Ukrayna ordusu Kurskda irəliləyir: Kəndlər ələ keçirildi

Sentyabrın 14-də Ukrayna qoşunları Kursk vilayətinin Qluşkovski rayonunda irəliləyişlərini davam etdiriblər. Ordu Tetkinodan cənubda və Sucanın şimalında irəliləyərək bir neçə kəndi ələ keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Məlumata görə, Ukrayna hərbçiləri Vesyoloe kəndində fəaliyyət göstərir. Rusiyalı hərbi bloger də bu kəndin ələ keçirildiyini təsdiqləyib: “Rus mənbələr hətta Ukrayna ordusunun Medvejevo kəndindən qərbə (Qluşkovodan cənub-qərbə) və Tetkinodan cənuba (Qluşkovodan təqribən 25 km cənub-qərbə) Sumı vilayəti ilə sərhəddə yerləşən ərazidə irəlilədiyini təsdiq edib. Onlar bildiriblər ki, Ukrayna qüvvələri sentyabrın 13-də və 14-də Medvejevo, Vesyeloe, Obuxovka və Novıy Put yaxınlığında hücum əməliyyatlarını davam etdirib. Ukrayna ordusu Sucadan şimalda yerləşən Çerkasskoe Poreçnoe kəndini ələ keçirib”.

Rusiyada 5 azərbaycanlı həbs olundu - Zorla müharibəyə göndərilirlər

“May ayından Çeçenistana işləməyə gedən oğlum Rzayev Nihad Tafdıq oğlu, qayınlarım Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə hazırda həbs olunublar”. Sozcu.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Nihadın atası Tovuz rayon sakini Tapdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər. Saytın əməkdaşı hazırda Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmovla əlaqə saxlayıb. Müvəqqəti saxlanma məntəqəsində zorla sənəd imzaladıqlarını deyən Elxan Şirinov onlarla birgə saxlanılan azərbaycanlıların 5 nəfər olduğunu bildirib: “Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihat da onlarladır. Həmin azərbaycanlı 2 nəfəri isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər. Biz miqrant olaraq 3 nəfər burada qaldığımız müddətdə sənədlərimiz qaydasında olmadığına görə saxlanıldıq və həmin məntəqədə orduya qoşulmaq təklif edildi. Lakin imtina etdik, sonra bizi geri qaytardılar və boş sənədə imza atdırdılar. Bilik səviyyəmiz aşağı olduğu üçün həmin sənədə qol çəkdik. Sonra bizi hazırda olduğumuz hərbi hissəyə gətirdilər. Dedilər ki, qaçmaq istəsəniz, imtina etsəniz, sizi boş sahəyə aparıb güllələyəcəyik. Bizi zirzəmiyə salıb işgəncələr verirlər. Axı mən kimə görə, nəyə görə gedib Ukraynada döyüşməliyəm? Bizi Çeçenistanın nazirinin, nazir müavininin adı ilə hədələdilər”.

Qayınatasını öldürüb, qayınanasını isə yaralayan kürəkən saxlanıldı

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Şamaxı rayon prokurorluğu məlumat yayıb. Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Azərbaycanda 26 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL - Silahı götürüb...

Sentyabrı 11-i saat 13 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib.  1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadə yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.  Xəstəxanaya yerləşdirilən Ü. Baxşəlizadə orada ölüb.  vakansiya Hadisə yerindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi götürülüb.  Araşdırma aparılır./Publika.az 

Bakı iflic vəziyyətdə: Paytaxt yox, əhali köçürülsün!

Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara - yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yollarının bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir. Yeri gəlmişkən, İran prezidenti Məsud Pezeşkian da bir neçə gün əvvəl paytaxtın Tehrandan köçürülməsinin vacibliyini vurğulayıb. Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir. socar vakansiya Hələ 10 il əvvəl Ələt ərazisindəki geniş dağətəyi sahədə yeni paytaxt salınacağı haqda iddialar vardı. İddia olunurdu ki, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurub... Təsadüfi deyil ki, 1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq. Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a anışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əgər paytaxtın köçürülməsi məsələsi aktuallaşsa, bu, konstitusiya dəyişikliyi olmadan mümkün deyil: “Amma paytaxtı köçürmədən də Bakının yükünün azaldılması mümkündür, bunun üçün atıla biləcək addımlar var. Konkret olaraq İranla bağlı danışsaq, orada paytaxtın Tehrandan köçürülməsi diskussiyasının səbəbi resurs çatışmazlığıdır. Şəhər həddən artıq böyüyüb, su resursları çatışmır. Şəhərdə sıxlıq yaranıb. Ona görə də belə bir addım atmağa çalışırlar. Ümumilikdə isə paytaxtın köçürülməsi çox bahalı layihədir. Söhbət 10 milyardlarla dollardan gedir. Bilmirəm, buna İranın gücü çatacaq, ya yox. Düşünmürəm ki, bu asanlıqla baş versin. Bizdə isə problem başqadır. Bakının həddindən artıq yüklənməsi və sıxlığın yaranmasının səbəbi bütün iqtisadi, siyasi, mədəni fürsətlərin Bakıda toplanmasıdır. Paytaxtı köçürmədən belə Bakının yükünün azaldılması layihələri həyata keçirilməlidir. Bunun üçün kifayət qədər fürsətlər də var. Allaha min şükür, torpaqlarımızı da işğaldan azad edib suverenliyimizi bərpa etmişik. İndi işğaldan azad edilmiş bölgələrdə yüz minlərlə insanların köçürülməsi və yaşaması potensialı var”. Ekspert əlavə edib ki, işğaldan azad edilən torpaqlara bir milyon, hətta iki milyon insan köçürə bilərik. Yeni milyonluq şəhərlər yaranmalıdır. Məsələn, niyə Gəncə milyonluq şəhərə çevrilməsin, yaxud da Mingəçevir? Bunun üçün Bakının yükü azaldılmalıdır. Ölkə üzrə iqtisadi fürsətlərin regionlarda da cəmlənməsinə şərait yaranmalıdır. Yeni sistem formalaşdırılmalıdır. Bir də inzibati qərarlarla da Bakının boşaldılması qərarı verilə bilər: universitetlərin Bakıdan köçürülməsi, bəzi dövlət və hökumət idarələrinin Bakıdan köçürülməsi. Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi - bu tipli qurumların Bakıda olmasının nə mənası var?! Bax, bu yollarla ölkənin paytaxtının yükünün azaldılması mümkündür. Azərbaycan ərazi cəhətdən çox böyük ölkə deyil. Paytaxtın harasa köçürülməsi o qədər də məntiqli deyil. Ona görə də düşünürəm ki, bununla bağlı qərar verməkdənsə, yəni 10 milyardlarla vəsait xərcləməkdənsə, Bakının yükünün azaldılması layihələrinə üstünlük verilməlidir".

Əhmədin məhkəməsi təxirə salındı

09:52 Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək proses oktyabrın 8-nə kimi təxirə salınıb. Xatırladaq ki, 1999-cu il təvəllüdlü Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinir. Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

Moskvaya kütləvi hücum oldu: hava limanları bağlıdır, çoxmərtəbəli binalar yanır...-VİDEO

Bu gün Moskvaya pilotsuz təyyarələr tərəfindən kütləvi şəkildə hücum edildiyi bildirilir. Sozcu.az "UNİAN"-istinadla xəbər verir ki, İlk dron  yerli vaxtla saat 2:20-də Lyubertsı şəhər rayonunda vurulub. Sonra pilotsuz təyyarələr Moskva yaxınlığındakı Jukovskidə vurulub - yerli əhalinin dediyinə görə, əvvəlcə onlar ən azı 6 partlayış səsi eşidiblər. Moskva vilayətinin qubernatoru Vorobyov saat 05:23-də bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər dairələrində 14 PUA-nı vurub. Sonradan Rusiya mediası Ramenskoyedə çoxmərtəbəli binaların zədələndiyini, 11-12-ci mərtəbələr ərazisindəki mənzillərin yandığını bildirib. Əvvəlcə 9 yaşlı uşağın öldüyü bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb. Hücum nəticəsində çoxmərtəbəli binalardan birində ən azı 20 mənzilə ziyan dəyib. Hündürmərtəbəli binalara edilən hücum nəticəsində üç qurbanın hamısının qəlpə yaraları olduğu bildirilir. Jukovski hava limanı yaxınlığında PUA-nın qəzaya uğradığı da bildirilir. Bundan əlavə, PUA Moskva vilayətinin Ramenski rayonunun Prudki kəndində fərdi yaşayış binasının yaxınlığında düşüb. Hadisə şahidlərinin sözlərinə görə, o, binanın arxasındakı meşəyə düşüb. Heç kim xəsarət almayıb. "Mash" telegram-kanalı yazır ki, Moskva bölgəsinə hücum üçün “Fierce” təyyarə tipli pilotsuz uçaqlardan istifadə edilib.

Qarabağda SES sahibi olmuş separatçı özünü öldürdü

Qarabağdakı separatçı rejimin keçmiş liderlərindən biri Arşavir Qaramyanın keçmiş kürəkəni Loris Yeqoyan intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, həmin şəxs “Beretta” tapançasından atəş açaraq özünə qəsd edib. Nəşrin məlumatına görə, Yeqoyan və Qaramyanın qızı bir neçə ildir ki, boşanıb. O, uzun illər Qarabağda su elektrik stansiyasının sahibi, eləcə də kollektor agentliyinin direktoru olub.

7 nəfəri ildırım vurdu, hamısı öldü

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.  Sozcu.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda axşam saatlarında baş verib. Əkin sahəsində işləyənlər şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşıblar. İldırımın ağaca düşməsi 7 nəfərin ölümünə, 3 nəfərin ağır yaralanması ilə nəticələnib.  Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.  

ABŞ-də atışma zamanı beş nəfər yaralanıb

ABŞ-nin Kentukki ştatında kütləvi atışma nəticəsində beş nəfər yaralanıb. Sozcu.az-ın məlumatına görə, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib. "Şerif ofisinin məlumatına görə, şübhəlinin axtarışı başlayıb", - məlumatda deyilir. Hadisə Lorel dairəsində baş verib. Polis atıcının axtarışını davam etdirir. Ştatın qubernatoru Endi Beşir magistral yolu hər iki istiqamətdə bağlatdırıb. O, yerli sakinləri təhlükəli zonadan qaçmağa çağırıb.report)

Gürcüstanda zəlzələ oldu

Gürcüstanın Dmanisi şəhərində 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

“İnsanları qırmağa çalışırlar, daha çox gənclər meymunçiçəyinə yoluxacaq, karantin olacaq” - professordan HƏYƏCAN TƏBİLİ

“Çiçək xəstəliyi çox axmaq bir xəstəlikdir. Bu xəstəlikdən minlərlə, milyonlarla adam qırılır. 1982-ci ildə dünyada çiçək xəstəliyini tamamilə ləğv etdilər. Amma onun yerinə yeni bir xəstəlik əmələ gəldi. Bu da SPİD (QİÇS) idi. Yer kürəsində ləğv olunsa da, Konqoda meşəlikdə 50 meymun yaşayırdı. Onları da Ümumdünya Səhiyyə Təşkilatı daim nəzarətdə saxlayırdı. Meymundan insana yoluxa bilərdi. İndi onu buraxıblar meymunlara, buna da meymunçiçəyi deyirlər. İnsanları qırmağa çalışırlar. Bu xəstəlik üzdə çopurluq əmələ gətirir, orqanları sıradan çıxarır. Çox vaxtı da ölümlə nəticələnir”. Sozcu.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra bu xəstəliyə qarşı peyvəndlərdən danışıb: “O vaxt SSRİ dövründə bu xəstəliyin peyvəndi var idi. Qolumuza iki cızıq xətt çəkirdilər, qol da qızarırdı. Buna yazılma deyilirdi. Bununla da heç kim çiçək xəstəliyinə tutulmurdu. Yaşlı adamları yox, cavanları bu xəstəlik qıracaq. Mən də bu xəstəliyə yazılmışam, tutsam da çox yüngül keçirəcəm”. Rəşid Mahmudov bildirib ki, COP29 tədbirləri çərçivəsində daha diqqətli olmalıyıq. Çünki ölkəmizə dünyanın bir çox yerlərindən insanlar axın edəcək: “Heç kim evindən çölə çıxmayacaq. Eynən koronavirus infeksiyasında olduğu kimi. Dərslər də, işlər də hamısı onlayn olacaq. Təxminən 12-15 gün iş olmayacaq. Karantin rejimi olacaq. Bu həm də qabaqcıl tədbirdir ki, yoluxmanın qarşısı alınacaq”.