Norveç Nobel Komitəsi ABŞ prezidenti Donald Trampa Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını saxlamağa icazə verib.
Sozcu.az xəbər verir ki, komitə bu barədə X platformasında bildirib.
Açıqlamada deyilir: "Medal əldən-ələ keçə bilər, amma Nobel Sülh Mükafatının laureatının adı dəyişmir".
6 yanvarda Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ prezidentinə 2025-ci ildə aldığı Nobel Sülh Mükafatını verməyə hazır olduğunu bildirib. O, mükafatı alarkən onu Amerika liderinə həsr etdiyini, çünki onun buna layiq olduğunu düşündüyünü bildirib. Müxalifət lideri qeyd edib ki, 3 yanvarda Tramp bir çoxlarının qeyri-mümkün hesab etdiyi şeyə nail olub – Maduronu Venesuala prezidenti vəzifəsindən kənarlaşdırıb.
15 yanvarda Tramp Maçado ilə Ağ Evdə görüşüb. Danışıqlar zamanı müxalifət lideri Nobel Sülh Mükafatı medalını ABŞ prezidentinə təqdim edib. “Fox News”un məlumatına görə, Amerika lideri onu qəbul edib.
