Təbriz və digər şəhərlərdən yerli hesabatlar: saxlanılanları aparan şəxslər ərəbcə danışırdı

İran hakimiyyəti etirazların yatırılması üçün ərəb ölkələrindən olan yarımhərbi qruplardanmı istifadə edir?

Təbriz və digər şəhərlərdən daxil olan yerli məlumatlara görə, qarşıdurmalar zamanı küçələrdə etirazçıları saxlayan bəzi şəxslərin ərəbcə danışdığı bildirilir. Yerli mənbələrin sözlərinə görə, bu şəxslərin danışıq tərzi və davranışı onların xarici yarımhərbi qruplara, o cümlədən “Həşdi-Şəbi” kimi tanınan strukturlara bağlı ola biləcəyi ehtimalını gücləndirir.

Qeyd olunan məlumatlar indiyədək rəsmi mənbələr tərəfindən nə təsdiqlənib, nə də təkzib edilib. Bununla belə, bu cür iddiaların gündəmə gəlməsi İran hakimiyyətinin xalq etirazlarının yatırılmasında yerli olmayan, terror xarakterli və xarici qüvvələrdən istifadə etməsi ilə bağlı narahatlıqları artırıb.

Bəzi hesabatlarda bildirilir ki, xarici şiə yarımhərbi qrupların İrana cəlb olunmasının mümkün səbəblərindən biri hakimiyyətin daxili təhlükəsizlik qüvvələrinin etirazçıların sərt şəkildə yatırılması ilə bağlı əmrlərə tam tabe olmamasından narahatlığı və ya bu qüvvələrin 100-dən artıq şəhəri əhatə edən genişmiqyaslı etirazlarla mübarizə aparmaq üçün kifayət etməməsidir.

Xarici yarımhərbi qüvvələrin İranda etirazların yatırılmasına cəlb olunması əvvəlki böyük daxili iğtişaşlar dövründə də müşahidə edilib. Əksəriyyəti İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənən bu qruplara Lübnan və İraq mənşəli silahlı dəstələr aiddir.

Məlumata görə, İran rejimi “müqavimət oxu” adı altında, əsasən SEPAH-ın “Qüds” qüvvələri vasitəsilə xarici yarımhərbi qruplar şəbəkəsi formalaşdırıb və onlara dəstək verib. Suriya, İraq və Yəməndə döyüşlərdə iştirak etmiş bu qrupların, İran rejimi kütləvi daxili etirazlarla üzləşdiyi dövrlərdə ölkə daxilində də yerləşdirildiyi bildirilir.Gunaz.tv )

Share on Facebook