Göranboyda öldürülən ana və qızının FOTOSU

Xəbər verdiyimiz kimi, Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində iki qadın - 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızı bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən Lalə İsmayılovanın 15 yaşlı S.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib. Bakupost.az qətlə yetirilən ana və qızının fotosunu təqdim edir.

Rusiyada təyyarə qəzası: Axtarışlar başladı

Amur vilayətində baş verən təyyarə qəzasından sonra "Anqara" aviaşirkətində axtarışlara başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat yayıb. O bildirib ki, müstəntiqlər qəzanın baş verdiyi ərazidə işləyir, hava nəqliyyatı təşkilatlarında axtarış və sənədlərin müsadirəsini həyata keçirirlər. Qeyd edək ki, bu gün An-24 təyyarəsinin qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfər – 43 sərnişin, 6 heyət üzvünün hamısı həlak olub.

Rusiyada qəzaya uğrayan təyyarədəki 49 nəfərin hamısı ölüb – Yenilənib

Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsi zərbə zamanı yanıb və təyyarəsinin bütün sərnişinləri, həmçinin ekipaj üzvləri həlak olub. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yanan təyyarənin qalıqları “Mi-8” helikopterinin ekipajı tərəfindən Tında şəhərindən 16 km aralıda, Kuvıqta kəndi istiqamətində, dağın yamacında aşkar edilib. Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib. ***10:56  Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğradığı yer tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. “Axtarış tədbirləri zamanı Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8 helikopteri yanan təyyarənin gövdəsini aşkar edib. Xilasedicilər hadisə yerinə getməyə davam edir”, - məlumatda deyilir. ***10:25 Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqə kəsilib. Sozcu.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, “Anqara” aviaşirkətinin “An-24” təyyarəsi Tında hava limanından bir neçə kilometr aralıda radardan itib. Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 ekipaj üzvü var. “Blaqoveşenskdən Tındaya uçan “An-24” sərnişin təyyarəsi bu gün radarlardan itib. İlkin məlumatlara görə, göyərtədə 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü olub. Təyyarənin axtarışı üçün bütün lazımi qüvvə və vasitələr cəlb olunub”, - qubernator “Telegram” kanalında yazıb. Rusiya Fövqəladə Hallar Nazirliyi də Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiqləyib. Təyyarənin axtarışı üçün xilasedicilər göndərilib. Pilotlar havada problem olduğuna dair heç bir siqnal verməyiblər.

Dövlət xadimləri adından növbəti saxta açıqlamalar

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb. Bu barədə Sozcu.az-a MEDİA-dan məlumat verilib. Qeyd olunub ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Yanğını söndürmək üçün olan su sakinlərə 30 manata satılır

Bakının Suraxanı rayonunda yanğın söndürmək üçün nəzərdə tutulan suyun sakinlərə satıldığı iddia olunur. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə müzakirə mövzusu olub. İddiaya görə, su maşını yaşayış binasının yaxınlığında təhlükəsizlik məqsədilə quraşdırılmış yanğınsöndürmə şəbəkəsindən su götürür və həmin suyu ehtiyacı olan sakinlərə 30 manat müqabilində satır. Buna səbəb isə əraziyə uzun müddətdir, içməli suyun verilməməsi göstərilir.

Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi

Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasından İrana hava hücumu edildiyini qəbul etmir. Sozcu.az axar.az-a istinadla xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin deyib. “Prezident Məsud Pezeşkianın Təbrizə son səfəri zamanı onunla görüşümdə ölkənin şimal-qərbinin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğuladım. Azərbaycan Respublikasından hücumların qeyri-rəsmi sübutlarına baxmayaraq, prezident bunu qəbul etmədi”, - millət vəkili bildirib. Əlirza vurğulayıb ki, Pezeşkian qarşısında Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Kürdüstan əyalətlərində müdafiə infrastrukturunun gücləndirilməsi barədə məsələ qaldırıb. Qeyd edək ki, Əlirza Novinin keçirdiyi bu mətbuat konfransı və Azərbaycandan İrana hücumlar barədə cəfəng iddialarından bir gün sonra Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin iclası baş tutub və Əlirza Novin Nümyəndələr Məclisinin sədrliyindən çıxarılaraq onun yerinə Əhər və Heris şəhərlərinin millət vəkili Beytullah Abdullahi seçilib. Xatırladaq ki, 12 günlük müharibə zamanı guya İsrail PUA-larının Azərbaycandan qalxaraq, İrana zərbə endirməsi haqda bəzi iranlı ekspertlərin səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim edilməyib. Azərbaycan isə bu cəfəng iddiaları tamamilə rədd edib və Azərbaycan ərazisinin 3-cü ölkələrə qarşı heç vaxt istifadə edilmədiyini və edilməyəcəyini bir daha bəyan edib.

Bakıdakı ermənilər yenidən məhkəmədə

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Füzulidə qadın kanalda batdı

Füzulidə qadın kanalda batıb. Sozcu.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 1977-ci il təvəllüdlü Leyla İbişovanın Baş Mil su kanalında batdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

NATO "Patriot"ları mümkün qədər tez Ukraynaya çatdıracaq - Komandan

Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tezliklə yerləşdirilməsi üçün hazırlıqlar gedir. Sozcu.az xəbər verir ki, bunu NATO-nun baş komandanı Aleks Qrinkeviç bu gün "Reuters"ə bildirib. Almaniyanın Visbaden şəhərində keçirilən konfransda o, "Patriot"ların mümkün qədər tez Ukraynaya çatdırılmasına çalışdıqlarını vurğulayıb. ABŞ prezidenti Donald Tramp bu həftə Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirdiyini açıqlayıb və Kiyevə daha çox raket və digər silahlar vəd edib. O, çərşənbə axşamı bildirib ki, Almaniyadan bir neçə "Patriot" raketi artıq Ukraynaya gedir.

Prezidentin maşınına benzin yerinə su vurdular, yolda qaldı

İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda Təbrizə qeyri-rəsmi səfəri zamanı qeyri-adi vəziyyətlə üzləşib. Onun kortejindəki hər üç avtomobildə Qəzvin əyalətinə gedən yolda nasazlıq yaranıb. Sozcu.az "Azad İran" Teleqram kanalına istinadla xəbər verir ki, bu barədə prezidentin xüsusi müfəttişi Mustafa Moulavi məlumat verib. Moulavinin sözlərinə görə, avtomobil kolonu Rəşt magistralının çıxışına yaxın yanacaqdoldurma məntəqəsində dayanaraq benzin doldurub, lakin sonradan yanacağın su ilə qarışdırıldığı məlum olub. Hər üç avtomobilin hələ Takestan şəhərinə çatmamış mühərriki dayanıb. Yoxlama göstərib ki, bu yanacaqdoldurma məntəqəsində əvvəllər də oxşar qanun pozuntuları qeydə alınıb, lakin o, fəaliyyətini davam etdirib. İnsidentə baxmayaraq, Pezeşkian əyalət rəhbərliyinə müraciət etməyib və rəsmi araşdırma başlatmayıb. Əvəzində taksi ilə Təbrizə yolunu davam etdirib. Mustafa Moulavi qeyd edib ki, bu hadisə məsuliyyətsizliyin və yanacaqdoldurma məntəqəsində nəzarətin olmamasının nümunəsidir və adi vətəndaşları da təhdid edə bilər.

İtkin düşən şəhidin qalıqları tapıldı: dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəxsin qalıqları dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, itkin düşmüş hərbçi Kərimov Məzahir Xalıq oğlunun qalıqları iyulun 18-də Xaçmaz rayonu Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunacaq.

Tramp Ukraynaya “Tomahavk” verməyi nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahavk” qanadlı raketləri göndərməyi nəzərdən keçirib. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin köşə yazarı Devid İqnatius mənbələrə istinadən bildirib. Onun sözlərinə görə, Rusiya ərazisinin dərinliklərində hədəflərə çata bilən “Tomahavk” raketlərinin Kiyevə ötürülməsi məsələsi iyulun 11-də müzakirə edilib, lakin hazırda bu sursatlar tədarük siyahısına daxil edilməyib: “Lakin Tramp daha çox təsir rıçaqları əldə etmək istəsə, onlar sonradan Ukraynaya ötürülə bilər”.