Trampın bu təhdidi şantajdır - Niderland

Donald Trampın Qrenlandiyanın ABŞ-a verilməsi barədə razılığa gəlmək üçün Avropa ölkələrinə əlavə ticarət tarifləri tətbiq etməklə bağlı təhdidləri şantajdır.

Sozcu.az xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri vəzifəsini icra edən David van Viel deyib.

“Bu, şantajdır və lazım deyil. Bu, nə NATO-ya, nə də Qrenlandiyanın özünə kömək etmir. Niderland Trampın bu addımından təəccüblənib. Tariflərin tətbiqini izah etmək praktik olaraq mümkün deyil. Müttəfiqlərin bir-birinə bu cür yanaşması lazımsızdır”, - Viel bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Finlandiya və Niderlanda Qrenlandiyaya görə 1 fevraldan etibarən 10% tarif tətbiq ediləcəyini açıqlayıb.

Share on Facebook