Kaliforniya qubernatorundan Avropaya çağırış: Trampı şillələləyin!

Kaliforniya ştatının qubernatoru, demokrat Qevin Nyusom Avropanı ABŞ Prezidenti Donald Trampa qarşı daha qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb. O, ABŞ liderini “zəif” adlandıraraq bildirib ki, Avropa İttifaqı Trampa qarşı “son dərəcə sərt” davranmalı, sözün əsl mənasında ona “şillə vurmalıdır”.

Sozcu.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

“Tramp zəif cəhətləri ustalıqla istismar edir, amma üzünə vurulduqda geri çəkilir. Trampın Qrenlandiyanı nəzarət altına almaq cəhdi “dəlilik”dir, lakin o, bunu hərbi yolla etməyəcək. Avropalılar daha cəsarətli olmalı, Trampa xoş gəlməyə çalışmaqdan əl çəkməli və “oda odla cavab verməlidirlər”, - o deyib.

Nyusom əlavə edib ki, avropalılar özləri nə edəcəklərinə qərar verməlidirlər:

"Amma bir şeyi - indiyə qədər etdiklərini etməməlidirlər. Onları aldadıblar. Bu adam (Tramp) insanları axmaq yerinə qoyur və bu, rüsvayçılıqdır. Artıq buna ciddi yanaşmağın və əlbir olmaqdan imtina etməyin vaxtıdır. Ayağa qalxmaq, mövqeyini açıq və qəti şəkildə ortaya qoymaq lazımdır”.

Share on Facebook