Sabirabadda dəhşət - Oğul anasını döyərək öldürdü

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb. Sozcu.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb. İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu tərəfindən döyülüb. Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir. Faktla bağlı araşdırma aparılır.modern)

Azərbaycanda güclü zəlzələ oldu

İsmayıllıda zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Kansler: Almaniya "Patriot"ları alıb, Ukraynaya göndərməyə hazırdır

Almaniya ABŞ-dan “Patriot” sistemlərini alaraq Ukraynaya göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Mertz Romada keçirilən Ukraynaya dəstək konfransında deyib. Mertz ötən həftə ABŞ Prezidenti Donald Trampla bu barədə danışdığını, lakin qəti qərar verilmədiyini bildirib.

Artur Sərkisyan həbs edildi

Ermənistanda “Hayastan” fraksiyasının deputatı Artur Sərkisyan həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bundan öncə prokurorluğun müraciəti ilə A.Sərkisyanın deputat toxunulmazlığı ləğv edilmişdi.

Putinin bu gün işdən çıxardığı nazir özünü öldürdü

Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İlkin məlumata görə, o, mənzilində intihar edib. “Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb. “Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər. Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin qubernatoru olarkən onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib. Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.

ABŞ-da təbii fəlakətdə ölənlərin sayı artdı

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ən azı 82 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, qurbanların sayı artmağa davam edir.

Mask "Amerika"nın qeydiyyatı üçün müraciət etdi

Milyarder İlon Mask ABŞ-ın Federal Seçki Komissiyasına Amerika siyasi partiyasını qeydiyyatdan keçirmək üçün ərizə verib. Sozcu.az xəbər verir ki, müvafiq sənəd agentliyin portalında yerləşdirilib. Məlumata görə, partiya Amerika (America Party, AMEP) Partiyası adlanacaq. Ərizə iyulun 6-da təqdim olunub. Qeyd edək ki, iyulun 5-də Mask siyasi partiya yaradacağını bəyan edib.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1229-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 026 440 hərbçi, 10 992 ədəd tank, 22 956 ədəd zirehli döyüş maşını, 29 960 ədəd artilleriya sistemi, 1 430 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 192 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 54 252 ədəd avtomobil texnikası, 43 825 ədəd PUA, 3 439 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 925 xüsusi avadanlıq itirib.

Trampdan HƏMAS-a cavab: Bu tarixdə...

HƏMAS-la atəşkəs danışıqları gələn həftə başlaya bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Qeyd edək ki, HƏMAS daha əvvəl Qəzza sektoru ilə bağlı danışıqlara dərhal başlamağa hazır olduğunu açıqlayıb.

Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatdı: ölən var

13:07 Türkiyənin Antalya vilayətinin Muradpaşa rayonunda yaşayış binaları yaxınlığında meşə yanğınları başlayıb. Sozcu.az xəbər verir ki, bu gün yerli vaxtla saat 10:30 başlayan yanğına havadan və qurudan müdaxilə edilir. Məlumata görə, yanğının yaşayış binalarına keçmə təhlükəsi olduğu üçün kütləvi ixtişaşlara müdaxilə maşınından da istifadə edilir. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. *** Türkiyədə meşə yanğınları davam edir. 2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir. Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb. Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb. İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay “Çeşmədə güclü külək səbəbiylə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq” deyib. Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb. *** İzmirin Ödemiş bölgəsində bəzi evlərə keçən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb. Yanğınsöndürmə əməkdaşları yanan evlərdə araşdırma apararkən köməksiz vəziyyətdə qalıb, dünyasını dəyişən 80 yaşlı yataq xəstəsi olan İbrahim Ərkanın cəsədini tapıb.

Yekaterinburqda həbs edilən azərbaycanlılar apellyasiya şikayəti verdi

Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Ayaz Səfərov və Şahid Lalayev onların barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti veriblər. Sozcu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmyerlilərimiz onlar barəsində birinci instansiya məhkəməsinin çıxardığı 22 günlük həbs qətiimkan tədbirinin ləğv olunması üçün apelyasiya şikayəti ediblər. Qeyd edək ki, Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ayaz, Akif, Məzahir, Kamal və Ba kir Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abasovun barəsində həbs qətimkan tədbiri seçib. Akif Səfərov da həbs qərarından apellyasiya şikayəti verib. Səfərov və Lalayevlə bağlı vəkillərdən müraciətlər daxil olub. Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI

Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 17 ysşlı M.Z yaşadığı binanın 14-cü mərtəbəsindən yıxılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.