Azərbaycan dörd ermənini Ermənistana təhvil verdi.
Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Gevorq Sucyan, David Davtyan, Vigen Euljekyan və Vaqif Xaçatryan az öncə Ermənistan tərəfinə təhvil verilib:
"Onlar Həkəri çayındakı körpüdən keçirilərək Ermənistan hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verilib".
