyev Hüseyn Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Türk vətəndaşları xəstəxanaya yerləşdirilib. Qalanları ambulator müalicəyə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Paşinyanın sentyabr-oktyabr aylarında “ciddi, kəskin addımlar atacağı” bəlli oldu....

Nikol Paşinyan  Ermənistan parlamentinin növbədənkənar sessiyası başlamazdan əvvəl hakim “Vətəndaş sazişi” partiyasının yaxın çevrəsini toplayaraq sentyabr-oktyabr aylarında ciddi, kəskin addımlar atacağını, onların konkret nədən bəhs etdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, “İravunk” qəzeti bu haqda rəsmi dairələrdəki mənbələrinə istinadla yazır.   “...Mənbələrimiz iddia edir ki, Paşinyanın həmin vaxt ərzində KTMT-dən çıxmaq qərarı verməsi də istisna deyil. Bu kontekstdə baş nazir bəyan edib ki, indi onun bir sıra parlamentdənkənar qüvvələrlə geniş konsolidasiyaya ehtiyacı var: “Danışın, inandırın, onları bizim dairəyə gətirin””  Erməni nəşrinin yazdığına görə, Paşinyan öz etibarlı ətrafına verdiyi göstəriş təxminən belə olub. “O, hər kəsin ictimai müsahibələrini izlədiyini və komandanın vahid iş tərzindən razı qaldığını söyləyib” – Ermənistan qəzeti belə yazır.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 867-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 553 410 hərbçi, 8 178 ədəd tank, 15 704 ədəd zirehli döyüş maşını, 15 015 ədəd artilleriya sistemi, 1 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 880 hava hücumundan müdafiə sistemi, 361 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 212 ədəd avtomobil texnikası, 11 922 ədəd PUA, 2 389 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 516 xüsusi avadanlıq itirib.

Xəstəlik təhlükəsi: "Ölkəyə gələn bütün geyimlər yoxlanılmalıdır"

“İkici əl geyimlərin insan sağlamlığı üçün ziyanı olub-olmaması məsələsi həmin geyimin kim tərəfindən istifadə olunmasından daha çox onun tərkibi ilə bağlıdır. Çox təəssüf ki, bu gün üçüncü ölkələrdən Azərbaycana bu cür geyimlər daxil olur. Onların bəzilərində istifadə olunan tekstil materialları isə orqanizm üçün ziyanlıdır”. Bunu Bakupost.az -a açıqlamasında professor Adil Qeybulla deyib. O, birinci və ikinci əl geyimlər olmasından asılı olmayaraq, ölkəyə daxil olan geyim və ayaqqabıların hamısının yoxlanmasının vacib olduğunu bildirib: “Bunların nə dərəcədə radiaktivliyi, ziyanı var, bu, yoxlanmalıdır. İkinci əl geyimlərin yuyulması, kimyəvi təmizləmə mərkəzlərində təmizlənib istifadə olunması daha yaxşı olardı. Ümumiyyətlə, bəzi məhsullar var, yaxşı olar ki, onlar alınandan sonra yuyulub geyilsin”. Qeyd edək ki, ölkəmizə əsasən, Hollandiyadan gətirilən ikinci əl geyimlərin gigiyenik baxımdan təhlükəli olduğu haqqında xəbərlər yayılır. Buna baxmayaraq, ikinci əl geyimlərə təlabat hər il artmaqdadır.

Bakı həbsxanasında ölən məhkumların sayı 17-yə çatdı

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Fərmayıl Verdiyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 17-ci ölüm hadisəsidir.