Göyçayda ağır qəza: 5 yaralı

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Share on Facebook