Kolumbiya ABŞ-ın Venesuelaya hücumuna cavab olaraq BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Sozcu.az xəbər verir ki, bu barədə Kolumbiya Prezident Administrasiyasının İnzibati Departamentinin direktoru Anci Rodriges məlumat yayıb.
"Kolumbiya bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Həmçinin Kolumbiyanın sədrlik etdiyi Amerika Dövlətləri Təşkilatının (ADT) Daimi Şurasının təcili iclası və Latın Amerikası və Karib Dövlətləri Birliyinin (LAKDB) xarici işlər nazirlərinin iclası üçün müraciət edilib”, - bəyanatda bildirilib.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun həbsindən sonra Kolumbiya Prezidenti Qustavo Petroya ehtiyatlı olmağı tövsiyə edib.
