İranda 17 gündür davam edən ümumxlaq etirazlarında öldürülənlərdən 2403 nəfərin kimliyi müəyyənləşdirilib. Öldürüldüyü bildirilən 779 nəfərin isə hələlik kimliyini dəqiqləşdirmək mümkün olmayıb.
Sozcu.az xəbər verir ki, bunu İran İnsan Haqları Təşkilatı bildirib.
Öldürülənlərdən 147-i hökumət məmuru, 12-i azyaşlı və 9-u etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir.
Bununla yanaşı 18.434 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.
